YANDIRICI

sif. Yandırmaq xassəsi olan; yandıran, yaxıcı, qızmar.
[Günəşin] yandırıcı şüaları amansızcasına yerə şığıyır(dı). Ə.Əbülhəsən.
Qoşqar … yandırıcı dağ günəşinin altında zər kimi bərq vuran balıqları yığmağa başlardı. İ.Hüseynov.

// Məc. mənada.
Yandırdı məni yandırıcı firqəti anın. Nəsimi.
Heyfa ki bu ali və pakizə hiss [məhəbbət], bu yandırıcı atəş bizim qəlbimizdə yoxdur. F.Köçərli.

Sinonimlər (yaxın mənalı sözlər)

  • YANDIRICI qızmar — yaxıcı
YANDIRIB-YAXMAQ
YANDIRILMA
OBASTAN VİKİ
Yandırıcı firəngotu
Yandırıcı firəngotu (lat. Lobelia urens) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin zəngçiçəyikimilər fəsiləsinin firəngotu cinsinə aid bitki növü. Dortmanna urens (L.) Kuntze Lobelia verbenifolia Salisb. Mecoschistum urens (L.) Dulac Rapuntium urens (L.) Mill.
Yandırıcı kök
Yandırıcı kök (lat. Cnidium) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinə aid bitki cinsi.
Yandırıcı mahmızçiçək
Yandırıcı mahmızçiçək (lat. Delphinium staphisagria) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin mahmızçiçək cinsinə aid bitki növü.
Monnye yandırıcı kökü
Monnye yandırıcı kökü (lat. Cnidium monnieri) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin yandırıcı kök cinsinə aid bitki növü.

Digər lüğətlərdə