Pap Yonqa (1 iyul 1997) — Qambiyalı üzgüçü. Pap Yonqa Qambiyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi.
Pap Yonqa birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 50 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 27.48 saniyəlik nəticəsi ilə 79-cu yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Yonqar
Yonqar emal olunan pəstahdan mexaniki emal zamanı ayrılan material hissəciyidir.
Metalların kəsmə ilə emalında yonqarlar müxtəlif mərhələlərdə yaranır. Alət metala daxil olduqda birnci mərhələ də metalın əzilməsi baş verir. Bu zaman material nisbətən bərkiyir. Kəsmə zonasında təzyiq artır və yaranan gərginlik kəsmə zonasındakı toxunma gərginliyindən böyük olduqda sürüşmə baş verir. Sürüşmə müstəvisində metallın kristallik qəfəsi dağıdılır və yonqar alətin qabaq üzü üzrə sürüşür. Nəticədə materialdan fərqli olaraq müxtəlif formalı yonqarlar əmələ gəlir. Yonqar kəsmə zonasından kənarlaşdırıldıqdan sonra alət növbəti dəfə pəstaha girir və növbəti yonqar çıxarılır. Beləliklə səth hissə-hissə yonulur və emal olunur.
Yonqar əmələgəlmədə temperatur ənvacib amillərdəndir.