YARIMSTANSİYA

is.
1. Kiçik dəmiryol stansiyası.
2. Mərkəzi elektrik stansiyasından gələn elektrik enerjisinin gərginliyini, cərəyanın növünü dəyişdirən və nizama salıb paylaşdıran texniki qurğular sistemi.
YARIMSƏRLÖVHƏ
YARIMŞALBAN
OBASTAN VİKİ
Elektrik yarımstansiyası
Yarımstansiya — elektrik enerjisinin istehsalı, ötürülməsi və paylanması sisteminin bir hissəsidir. Yarımstansiya gərginliyi yüksəkdən alçağa və ya əksinə çevirir. Elektrik enerjisinin istehsal olunduğu stansiya və istehlakçı arasında enerji müxtəlif gərginlik səviyyələrində bir neçə yarımstansiyaya daxil ola bilər. Yarımstansiyada yüksək gərginlik və aşağı gərginlikli paylayıcı arasında gərginlik səviyyələrinin dəyişdirilməsi üçün transformator ola bilər. Ümumiyyətlə yarımstansiyalar uzaq məsafədən nəzarət və idarəetmə üçün SCADA sisteminə malikdirlər.

Digər lüğətlərdə