YARITMAQ

f.
1. Görməli olduğu və ya tapşırılmış bir işi qənaətbəxş, kifayətləndirici dərəcədə yerinə yetirmək.
[Barxudar] yaratmaq, yarıtmaq, bütün qabiliyyətini … işinə vermək eşqindədir. Mir Cəlal.

2. Razı olmaq, təmin etmək.
Nə bülbülün yarıtmış; Nə özü yarımış gül. Sarı Aşıq.

// Kifayət etmək, təmin etmək.
YARITMA
YARITMAZ

Digər lüğətlərdə