ZƏNGİNLƏŞMƏK

f.
1. Varlanmaq, varlı olmaq, malı, dövləti daha da artmaq.
2. məc. Biliyi, məlumatı artmaq; əqlən, mənən daha da inkişaf etmək; kamilləşmək.
Şiraslan öz-özünə cavab verdi: “Bəli, insan təbiəti dərk etməklə, onu dəyişdirməklə özü də zənginləşir”. S.Rəhimov.
İnsan mənəvi cəhətcə yalnız o zaman həqiqi mənada zənginləşə bilər ki, onun həyat idealı bütün başqa hissləri üzərində hakim olsun. M.Hüseyn.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ZƏNGİNLƏŞMƏK artmaq — çoxalmaq
  • ZƏNGİNLƏŞMƏK varlanmaq — dövlətlənmək
  • ZƏNGİNLƏŞMƏK kamilləşmək
  • ZƏNGİNLƏŞMƏK zənginləşmək bax varlanmaq

Antonimlər (əks mənalı sözlər)

  • ZƏNGİNLƏŞMƏK ZƏNGİNLƏŞMƏK – YOXSULLAŞMAQ – Bəli, insan təbiəti dərk etməklə, onu dəyişdirməklə özü də zənginləşir (S
ZƏNGİNLƏŞMƏ
ZƏNGİNLİK

Digər lüğətlərdə