YANDAN

zərf Yan tərəfdən, böyürdən. Yandan keç. Yandan maşın gəlir.

Sinonimlər (yaxın mənalı sözlər)

  • YANDAN böyürdən
YANÇILIQ
YANDI-QINDI
OBASTAN VİKİ
İnsan kəlləsi diaqramı (yandan)
İnsanın kəlləsi (lat. cranium) — 23 sümükdən ibarət olan insan başının sümük karkası. Bura həmçinin üç cüt eşitmə sümüklərini də əlavə etmək olar. == Kəllənin əmələgəlmə mərhələləri == Kəllənin əmələgəlməsi iki əmgək və sümük mərhələlərindən keçir. Yeni doğulmuşlarda əmgək mərhələsinin qalıqlarına rast gəlinir. Bundan əlavə kəllə sümükləri qığırdaq mərhələsi də keçmiş olur. == Kəllənin şöbələri == Kəllə iki: üz və beyin şöbələrindən ibarətdir. Çənə sümüyündən başqa demək olar ki, bütün kəllə sümükləri bir biriləri ilə fibroz birləşmələr — tikişlər vasitəsilə birləşmiş olurlar. === Üz şöbəsi === İnsan kəlləsinin üz şöbəsinə bir cüt: əng sümüyü, burun balıqqulağı sümüyü, damaq sümüyü, almacıq sümüyü, burun sümüyü, gözyaşı sümüyü və tək: çənə sümüyü, dilaltı sümüyü, burun arakəsmə sümüyü aiddirlər === Beyin şöbəsi === İnsan kəlləsinin beyin şöbəsinə bir cüt: gicgah sümüyü, təpə sümüyü və tək: ənsə sümüyü, əsas sümük, alın sümüyü, xəlbir sümüyü aiddirlər.
Yandansalma ilmə
Simmetrik ilmə (Türkbaf ilmə) — ilmə toxunuşu (düyün vurulması) qüllabi ilməyə müasir xalça elmində verilən addır. Simmetrik (Türkbaf) ilmə toxunuşu (düyün vurulması) əsasən türk xalqları ilə əlaqələndirilir. Farslar da xalça toxunuşunda "simmetrik" ("türkbaf") toxunuş üsulundan istifadə etmişlər. Xalça toxuculuğunda ilmələrin düyünlənməsi əsasən "simmetrik" ("türkbaf" və ya "yandansalma") üsulu ilə həyata keçirilir. "Simmetrik" ("Türkbaf") üsulu ilə toxunan xalçalarda ilmələr ərişin iki sapı ətrafında bağlanır. "Simmetrik" ("türkbaf" və ya "yandansalma") üsulunda ilmənin uclarından biri ərişin bağlanan sapları arasından keçirilir.

Digər lüğətlərdə