ZƏİFLƏMƏ

Zəifləmək”dən f.is.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ZƏİFLƏMƏ azalma
  • ZƏİFLƏMƏ halsızlaşma — üzgünləşmə
ZƏİFLƏDİLMƏK
ZƏİFLƏMƏK
OBASTAN VİKİ
Xroniki zəifləmə xəstəliyi
Bəzən zombi maral xəstəliyi adlanan xroniki zəifləmə və ya arıqlama xəstəliyi ( ing. chronic wasting disease (CWD) ), marallara aid ötürülən süngərvari ensefalopatiyadır. Bu, prion adlanan zülalların xüsusi sinfinin səbəb olduğu xəstəliklərdən hesab edilir və bunlara mal-qarada dəli dana xəstəliyi, insanlarda Kreutzfeldt-Yakob xəstəliyi kimi oxşar xəstəliklər daxildir. ABŞ-da CWD qatır maralı, ağ quyruqlu maral, nəcib maral, xallı maral, Kanada maralı, sığın və adi şimal maralına təsir edir. CWD-nin sincabaoxşar və geni dəyişdirilmiş siçanlar kimi digər növlərə eksperimental ötürülməsi qeyd edilmişdir. 1967-ci ildə CWD ilk dəfə ABŞ-ın Kolorado ştatının şimalındakı bir hökumət tədqiqat müəssisəsində qatır maralında müəyyən edildi. Əvvəlcə klinik "arıqlama" sindromu kimi tanındı və sonra 1978-ci ildə daha dəqiq bir xəstəlik olaraq təyin olundu. O vaxtdan bəri CWD ABŞ-ın 30 ştatında və Kanadanın dörd əyalətində sərbəst gəzən və təsərrüfatlarda olan heyvan populyasiyalarında aşkar edilmişdir. Bundan əlavə, CWD bir Minnesota nəcib maral fermasında, Norveçdə bir vəhşi şimal maralı sürüsündə (mart 2016) müəyyən edildi. Finlandiyada (Mart 2018) və İsveçdə (Mart və May 2019, Sentyabr 2020) sığınlarda bu hallar aşkar edilmişdir.
Xroniki zəifləmə xəstəliyi (CWD)

Digər lüğətlərdə