YORĞAN-DÖŞƏK

top. Yorğan, döşək, balışdan ibarət yatacaq ləvazimatı.
Hamı aptekxanalarda taxtabiti tozu satırlar, get bir az al, səp yorğan-döşəyin ətrafına! N.Vəzirov.
[Səlimə:] Ay Qurban, yuxun gəlirsə, yorğandöşək salım, bir az yat. Ə.Haqverdiyev.

◊ Yorğan-döşəkdən durmaq (qalxmaq) – sağalmaq.
Heç gör sən gedəndən də bir-iki ay sonra mən yorğan-döşəkdən dura biləcəyəm ki, bir söz də danışam? Koroğlu”.

Yorğandöşəyə düşmək (yıxılmaq) – bərk xəstələnmək.
…Həlimə hamamdan çıxanda özünü soyuğa verib yorğan-döşəyə düşdü. S.S.Axundov.
Bir az da bu dərdi ilə baş-başa qalardısa, naxoşlayıb yorğan-döşəyə yıxıla bilərdi. Ə.Əbülhəsən.

Sinonimlər (yaxın mənalı sözlər)

  • YORĞAN-DÖŞƏK YORĞAN-DÖŞƏK İndi Anna evində təzə yorğan-döşəkdə uzanıb xəyala dalmışdı (M.Hüseyn); BƏSTƏR (kl.əd.) [Əvam:] Anlamam hərgiz, cəhalət bəstərində yatmış
YORĞAN
YORĞANAĞI
OBASTAN VİKİ
Yorğan
Yorğan bir növ yataq örtüyüdür ki, ənənəvi olaraq üç qat fiberdən ibarətdir: bir toxunmuş parça üstdə, bir qat pambıq ya yun və toxunmuş parça arxada ki, yorğan tikmək texniki istifadə edərək birləşdirilir. Bir birədən ötür yorğanı yandırmazlar. Bir subay oğlan, bir mitil yorğan. Cecimin axır yorğanı. Hələ yoğunu yorğan altındadır. Xan yorğanı mitil olmaz. Yorğanı göydə ayağı uzun. Yorğanına görə qıçını uzad.

Digər lüğətlərdə