YETİMÇİLİK bax yetimlik. [Kərim xan] iyirmi yaşı olar-olmaz özü kimi yetimçilikdə böyümüş Xavər adlı yoxsul, lakin yaraşıqlı və nəcib təbiətli bir qızla evlənmişdi. M.İbrahimov. Məni yetimçiliklə saxlayıb, adam eləyib kişilər cərgəsinə çıxardığını demədin… Ə.Vəliyev.