YAXIN
YAXINLAŞMA
OBASTAN VİKİ
Yaxın Şərq
Yaxın Şərq — Cənub-qərbi Asiya və Misirin daxil olduğu tarixi-geosiyasi region. Əsas əhali: azərbaycanlılar, ərəblər, ermənilər, assuriyalılar, gürcülər, yunanlar, farslar, yəhudilər, misirlilər, kürdlər və türklər. Yaxın Şərqdə 350–360 milyon müsəlman (türklər, farslar, ərəblər, kürdlər və s.), 20 milyon xristian (ermənilər, yunanalar, gürcülər, aysorlar, qibtilər, marunilər və s.), 7 milyon yəhudi, 1 milyon dürzi, 1 milyon yezidi və s. İqlim əsasən quru, sulama üçün istifadə olunan bir neçə böyük çay var. Yaxın Şərq planetin əhəmiyyətli bir neft istehsal edən bölgəsidir.
Yaxın Dostlar (teleserial)
ABŞ və Kanada istehsalı olan serialdır. Serial xüsusilə çoxlu erotik səhnələrlə zəngindir və daha çox homoseksual həyatı əks etdirir. == Məzmun == İlk seria bir gey klubunda rastlaşan 4 dostla başlayır. Brayn 35 yaşlı bir gəncdir Castin isə 17 yaşlı yeniyetmə. Bir gün Castinlə sekslə məşğul olan Brayn üçün əvvəllər bu sadəcə həzz idi. Lakin zaman keçdikcə Castinə aşiq olan Brayn, hisslərinin ona qarşı güclü olduğunu görür.
Yaxın Şərq bəbiri
İran bəbiri (lat. Panthera pardus saxicolor) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinin bəbir növünə aid heyvan yarımnövü. == Arealı == İran, Zaqafqaziya (Azərbaycan, Gürcüstan, Ermənistan), Türkiyə, Türkmənistan, Özbəkistan, Pakistan, Tacikistan və Əfqanıstan.
Ölümə yaxın təcrübələr
Ölümə yaxın təcrübələr (ing. Near-death experience) - Tibbi baxımdan ürəyin dayanması və sonra təkrar işləməsi ilə müşahidə olunan təcrübələrə verilən ad. Ölümə yaxın təcrübələr, xüsusi ilə insanoğlunun ölümündən sonrakı həyata olan marağı səbəbindən tarixən maraq mövzusu olmuşdur.
Yaxın dayan (serial, 2021)
Stay Close (Yaxın dayan) — Yazıçı Harlan Kobenin 2012-ci ilde nəşr etdirdiyi eyni adlı romanı əsasında çəkilən və Red Product Company tərəfindənt Netflix üçün istehsal edilmiş Britaniya miniserialıdır. Səkkiz epizoddan ibarət serial 31 dekabr 2021-ci ildə yayımlanıb == Süjet xətti == Meqan Piers Livingston şəhərinin kənarında yaşayan və qaranlıq keçmişini gizlədən anadır. O, sevdiyi şəxs Deyv və üç uşağı ilə xoşbəxt həyatını yaşayır. Rey Levin bir vaxtlar istedadlı sənədli fotoqraf olub . Sevdiyi qadını itirməsi onu çox dəyişir. İndi o heç bir karyera yüksəlişi olmayan işlə məşğuldur: kirayəlik paparazzi, varlıların sosial şəbəkədə məşhur olan uşaqlarının şəkillərini çəkir. Maykl Brum on yeddi il əvvəl baş verən krıiminal hadisən barədə hələ də düşünən detektivdir. Yerli sakinlərdən biri Stüart Qrin 17 il əvvəl heç bir iz olmadan yoxa çıxıb. Qrinin həyat yoldaşı hələ də Stüartın qayıtmasını gözləyir. Stüartın yoxa çıxmasının ildönümündə başqa bir adam itkin düşür, Brum şübhələrindən qurtulmaq üçün bu işlə məşğul olmağı qərara alır.
Yaxın dostlar (teleserial, 2000)
ABŞ və Kanada istehsalı olan serialdır. Serial xüsusilə çoxlu erotik səhnələrlə zəngindir və daha çox homoseksual həyatı əks etdirir. == Məzmun == İlk seria bir gey klubunda rastlaşan 4 dostla başlayır. Brayn 35 yaşlı bir gəncdir Castin isə 17 yaşlı yeniyetmə. Bir gün Castinlə sekslə məşğul olan Brayn üçün əvvəllər bu sadəcə həzz idi. Lakin zaman keçdikcə Castinə aşiq olan Brayn, hisslərinin ona qarşı güclü olduğunu görür.
Yaxın İspaniya (Roma əyaləti)
Yaxın İspaniya (latın dilində:Hispania Citerior) - qədim Roma respublikasının Pireney yarımadasında, müasir İspaniyanın şimal-şərqində, Ebro (latın dilində:Iberus) çayının (sonralar bütün yarımada əarzisi bu çayın adı ilə İberiya adlandırılmışdır) sahilində yerləşən əyaləti. Əyalətin mərkəzi Tarrako şəhəri idi. == Haqqında == Kantabriya müharibələri nətcəsində Pireney yarımadası romalılar tərəfindən tamamilə işğal edildikdən sonra Yaxın İspaniya Uzaq İspaniya əyalətinin bir hissəsi olan Qalisiya (latın dilində: Gallaecia) ilə birləşdirildi. Bu hadisədən sonra yeni Tarrakon İspaniyası (latın dilində:Hispania Tarraconensis, ispan dilində: Tarraconense) adlanan yeni əyalət yarandı. == Mənbə == Géza Alföldy: Fasti Hispanienses. Senatorische Reichsbeamte und Offiziere in den spanischen Provinzen des römischen Reiches von Augustus bis Diokletian. Steiner, Wiesbaden 1969 (S. 3-130, 230—252 zu den Beamten der Hispania citerior) Tilmann Bechert: Die Provinzen des römischen Reiches. Einführung und Überblick.
Yaxın Şərq Tekniki Universiteti
Orta Şərq Texniki Universiteti ya da qısaca ODTÜ (türk. Orta Doğu Teknik Üniversitesi) - Birləşmiş Millətlər Təşkilatının yardımı ilə Türkiyənin baş naziri Adnan Menderes və Türkiyə Dövlət Avtomobil Yolları Baş direktoru Vəcdi Dikər, həmçinin İstanbul Texniki Universitetinin bir qrup professorları tərəfindən 15 noyabr 1956-cı ildə yaradılan dövlət universitetidir. 2014-cü ildə açıqlanan nəticələrə görə dünyanın ən yaxşı 85-ci universitetidir. == Tarix == Orta Şərq Texniki Universiteti Türkiyə və digər Orta Şərq ölkələrinin inkişaflarını dəstəkləmək, xüsusilə fən elmləri və sosial elmlər sahələrində mütəxəssis yetişdirmək üzrə 15 Noyabr 1956 tarixində "Orta Şərq Yüksək Texnologiya İnstitutu" (Orta Doğu Yüksek Teknoloji Enstitüsü) adıyla təhsil fəaliyyətinə başlamışdır. Universitet ilk açıldığı illərdə Kızılay Meydanında Emekli Sandığına aid kiçik bir bina ilə Türkiyə Böyük Millət Məclisi yaxınlarındakı olan baraklarda keçirdikdən sonra, 1963-cü ildə bu gün xidmət etdiyi müasir kampusa daşınmışdır. == Fakültələr və Kafedralar == ODTÜ Ankara Kampusunda başlıca 5 fakültə və bunlara bağlı 41 kafedra vardır: == Həmçinin bax == Türkiyə universitetlərinin siyahısı == Xarici keçidlər == Orta Doğu Teknik Universiteti ODTÜ Haber | ODTÜdən Xəbərlər...
Yaxın Şərqdə Amerika Yardımı Cəmiyyəti
Yaxın Şərqdə Amerika Yardımı cəmiyyəti — ABŞ hökumətinin Birinci dünya müharibəsində hərbi əməliyyatlardan zərər çəkmiş xalqlara yardım göstərilməsi məqsədilə yaratdığı təşkilat. == Tarixi == 1915-ci ilin sentyabrında yaradılmışdır. Cəmiyyətin Yaxın şərq ölkələrində, habelə Qafqazda (Bakı, Şuşa, Tiflis, İrəvan. Batum və b. şəhərlərdə) şöbələri təşkil olunmuşdu. Bu şöbələr ehtiyacı olan əhaliyə maddi yardım göstərməklə bərabər, bölgələrdəki vəziyyət barəsində məlumatlar da toplayırdılar. == Fəaliyyəti == Cəmiyyətin fəaliyyəti əsasən, erməni əhalisinə ünvanlandığı üçün əldə edilən və Amerika hökumətinə göndərilən məlumatlar da bir qayda olaraq ermənilərin mənafelərini və baxışlarını əks etdirirdi. Cəmiyyətin Azərbaycanda fəaliyyəti xüsusilə 1919-cu ilin ortalarında xeyli güclənmişdi. 1919-cu ilin noyabrında Cəmiyyətin Qafqaz bölməsinin rəhbəri vəzifəsinə polkovnik V.Haskel təyin edilmişdi. Bölmənin heyəti 40 nəfərdən ibarət idi.
Boomerang (Yaxın Şərq və Şimali Afrika)
Bumeranq Avropa - Yaxın Şərq və Afrika (əvvəllər Boomerang HQ) - uşaqların cizgi filmlərini yayımlayan Warner Bros. Afrika-ya məxsus bir uşaq kanalıdır. Bumeranq Afrika - Afrikada yayımlanan və Bumeranq MENA - Yunanıstan və Kiprdən əlavə Yaxın Şərqdə və Şimali Afrikada yayımlanir.
Çox yaxın, çox uzaq (film, 2005)
Çox yaxın, çox uzaq ( fars. خیلی دور، خیلی نزدیک‎ , Kheili Dour, Kheili Nazdik ) - rejissor Reza Mirkəriminin 2005 -ci ildə çəkdiyi İran dram filmi . Film həmçinin Oskarda ən yaxşı xarici film üçün İran təmsilçisi seçilib. == Süjet == Təkəbbürlü nevropatoloq oğluna əməliyyat olunmayan beyin şişi diaqnozu qoyulanda həyatının mənasını araşdırmalıdır. Oğlunun astronomiya sahəsində səyahətinə yetişmək üçün səhrada gəzintisi onu onun baxışlarına və dəyərlərinə meydan oxuyan bir sıra adi görünən insanlarla qarşılaşmasına gətirib çıxarır.
Yaxın Şərq və Şimali Afrika ölkələrində etiraz dalğası (2010-2011)
Ərəb ölkələrində etiraz dalğası — 2010-cu ilin dekabrından ərəb ölkələrində işsizlik, ərzaq qiymətlərinin yüksəlməsi, söz azadlığı, bürokratik əngəllər və aşağı həyat səviyyəsi ilə əlaqədar başlayan etiraz nümayişləridir. İlk qiyam 18 dekabrda Tunisdə başlamış və 1987-ci ildən hakimiyyətdə olan dövlət başçısı Zeynalabdin ben Əlinin ölkəni tərk etməsi və onun qurduğu siyasi sistemin çökməsi ilə nəticələnmişdir. Tunis İnqilabının qələbəsi digər ərəb ölkələrində — Misir, Yəmən, Əlcəzair və İordaniyada da nümayişlər dalğasına səbəb olmuşdur.
Monqolların Yaxın Şərq yürüşü
Monqolların Yaxın Şərq yürüşü (1256-1260) - Hülaku xanın komandanlığı altında, ismailli-nizarilərə, Abbasilər xilafətinə, Şam Əyyubilərinə və Misir məmlüklərinə qarşı yürüş. Yürüşün Yaxın Şərq müsəlmanlarına qarşı olmasında Mərkəzi Asiya nestorian xristianlarının böyük rolu olduğundan bəzən(R.Qrusse, Q.V.Vernadski, L.N.Qumilyov) Sarı səlib yürüşü adlandırılır. == Yürüş hazırlığı == 1251-ci ildə Monqol İmperiyasının xaqanı elan edilən Möngkə, Sun İmperiyasına və Yaxın Şərq dövlətlərinə qarşı savaşı davam etdirmək qərarına gəldi. Qəzvin və İranın dağlıq rayonlarının əhalisinin, onlara zərər yetirən ismaillili-nizarilərdən şikayəti bəhanələrdən biri oldu. Fəzlullah Rəşidəddinə görə, "kafirlərin haqsızlıqlarından ədalət axtaran bir çoxlarının, buğa ilində Mönqkə xaqana şikayətlərinə cavab olaraq, o həmin kafirlərə qarşı öz kiçik qardaşı Hülakunu göndərdi". Azərbaycanda və İranın şimalında yerləşən monqol sərkərdəsi Baycu da ismaillilərdən və Abbasilərdən şikayət edirdi. Mönkge Hülakuya ismaillilərin dağ qəsrlərini dağıtmaq, lor və kürdlərin tabe edilməsini, və tabe olmasa, xəlifənin mülklərini də zəbt etməyi əmr etdi. == Qoşunların sayı == Şəmsəddin Cüveyni və onun ardınca Rəşidəddin xəbər verirlər ki, hər ulus Hülaku ordusuna hər on nəfər döyüşçüdən ikisini verməliydi. Lakin bu ancaq, "çox böyük qoşun" anlamında ifadə forması ola bilər, çünki həmin ifadəyə 1246-cı il üçün Cüveynidə, Güyükun İlcidayı ismaillilərə qarşı göndərməsi ilə bağlı, rast gəlmək olar. 15-ci əsr Şəcərət əl-Ətrak (Türklərin şəcərəsi) əsərinin anonim məllifi yazır ki, Mönkge Hülakuya xidmətə yararlı monqolların beşdən birini verdi, və bu 120 min təşkil etdi.
Günəşə bir mərtəbə yaxın (film, 1967)
== Filmin heyəti ==
Seyidlər kəndi yaxınlığında Mi-26 helikopterinin vurulması
Seyidlər kəndi yaxınlığında Mi-26 helikopterinin vurulması — 3 mart 1992-ci il tarixində Gülüstan kəndinə uçuş edən ruslara məxsus Mi-26 helikopteri ermənilər tərəfindən Azərbaycana məxsus olduğu güman edilərək vurulub. Helikopterdə elə ermənilərə yardım aparan 12 nəfər ölüb. == Hadisədən əvvəl == Hadisədən bir ay əvvəl - 1992-ci il yanvarın 28-də Ağdamdan Şuşaya uçan "Mİ-8" mülki helikopteri erməni terrorçuları tərəfindən Xankəndi istiqamətindən qumbaraatanla vurulmuşdu. Terror hadisəsi Şuşanın Xəlfəli kəndi yaxınlığında baş vermiş, hadisə nəticəsində əksəriyyəti qadın və uşaqlardan ibarət 41 sərnişin və 3 ekipaj üzvü, ümumilikdə 44 nəfər həlak olmuşdu.
Seyidlər kəndi yaxınlığında Mi-26 vertolyotunun vurulması
Seyidlər kəndi yaxınlığında Mi-26 helikopterinin vurulması — 3 mart 1992-ci il tarixində Gülüstan kəndinə uçuş edən ruslara məxsus Mi-26 helikopteri ermənilər tərəfindən Azərbaycana məxsus olduğu güman edilərək vurulub. Helikopterdə elə ermənilərə yardım aparan 12 nəfər ölüb. == Hadisədən əvvəl == Hadisədən bir ay əvvəl - 1992-ci il yanvarın 28-də Ağdamdan Şuşaya uçan "Mİ-8" mülki helikopteri erməni terrorçuları tərəfindən Xankəndi istiqamətindən qumbaraatanla vurulmuşdu. Terror hadisəsi Şuşanın Xəlfəli kəndi yaxınlığında baş vermiş, hadisə nəticəsində əksəriyyəti qadın və uşaqlardan ibarət 41 sərnişin və 3 ekipaj üzvü, ümumilikdə 44 nəfər həlak olmuşdu.
Susuzluq kəndi yaxınlığında partlayış
Susuzluq faciəsi — 4 iyun 2021-ci il tarixində, Azərbaycanın Kəlbəcər rayonu ərazisində yerləşən Susuzluq kəndi yaxınlıqlarında baş verən mina partlayışı. Partlayış nəticəsində Azərbaycan Televiziyasının operatoru Sirac Abışov, Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak olmuşdur. Əlavə olaraq, 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Bu, İkinci Qarabağ müharibəsi dövründə döyüşlərin getdiyi ərazidə jurnalist ölümü ilə bağlı ilk hal olmuşdur. İnsidentə görə Azərbaycan tərəfi Ermənistanı günahkar bilmiş, Qarabağda basdırılan minaların xəritəsinin Azərbaycana verilmədiyi halda belə faciəvi halların yenidən baş verəcəyini əlavə etmişdir. Həmçinin, Azərbaycan rəsmiləri Kəlbəcərdəki minaların İkinci Qarabağ müharibəsi bitdikdən sonra qoşunların ərazidən çıxarılması zamanı erməni hərbçiləri tərəfindən basdırıldığını irəli sürmüşdür. Ermənistan buna cavab verməmişdir. Müxtəlif ölkələrin Azərbaycandakı səfir və səfirlikləri, o cümlədən YUNESKO, "Human Rights Watch", Avropa Şurası, ATƏT və Beynəlxalq Jurnalistlər Federasiyası hadisəyə görə öz narahatlıqlarını bildirmiş və zərərçəkənlərə öz başsağlıqlarını diləmişdir. == Zəmin == Kəlbəcər rayonu ərazisi 1993-cü ildə, Birinci Qarabağ müharibəsi zamanı erməni silahlıları tərəfindən işğal edilmişdir. İşğal nəticəsində rayon ərazisində yaşayan 60,000 azərbaycanlı və kürd qaçqın düşmüş, 150-dən çox azərbaycanlı girov götürülmüşdür.
Yaxınlaşan fırtına (Kurbe)
"Yaxınlaşan fırtına" və ya "Tufanın qopması" (fr. Le coup de vent, ing. The Gust of Wind), (ing. The Approaching Storm) — 1865-ci ildə fransız rəssamı Qüstav Kurbe tərəfindən yağlı boya texnikası ilə pezaj üslubunda çəkilmiş bir mənzərə tablosu. Tablonun ölşüləri 146,7 × 230,8 sm-dir..Hyuston İncəsənət muzüyində sərgilənən bu əsəri muzeyə Kerolayn Viss Lou (ing. Caroline Wiess Law) hədiyə etmişdir. == Süjeti == Tablo Qüstav Kurbenin ölçücə ən böyük peyzajı sayılır. Əsərin yuxarı sol küncündə qara bulud axını seyr edilməkdədir. Qopmaqda olan tufan palıd ağacının budaqlarını əyərək sanki qayalıq torpaqdan onu kıkündən qoparmağa hazırlaşır. Ola bilsin ki, tablonun mənzərəsi Fransanın Fontenblo meşəsindən seçilmişdir.
Yaxınlaşan terraslar
Yaxınlaşan terraslar (rus. сходящиеся террасы, ing. converging terraces) — bir-birinin üzərində yüksələn, dərə aşağı alçalan /bəzən tam birləşən/ çay terrasları. Aşağı axını stabil vəziyyətdə olan və ya zəif qalxan, yuxarı hissəsi isə tektonik qalxmaya məruz qalan çay hövzələrində müşahidə edilir.
Yaxınlaşdırma peyvəndi
Yaxınlaşdırma peyvəndi və ya ablaktirovka (rus. аблактиро́вка; əsli lat. ablacto) — bağçılıqda peyvənd üsullarından biri. Bu, yaxınlıqda böyüyən bitkilərin tumurcuqlarının (alma, armud, üzüm) birləşməsidir. Tam birləşdikdən sonra, kök ana bitkidən ayrılır.
Yaxınlıq sensoru
Yaxınlıq sensoru (ing. Proximity sensor) obyektə toxunmadan onun yaxınlaşmağını, mövcudluğunu hiss edən həssas qurğudur. Bir çox istehsal proseslərində istifadə edilir. == Növləri == 3 tipi var: induktiv, maqnetik və tutum. İnduktiv yaxınlıq sensorları - ucunda dolaq yerləşdirilmiş sensolardır. Bu dolaq yüksək tezlikli maqnit sahəsi yaradır. Metal cisim bu maqnit sahəsinə yaxınlaşdıqda metalda induksiya olunan cərəyan sensorda rəqslərin dayanması və ya azalması ilə nəticələnir və termal itkiyə səbəb olur. Bu dəyişiklik həssas dövrə vasitəsilə müəyyən olunur, çıxış dövrəsini aktivləşdirir. Tutum yaxınlıq sensorları - cisim və sensor arasındakı elektrostatik tutumun dəyişməsini müəyyən edir. Sensorun hiss etmə sahəsinə cisim yaxınlaşdıqda dielektrik xassəsi göstərir və beləliklə, tutum dəyişir.
Yaxınını sev (roman)
Yaxınını sev Alman yazıçısı Erix Mariya Remark (alm. Erich Maria Remarque, Erich Paul Remark‎) tərəfindən 1939-cu ildə yazılmış roman. Roman Avropada I dünya müharibəsindən sonrakı dövrdən, Almaniyada NSAFP-nin hakimiyyətə gəlməsindən, "üçüncü növ" millət sayılan yəhudilərin ağır və faciəli həyatından bəhs edir. Əsərdə yəhudilərin gündəlik qayğıları, onlara qarşı münasibət, işdən azad edilmələri, hüquqlarının pozulması, sənədlərinin əllərindən alıb ölkədən çıxarılması kimi tarixi hadisələr bədi şəkildə təsvir edilmişdir. Böyük bir mühacir ordusu ölkəni tərk etmiş olur. Tezliklə emiqrant dalğası bütün Avropanı bürümüş olur. İnsanlar bir ölkədən digər bir ölkəyə qeyri qanuni yollarla, saxta sənədlərlə qaçmağa məcburdurlar. Romanda müəllif bütün bu ağılasığmaz hadisələr fonunda həmin dövrün insanlarının ağır talelərinə baxmayaraq həyatı sevmək əzmində olduqlarını göstərmişdir. Yazıçı Fransaya və oradan da ABŞ-yə səyahət edərkən romanı nəşr elətdirir. Alman dilində ilk nəşr 1941-ci ilin sentyabrında işıq üzü görür.
Şuşa yaxınlığında Mi-8 helikopterinin vurulması
Şuşa yaxınlığında Mi-8 helikopterinin vurulması — 1992-ci il yanvarın 28-də Ağdamdan Şuşaya uçan "Mİ-8" mülki helikopterinin erməni terrorçuları tərəfindən Xankəndi istiqamətindən Stinger raketi ilə vurulması hadisəsi. Terror hadisəsi Şuşanın Xəlfəli kəndi yaxınlığında baş vermiş, hadisə nəticəsində əksəriyyəti qadın və uşaqlardan ibarət 41 sərnişin və 3 ekipaj üzvü, ümumilikdə 44 nəfər həlak olmuşdur. == Hadisədən əvvəl == Hadisədən iki ay əvvəl - 20 noyabr 1991-ci ildə ermənilərin Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında "Mİ-8" helikopterini atəşə tutması nəticəsində Azərbaycanın bir çox dövlət xadimləri və jurnalistlər həlak olmuşdular. Həlak olanların arasında dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri, sabiq daxili işlər naziri Məhəmməd Əsədov, millət vəkilləri Vaqif Cəfərov, Vəli Məmmədov, baş nazirin müavini Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri, jurnalist Osman Mirzəyev, Qazaxıstan daxili işlər nazirinin müavini Sanlal Serikov, Azərbaycan Dövlət Televiziyasının jurnalisti Alı Mustafayev vardı. Ümumilikdə qəza nəticəsində 22 nəfər həlak olmuşdu. == Həlak olanların siyahısı == Abbasov Şahin Əli oğlu (d.01.06.1951, Ərikli, Laçın rayonu) — mülki Abbasova Səadət Şahin qızı (d.1980) — mülki Abbasova Sədaqət Kamran qızı (d.21.12.1959, Ağdam rayonu) — mülki Axundov Səfa Fətulla oğlu (d.1958, Masallı rayonu) — pilot, Azərbaycanın Milli Qəhrəmanı Cabbarov Xıdır Sədrəddin oğlu (d.5 fevral, 1969, Arduşlu, Laçın rayonu) — mülki Hüseynov Saleh Şahmar oğlu (d. 21 dekabr, 1936, Şuşa rayonu) — mülki. Mahmudov Ərəstun İspəndi oğlu (d.1957, Pirəbülqasım, İsmayıllı rayonu) — Azərbaycanın Milli Qəhrəmanı Salahov Şakir Şamil oğlu (d.1966, Cəmilli, Xocalı rayonu) — Azərbaycanın Milli Qəhrəmanı Seryogin Viktor Vasilyeviç (d.23 mart 1944, Tbilisi) — pilot, Azərbaycanın Milli Qəhrəmanı Sevindikov Qara Ərşad oğlu (d.1935, Ərikli, Laçın rayonu) — mülki == İstinadlar == == Ədəbiyyat == Керимли Керим // Журналисты на войне в Карабахе / ред. — Илья Максаков. — М.: Права человека, 2002.
Şuşa yaxınlığında Mi-8 vertolyotunun vurulması
Şuşa yaxınlığında Mi-8 helikopterinin vurulması — 1992-ci il yanvarın 28-də Ağdamdan Şuşaya uçan "Mİ-8" mülki helikopterinin erməni terrorçuları tərəfindən Xankəndi istiqamətindən Stinger raketi ilə vurulması hadisəsi. Terror hadisəsi Şuşanın Xəlfəli kəndi yaxınlığında baş vermiş, hadisə nəticəsində əksəriyyəti qadın və uşaqlardan ibarət 41 sərnişin və 3 ekipaj üzvü, ümumilikdə 44 nəfər həlak olmuşdur. == Hadisədən əvvəl == Hadisədən iki ay əvvəl - 20 noyabr 1991-ci ildə ermənilərin Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında "Mİ-8" helikopterini atəşə tutması nəticəsində Azərbaycanın bir çox dövlət xadimləri və jurnalistlər həlak olmuşdular. Həlak olanların arasında dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri, sabiq daxili işlər naziri Məhəmməd Əsədov, millət vəkilləri Vaqif Cəfərov, Vəli Məmmədov, baş nazirin müavini Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri, jurnalist Osman Mirzəyev, Qazaxıstan daxili işlər nazirinin müavini Sanlal Serikov, Azərbaycan Dövlət Televiziyasının jurnalisti Alı Mustafayev vardı. Ümumilikdə qəza nəticəsində 22 nəfər həlak olmuşdu. == Həlak olanların siyahısı == Abbasov Şahin Əli oğlu (d.01.06.1951, Ərikli, Laçın rayonu) — mülki Abbasova Səadət Şahin qızı (d.1980) — mülki Abbasova Sədaqət Kamran qızı (d.21.12.1959, Ağdam rayonu) — mülki Axundov Səfa Fətulla oğlu (d.1958, Masallı rayonu) — pilot, Azərbaycanın Milli Qəhrəmanı Cabbarov Xıdır Sədrəddin oğlu (d.5 fevral, 1969, Arduşlu, Laçın rayonu) — mülki Hüseynov Saleh Şahmar oğlu (d. 21 dekabr, 1936, Şuşa rayonu) — mülki. Mahmudov Ərəstun İspəndi oğlu (d.1957, Pirəbülqasım, İsmayıllı rayonu) — Azərbaycanın Milli Qəhrəmanı Salahov Şakir Şamil oğlu (d.1966, Cəmilli, Xocalı rayonu) — Azərbaycanın Milli Qəhrəmanı Seryogin Viktor Vasilyeviç (d.23 mart 1944, Tbilisi) — pilot, Azərbaycanın Milli Qəhrəmanı Sevindikov Qara Ərşad oğlu (d.1935, Ərikli, Laçın rayonu) — mülki == İstinadlar == == Ədəbiyyat == Керимли Керим // Журналисты на войне в Карабахе / ред. — Илья Максаков. — М.: Права человека, 2002.
Şuşa yaxınlığında terror (2021)
Şuşa yaxınlığında terror — 13 noyabr 2021-ci il tarixində Azərbaycanın Şuşa şəhərinin Daşaltı kəndinin yaxınlığında xidmət aparan Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbçilərinə əl qumbarasının atılması. Qumbaranın partlaması nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 3 hərbçisi müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisə İkinci Qarabağ müharibəsindən sonra ilk terror aktı kimi qeydə alınmışdır. == Zəmin == == Hadisə == 2021-ci il Noyabrın 13-ü saat 07:12-də Azərbaycanın Xankəndi şəhərindən Xankəndi-Laçın şose yolu ilə 48-MN-048 ER dövlət qeydiyyat nişanlı "Mercedes Benz" markalı avtomobillə Laçın şəhəri istiqamətində hərəkətdə olan Ermənistan vətəndaşı, 1975-ci il təvəllüdlü Norayr Mirzoyan, "RQD-5" markalı əl qumbarası ilə Azərbaycan Respublikasının ərazisində terror aktı törədir. Belə ki, qəsdən adam öldürmək məqsədilə idarə etdiyi avtomobildən düşərək Şuşa şəhərinin Daşaltı kəndinin yaxınlığında xidmət aparan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının həyatını təhlükəyə atmaqla əl qumbarasını onların istiqamətində atıb. Nəticədə 3 hərbçi müxtəlif dərəcəli bədən xəsarətləri alıb. == Nəticə == Hadisə törədildikdən dərhal sonra Norayr Mirzoyan rus sülhməramlıları tərəfindən zərərsizləşdirilib və bir müddət sonra Ermənistan tərəfinə təhvil verib. Yayılan videomateriallardan dərhal sonra Azərbaycan Respublikası Baş Prokurorluğu və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi hadisəni təsdiqləmişdir. Bu barədə Azərbaycan Respublikası Baş Prokuroru tərəfindən fakta görə Cinayət Məcəlləsinin 29, 120.2.1 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürməyə cəhd), 29, 120.2.3, (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürməyə cəhd), 29, 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd), 214.2.3 (terrorçuluq-odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 228.3 (qanunsuz olaraq odlu silah, partlayıcı maddə əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə mütəşəkkil dəstə tərəfindən törədildikdə) və digər maddələri ilə cinayət işi başlanmaqla istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilmişdir. Hazırda iş üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Ərdəbil yaxınlığında döyüş
Ərdəbil yaxınlığında döyüş — 16 iyul 919-cu ildə baş vermiş döyüş
Miopiya (yaxındangörmə)
Miopiya (yaxındangörmə) — uzağı aydın görə bilməmək problemidir. Büllur fokuslana bilmədikdə, məsafədə olan obyektləri görmək çətin olur, lakin yaxınlıqda olan obyektləri aydın şəkildə görmək olur. Miopiya görmə qüsurlarından ən geniş yayılanlardan biridir, adətən məktəb yaşlarında özünü göstərir və yetkinlik yaşına qədər artır. Miopiya gözün şüa sındırma qüvvəsinin (refraksiya) qüsuru olub, təsvirin gözün kökündə, torlu qişada deyil, onun önündə fokuslanması ilə xarakterizə edilir. Miopiya zamanı insan uzaq məsafədə yerləşən əşyaları aydın şəkildə seçə bilmir, yaxını isə əksinə, yaxşı görür. Belə şəxslərdə göz yorğunluğu, baş ağrıları, qaranlıqda görmənin pozulması müşahidə edilir. Diaqnostika prosesində vizometriya (görmənin yoxlanması), skiaskopiya, refraktometriya, oftalmoskopiya, biomikroskopiya, gözün ultrasəs müayinəsi aparılır. Miopiyalı pasiyentlərə mənfi göstəricili, səpici linzalarla eynək və ya kontakt linzalar təyin olunur. Yaxından görmənin cərrahi üsullarla (lensektomiya, fakik linzaların implantasiyası, radial keratotomiya, keratoplastika, kollagenoplastika) və ya Eksimer lazer cərrahiyyəsinin (LASEK, FRK və s.) köməyilə korreksiyası mümkündür.

Digər lüğətlərdə