YURDSUZ

sif. Yurdu, evi, məskəni olmayan, evsiz-eşiksiz, ev-eşiyindən, yurdundan məhrum olmuş.
Hələ də gəlib-gedənə əl açan yetim uşaqlar və yurdsuz arvadların əlindən tərpənmək mümkün deyildi. M.İbrahimov.

// Vətənsiz.
Vətən! Qoynunda bəslənmiş əməllər, arzular, şəksiz; Vətənsiz, yurdsuz insanlar yaşar aləmdə məsləksiz. S.Vurğun.
Xatmurani səltənəti çöküb yerə; Bir əbədi yırtıcılar, bir də dedi; Mütilərdir tarix boyu yurdsuz qalan. M.Araz.

// Sahibsiz, baxımsız, kimsəsiz; avara.
[Firidun] bazar və küçələri doldurmuş yurdsuz uşaqlara, səfil-sərgərdan bir halda hər gələnə əl açan qadın və qızlara baxırdı… M.İbrahimov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • YURDSUZ evsiz — eşiksiz
  • YURDSUZ sahibsiz — baxımsız — kimsəsiz
YURDLU
YURDSUZ-YUVASIZ

Digər lüğətlərdə