1. Həcmcə, boyca, cüssəcə böyük, iri. Yekə daş. Yekə ağac. Yekə bədən. – Yekə başın faydası yoxdur, içində beyin gərək. ( Ata. sözü ).
2. məc. Yaşlı, kamala çatmış, hər şeyi başa düşən. Yekə oğlansan. – [Asya Gülçöhrəyə:] Sən yekə qızsan. Elə şeyləri başından çıxart.
◊ Yekə yerdən danışmaq – lovğalıq etmək, lovğa-lovğa danışıq. Əlindəki badə olsun, saz olsun; Hərəkətin işvə olsun, naz olsun; Yekə yerdən danışmağın az olsun; Düşərsən bir dərin ah-vaya, Pəri! Aşıq Məhəmməd bəy.
Başından yekə danışmaq – yaşına, tutduğu mövqeyə, biliyinə yaraşmayan, uyğun olmayan sözlər danışmaq.