YEKSAN

sif. [ fars. ] klas. Düz, bərabər, tən.
Onunçun var yalnız bircə səadət; O səadət məhəbbətlə yeksandır. A.Səhhət.

◊ Yer (torpaq, xak) ilə yeksan etmək – büsbütün dağıtmaq, yerlə bir eləmək.
Mən sülhə səs verirəm; Qədim abidələri; Yerlə yeksan etməsin; Toplar bir an içində. H.Hüseynzadə.

Yer (torpaq, xak) ilə yeksan olmaq – tamamilə yıxılıb dağılmaq, yerlə bir olmaq.
Bir deyən olmadı, ey xanəxərab; Məmləkət xak ilə yeksan oldu. M.Ə.Sabir;

// məhv olmaq.
Vallah, elə bəd dua elərəm ki, yerlə yeksan olarsan! C.Məmmədquluzadə.

YEKRƏNGLİK
YEKSƏR

Digər lüğətlərdə