ZUĞ

(Çənbərək)
paya. – Çəpərdən zuğları çəkif çıxarıf, uşaxlar yandırıflar
ZUBDA
ZUĞA
OBASTAN VİKİ
Zuğaşi Berepe
Zuğaşi Berepe — 1993-1998-ci illər aralığında Türkiyədə fəaliyyət göstərən ilk laz rok qrupu. Qrupun adı azərbaycanca "Dənizin uşaqları" mənasına gəlir. Qrup lazca ilə yanaşı türkcə və hemşincə də mahnılar ifa edib. Mehmedali Barış Beşlinin lazca siyasi çalarlı musiqi yaratma fikriylə Kazım Koyuncu ilə birlikdə 1993-cü ildə yaratdığı "ŞK'U" (Biz) qrupu bir il sonra İlhan Karahan və Metin Kalaçın da qrupa qoşulmasıyla adını dəyişərək Zuğaşi Berepe («Dənizin Uşaqları») etdi. 5 il fəaliyyət göstərən qrup sonuncu albomunu buraxdıqdan qısa bir müddət sonra fəaliyyətini dayandırdı. Mehmedali Barış Beşli - vokal Kazım Koyuncu - akustik gitara, vokal İlhan Karahan - elektrogitara Metin Kalaç - bass-gitara Çingiz Eyvazov - zərb alətləri Mahmut Turan - tulum Zülküfil Murat Dilek - zərb alətləri Cafer İsleyen - bass-gitara Gürsoy Tanç - elektrogitara Uğurcan Sezen - klaviş ° Qeyd: Zuğaşi Berepenin 1995-ci ildə buraxılan «Va Mişkunan» albomunun zərb alətləri hissəsini Yuxu qrupundan Çingiz Eyvazov ifa edib. Avlaskani Cuneli Golas Empula Yulun Yeşili Kamiyoni Bozo Bererttaşa Va Mişkunan Ernesto Ben Oxoşkva Do Oropa Şeni 1995-ci ildə Anadolu Müzik etiketiylə satışa buraxılan «Va Mişkunan» («Bilmirik») albomunun zərb alətləri hissəsini Yuxu qrupundan Çingiz Eyvazov ifa edib. Ma a Koçi Vore Enel Hak K3aperi Oropa Ar Tilifoni Ka Tun Mita Xendasoç Anlat Bana Dadişkimi Sopez Gulur İgzas 1998-ci ildə buraxılan «İgzas» («Yeriyir») albomu qrupun ikinci və sonuncu albomudur. Bu albomdan qısa bir müddət sonra qrup dağılmışdır.
Zuğulba
Zuğulba — Bakı şəhərinin Xəzər rayonunun Buzovna qəsəbə inzibati ərazi vahidində keçmişdə qəsəbə olmuş ərazi. Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Bakı şəhərinin Əzizbəyov (indiki Xəzər) rayonunun Buzovna qəsəbə inzibati ərazi vahidi tərkibindəki Zuğulba qəsəbəsi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır. Zuğulba Buzovna kəndinin ərazisində yerləşir və onun bir hissəsini təşkil edir. Bura öz çimərlikləri ilə məşhurdur.
"Zuğulba" iqamətgahı
"Zuğulba" iqamətgahı — Azərbaycan Respublikası Prezidentinin rəsmi şəhərətrafı iqamətgahı. Bakıdan 40 km aralıda, Xəzər dənizinin yaxınlığında, Zuğulbada yerləşir. == Tarixi == Sovet dövründə bu ərazidə Azərbaycan Kommunist Partiyası və Azərbaycan SSR rəhbərlərinin hökumət daçaları yerləşirdi. "Zuğulba" iqamətgahı Azərbaycan Respublikası Prezidentinin 9 dekabr 2005-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində olan dövlət büdcəsindən maliyyələşdirilən və Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin şöbəsi statusuna malik olan təşkilatlar siyahısına daxil edilmişdir. == Təsviri == İqamətgah Xəzər dənizinin sahilində yerləşir və rəsmi görüşlər və tədbirlər zamanı istifadə üçün nəzərdə tutulub. Memarlığı Qərb memarlığının elementlərini Azərbaycan milli üslubu ilə birləşdirir. Sarayda İsrailin Baş naziri Benyamin Netanyahu, Belarus Prezidenti Aleksandr Lukaşenko, Rusiya prezidentləri Dmitri Medvedyev və Vladimir Putin, Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili kimi bir sıra dövlət rəsmiləri qəbul edilib.