ZƏVZƏKLİK

is. Çox danışqanlıq, lağlağılıq, boşboğazlıq, naqqallıq.
[Xan:] Bivecdir, əlindən zəvzəklikdən başqa bir şey gəlməz. Çəmənzəminli.
Yaman qəzəbləndi bu zəvzəkliyə; Baş həkim Cahangir çıxdı özündən. B.Vahabzadə.

□ Zəvzəklik etmək – boşboğazlıq etmək, naqqallıq etmək, boş-boş danışmaq.
Sabah bu arvad gedib orda-burda zəvzəklik edərək Siratın dövlətli tərəfdarı olduğunu danışa bilərdi. Ə.Əbülhəsən.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ZƏVZƏKLİK lağlağılıq — boşboğazlıq — naqqallıq
ZƏVZƏKLƏŞMƏK
ZƏVZƏMƏ

Digər lüğətlərdə