1. Güllə, kəsərti və s. ilə bədəninin bir yerində yara açılmaq, bədəninin bir yeri zədələnmək, yara olmaq. Ayağından yaralanmaq. Müharibədə yaralanmaq. Güllə ilə yaralanmaq.
– [Qasıməli:] Tutublar, yəqin ki, yaralanıbdı, yoxsa bu da qaça bilərdi.
Mirsaqulu yaralanmış və yerə yıxılmışdı.
2. məc. Çox ağır mənəvi sarsıntıya məruz qalmaq; dərdlənmək.
Yaralıdır könlüm quşu, yaralı; Yaralandı yazıq şair olalı.