YERİKLƏMƏK

Hamiləlik dövründə hamilə qadının turşu və ya başqa şey istəməsi. (“Koroğlu” dastanının lüğəti)

Dastanda qanına yerikləmək frazeologizminin tərkibində işlənir və qanına susamaq, kimisə öldürmək istəmək mənasını verir.

Bilmirsənmi ki, paşalar sənin qanına yerikləyir. (“Koroğlunun İstanbul səfəri”)

                                                                    *

Koroğlu fərmanı mərdi-mərdana,

Dəlilərim yerikləyir al qana,

Qataram şəhərdə tozu dumana,

Dəlilərim bu şəhərdə qalıbdı.

                                  (“Qulun qaçmağı”)

YENİÇƏRİ
YERİNDİRMƏK

Digər lüğətlərdə