YARPAQLAMAQ

f.
1. Göyərərək yarpaq açmaq; yaşıllanmaq. Ağaclar yarpaqlamışdır.
– Bir-iki gündən sonra pambıq yarpaqladı, bitki yuxarı – Günəşə tərəf boylandı, kollar yoğun və güclü oldular. Ə.Vəliyev.

2. İpəkqurduna yarpaq vermək, yarpaq yedirtmək. İpəkqurdunu yarpaqlamaq vaxtıdır.
3. Vərəqləmək. Kitabı o qədər yarpaqlayıblar ki, cırıq-cırıq olub.

Sinonimlər (yaxın mənalı sözlər)

  • YARPAQLAMAQ yaşıllaşmaq — göyərmək
YARPAQLAMA
YARPAQLANMA

Digər lüğətlərdə