1. Hər biri öz yerində; qaydada, müntəzəm.
Məclis əhli yerbəyer əyləşdilər. “ ”.
[İlyas:] …O kişilərdən gələn kağızları yerbəyer saxlasın.
□ Yerbəyer etmək (eləmək) – 1) hər şeyi öz yerinə qoymaq, nizam və səliqə ilə yığmaq, yerləşdirmək, qayda ilə qoymaq.
Sona ev işinə məşğul idi və Bahadır öz şeylərini yerbəyer edirdi.
Osman dükanı üçün gətirdiyi malları yerbəyer etməklə məşğul idi.
[Əlləzoğlu] süfrədə hər şeyi yerbəyer elədi, qara kirli əlləri ilə şişləri bir-bir qamarlayıb kababı iri, çökək bir nimçəyə çəkdi. ;
2) rahatlamaq, yerləşdirmək.
Qərəz, oğlan atı yerbəyer eləyəndən sonra yuxarı çıxdı. ( ).
Gecə gəlib səni yerbəyer edərəm.
Hamını yerbəyer eləyəndən sonra, müəllim gülə-gülə uşaqlara dedi…
Yerbəyer olmaq – qayda ilə yerini tutmaq, yerləşmək, hərə öz yerini tutmaq.
2. Hər yerdən, hərə bir tərəfdən, hərə öz yerindən.
Həsrətindən əlif qəddim büküldü; Cismim bəndi yerbəyerdən söküldü.
Qızlar gülüşərək yerbəyerdən qışqırışdılar. Ə Məmmədxanlı.