ZƏRURƏT

is. [ ər. ]
1. Bir işə hər halda və vəziyyətdə məcbur olma, istər-istəməz onu əmələ gətirmə; məcburiyyət, naçarlıq, çarəsizlik.
Hər dəm çəkib ol qəm içrə min ah; Səbr etdi zərurət ilə ol mah. Füzuli.
Zərurət üz verdiyi zaman, insan özündə adi vaxtlarda mövcud olduğunu əsla təxmin etməyən bir qüvvənin bulunduğunu hiss edə bilərmiş. M.S.Ordubadi.

2. Lazım olma, lüzum, vaciblik.
Cəmiyyətin bütün mütərəqqi adamları … qüvvələrini birləşdirmək zərurətini anlamışlar. M.İbrahimov.

3. Ehtiyac, lüzum.
Seyyid, qəzəldə ləfziqəliz etmə mündəric; Kim kəşfinə zərurət ola “Kənz” ya “Sihah”. S.Ə.Şirvani.
Əlbəttə, bu yerləri yazın ilıq günlərində görmək Qəhrəman üçün daxili bir zərurət idi. S.Rəhimov.

□ Zərurət düşmək – ehtiyac əmələ gəlmək, lazım gəlmək, yeri gəlmək.
Sərfəsizdir gövhəri israfilə sərf eyləmək; Ta zərurət düşməyincə söyləmək zinhar söz. Qövsi.

4. Son dərəcə yoxsulluq, möhtaclıq, ehtiyac.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ZƏRURƏT vaciblik — labüdlük
  • ZƏRURƏT məcburiyyət — naçarlıq — çarəsizlik
  • ZƏRURƏT ehtiyac — lüzum
  • ZƏRURƏT yoxsulluq — möhtaclıq
  • ZƏRURƏT zərurət bax ehtiyac 1
ZƏRRİNƏ
ZƏRURİ
OBASTAN VİKİ
Zərurət

Digər lüğətlərdə