ŞENLİK

Kənd, oba, yaşayış məntəqəsi, məskun yer.

Bir təpənin başında bir şenlik görünürdü, Aslan dedi:

– Qardaş, orda diyən kör-kösək var. Gəl gedək ora, bəlkə yeməkdən-zaddan tapdıq. (“İrvahım”)

                                                                             *

Ay oğlan, bu gədikdən aşanda Bəndərqala şəhəridi. Şenlik abadanlıqdı. Gedin, düşün, dincəlin. (“Şahzadə Bəhrəm”)

ŞATIR ƏRƏB
ŞENNİK
OBASTAN VİKİ
Şenlik
Şenlik – (şennik) də oba kimi qədim tarixə malik yaşayış məskəni olub, ailə nufusunun sayına gorə ondan kiçik yaşayış məskəni. Şenlik (şennik) də oba kimi qədim tarixə malik yaşayış məskənlərindən biridir. Koma quruluşlu yaşayış məskənlərindəki hər bir koma ayrıca bir şenlik təşkil edir və əksər hallarda monogen xarakterli olurdu. Şənlik əhalisinin tərkibi, əsasən, qohum tayfalardan formalaşırdı. XIX əsrin ikinci yarısında N.A.Abelov yazır ki, ayrı-ayrı nəsil və qrupların (tirə, oymaq) məskun olduğu köçəri icma məskənlərini müsəlmanlar şenlik adlandırırlar. XIX əsrdə Azərbaycan xalq yaşayış məskənlərinin tarixən yaranmış tipləri olan kənd, oba və şenlik anlayışları, aralarında bəzi fərqlərin olmasına baxmayaraq, bütövlükdə "yaşayış məskəni" mənasında işlədilmişdir.
Aşıq Şenlik
Aşıq Şenlik (əsl adı:Həsən; 1850, Çıldır – 1913, Arpaçay ilçəsi, Qars ili) — Azərbaycanlı Türk aşıq == Həyatı == İrəvanda Aşıq Şenliyin bağlamalarına cavab verə bilməyən aşıqlar ona düşmən kəsilirlər. Saz-söz meydanında məğlub olmuş aşıqlar Şənliyin çayına vədəli zəhər qatırlar Aşıq Şenlik ağır vəziyyətdə İrəvandan Ağbaba mahalının Quzukənd kəndində yaşayan qızı Gülxanımın evinə gətirilir. Aşıq qızının evində vəfat edir. Vəsiyyətinə əməl olunaraq 1912-ci ildə Çıldır mahalının Suxara kəndində Təzə məzərlik deyilən yerdə dəfn olunmuşdur. == Ailəsi == Aşıq Şenlik ilk sevgisinin uğursuzluğundan sonra Hürü adlı bir qızla evlənmişdir. Onun iki oğlu — Qasım, İsgəndər, üç qızı – Hənifə, Gülənaz, Gülxanım dünyaya gəlmişdir. Şenliyin böyük oğlu Qasım da aşıq olmuş, 1954-cü ildə vəfat etmişdir. Qasımın oğlu Yılmaz Şenlik babasının ədəbi irsinin kamil bilicisidir. Yılmaz Şenlik Qarsda yaşayan məşhur aşıqlardan sayılır. == Fəaliyyəti == Tarixi və çağdaş aşıq mühitləri sırasında Çıldır aşıq mühiti həm yaradıcılıq, həm də ifaçılıq-sənətkarlıq baxımından özəl bir yer tutur.

Digər lüğətlərdə