YAZILMAQ

məch.
1. Kağız və ya başqa material üzərində qrafik işarələr (hərflər, rəqəmlər və s.) cızılmaq.
Bayram bir vərəq kağızda səliqə ilə yazılmış tələbnaməni Rəhim bəyə uzatdı. M.Hüseyn.

2. Bir şeyin yazılı mətni hazırlanmaq.
Bu elan Sədrəddin bəyin təhriki ilə yazılmışdı. S.M.Qənizadə.

3. Bir şey haqqında yazılı məlumat verilmək. Bu xüsusda yuxarılara yazılmışdır.
4. Ədəbi-bədii, elmi, musiqi və s. əsərlər yaradılmaq.
Əlbəttə, bizim tarixi mündəricəli günlərimizin günəş kimi parlaq səhifələrinə aid cild-cild kitablar, saysız-hesabsız əsərlər yazılmışdır, yenə də yazılacaqdır. S.Rəhimov.

5. Bir təşkilata və s.-yə qəbul edilib adı dəftərə qeyd edilmək. Dərnəyə yazılmaq. Axşam kursuna yazılmaq. Kluba yazılmaq.
– Zorxanaya kim yazılsaydı, gərək hər gün oyuna gələydi. H.Sarabski.

// Siyahıya alınmaq, qeyd edilmək, qeydə alınmaq.
6. dan. Müsadirə edilmək üçün siyahıya alınmaq, başı bağlanmaq.
YAZILMA
YAZIN

Digər lüğətlərdə

бунта́рство велико́нек дета́льность измы́згать плохова́то полирова́ние прелюбоде́йка рыболо́вство толка́ч-толкачо́м ша́пка отщи́пываться пе́рво-на́перво пети́ция пого́дный шихоботь filthy Frederic insect-pest palification self-activity studbook картограф настойчивый неповторимый пересмеять