YÜYƏN

is. Atın başına keçirilən kəm və cilovdan ibarət qoşqu ləvazimatı. Yüyəni atın başına keçirmək. Atın yüyənindən tutmaq.
– Bir az da getmişdilər, genə Rövşən Qıratın yüyənini çəkib dönüb geri baxdı. Koroğlu”.
[Bülənd] atın yüyənini tamamilə buraxdı. Ə.Əbülhəsən.

◊ Yüyəni ələ keçmək – birindən asılı vəziyyətə düşmək, asılı olmaq, tabe olmaq.
[Hikmət İsfəhaninin] deyəsən, yüyəni [Sərhəngin] əlinə keçməkdə idi. M.İbrahimov.

Yüyəni ələ vermək – ixtiyarını başqalarının əlinə vermək, tamamilə asılı vəziyyətə düşmək, tabe olmaq.
Yüyənindən (yüyənini) çəkmək – qarşısını almaq, saxlamaq, yığışdırmaq, həddini göstərmək. Onun yüyənini bir az çəkmək lazımdır.
Yüyənini ələ keçirmək – özündən asılı vəziyyətə salmaq, özünə tabe etmək.

Etimologiya

  • YÜYƏN Mənbələrdə çətkən kimi də qeydə alınıb, çəkmək feili ilə bağlıdır (qan­tar­ğa­nın qoluna, yəni əldə tutulan qayış hissəsinə deyirlər)
YÜRÜTMƏK
YÜYƏNLƏMƏ

Digər lüğətlərdə