YARAŞIQLANMAQ f. Yaraşıqlı olmaq, yaraşığa minmək, qəşəngləşmək, gözəlləşmək. Qoca istəyirdi ki, onun zəhmətinin məhsulu da bu süfrədə görkəmli bir yer tutsun, … belə ağ bir alov işığında yaraşıqlanıb bəzənsin… S.Rəhimov.