ZÉMSTVO

is. [ rus. ] tar. İnqilabdan qabaqkı Rusiyada: tərkibi əsasən zadəganburjua nümayəndələrindən ibarət olan məhdud hüquqlu yerli idarə. Zemstvo idarələri. Zemstvo yığıncağı. Zemstvo hakimi.
– Sonra müəllim, zemstvo və hökumət məktəblərinə nisbətən bu məktəbdə oxuyan şagirdlərin yazı ləvazimatı ilə daha yaxşı təmin olunmasından danışdı. Çexovdan.

ZEHNİYYƏT
ZEND
OBASTAN VİKİ
Zemstvo yığıncağı
Zemstvo yığıncağı — XVI əsrin ortaları -XVII əsrin sonlarında Rusiyada silklərin nümayəndələrindən ibarət təsisat. Müqəddəs kilsənin, Boyar Dumasının, "hökmdar sarayı"nın üzvlərindən, eləcə də seçkili və əyalət zadəganlarından və şəhərin yuxarı təbəqələrindən ibarət idi. Zemstvo yığıncağında xarici siyasət, maliyyə, vergi qoyulması və s. kimi mühüm dövlət əhəmiyyətli məsələlərə baxılırdı. Çar hakimiyyətinin möhkəmləndirilməsi ilə bağlı olaraq, Zemstvo yığıncaqları getdikcə daha az, özü də yalnız hökumətin təşəbbüsü ilə çağırılmağa başlandı.

Digər lüğətlərdə