Çubu (region)
Çubu regionu (中部地方, Chūbu-çihō, mərkəzi region) — Yaponiyanın Honşu adasının mərkəzində yerləşən region. Çubu regionu doqquz prefekturadan ibarətdir: Niiqata, Toyama, İşikava, Fukui, Yamanaşi, Naqano, Gifu, Şizuoka, Aiçi. Bəzən onun tərkibinə Mie prefekturasını da daxil edirlər. Bundan əlavə, Çubu bəzən Tokai, Koşinetsu və Hokuriku regionlara bölünür. Lakin, bu regionları heç bir rəsmi statusu yoxdur.
== Coğrafiya ==
Çubu regionu şimal-qərbdə Yapon dənizi ilə, cənubda isə Sakit okean ilə sərhəddir; şərqdə o, Kanto regionu, qərbdə isə Kansai regionu ilə həmsərhəddir. Regionun mərkəzi dağlar ilə doludur. O cümlədə, Yaponiyanın ən böyük dağı olan Fuci də bu regionun Şizuoka və Yamanaşi prefekturaların arasında yerləşir.
=== Regionlar ===
==== Tokai ====
Tokai regionu (東海地方, Tōkai-chihō) Tokio və Naqoya şəhərlərin arasında olan dəmir yolunun ətrafında yerləşir. O, Şizuoka, Aiçi, Gifu və Mie prefekturalardan ibarətdir.