ZƏRD FARS

1. Sarı; sarılıq.

2. Sarıköynək quşunun məhəlli adı. (“Koroğlu” dastanının lüğəti)

Beş gün bu fani dünyada

Bənzim zərd oldu, zərd oldu,

Gördüm bir qanlı zalımı,

Mənə dərd oldu, dərd oldu.                   

                         (“Koroğlunun qocalığı”) (“Koroğlu–Hümmət”)

                      *

Ay həzərat, ay camaat,

Ürək zərd oldu, zərd oldu!..

Genə namərdin sözləri

Cana dərd oldu, dərd oldu!

                         (“Koroğlunun qocalığı”)

ZƏRBİ-ŞƏST
ZƏRƏFŞAN