1. Əlini yumulmuş vəziyyətə salmaq.
Solmaz əllərini yumruqlayıb balınca dayadı, ancaq qalxa bilmədi.
2. Yumruqla vurmaq (döymək).
// Yumruqla taqqıldatmaq (döymək, döyəcləmək).
[Müəllimə] bir şey lazım olduqda, öz otağı ilə Tellinin sakin olduğu otaq arasındakı divarı yumruqlardı.
// məc. Döyəcləmək.
[Qəhrəman:] Kənarda şiddətlə əsən qış ruzgarı birqat pəncərələri yumruqlayır, kiçik qar və buz zərrələri ilə bombardman edirdi.