ZƏRDÜŞTLÜK

is. Qədim Azərbaycan, İran və Orta Asiya xalqlarının dini (zərdüştlüyün ən səciyyəvi xüsusiyyəti dünyada iki qüvvənin – xeyir ilə şərin həmişə bir-biri ilə mübarizədə olduğu təsəvvürümdən ibarətdir).
ZƏRDÜŞTİLİK
ZƏRƏDİN
OBASTAN VİKİ
Zərdüştlük
Zərdüştçülük və ya Zərdüştilik (avest. vahvī- daēnā- māzdayasna- — "Müdriklərə hörmət bəsləyən xoş inam", fars. «بهدین»‎ — behdin, "Xoş inam") dünyanın ən qədim dinlərindən biri. Azərbaycanın qədim dövləti olan Atropatena da bu dinə sitayiş edirdi. Dünyanın ən qədim etiqadlarından biri olan zərdüştçülük İran ərazisində meydana gəlmişdir. Zərdüşt dini onun banisi Zərdüştün adı ilə bağlıdır. Bu yeni dini etiqad yalnız İran ərazisində yaşayan tayfalar tərəfindən qəbul edilmədi. O, eyni zamanda Azərbaycan, Orta Asiya, Hindistan və digər ölkələrdə yaşayanların da dininə çevrildi. Zərdüştün həyat və fəaliyyəti haqqında indi də tədqiqatçılar arasında mübahisələr davam edir. Uzun illər ərzində bu barədə külli miqdarda tədqiqatlar aparılmasına baxmayaraq, hələ də Zərdüştün nə vaxt və harada yaşayıb, yaratmasıyla bağlı dəqiq fikir yoxdur.

Digər lüğətlərdə