ŞEYBANİ

qocalmış, saç-saqqalı ağarmış; müdrik (XIX əsr İran satirik şairi Əbu Nasir Şeybaninin təxəllüsündən yaranmışdır).
ŞERİ
ŞEYDA
OBASTAN VİKİ
Şeybani
Şeybanilər - Şeybani xanlığında hakim sülalə. Şeybanilər - İranın Kaşan şəhərinin ərəb mənşəli soylarından.
Məhəmməd Şeybani
Məhəmməd Şeybani (1500-1510) — Şeybani sülaləsindən özbək xanı, şairi. Məhəmməd Şeybəxt xan kimi tanınırdı. Anası Uluqbəyin qızı Reyhan Sultan bəyim idi. Çingiz xanın oğullarından Cuçinin oğlu, Batının qardaşı Şeybanın sülaləsindən olan və Özbəkləri idarə edən Əbuülxeyir xan tərəfindən qurulmuş xanlıqdır. 1428-ci ildə qurulan Buxara xanlığı 1468-ci ildə Əmir Teymur tərəfindən yıxılmışdır. Sonra 1500-ci ildə Məhəmməd Şeybani xan (1451-1510) tərəfindən təkrar qurulan Şeybani xanlığı (1500-1599) 1506-ci ildə Buxaranı ələ keçirmiş, mərkəzi Buxaraya köçürmüş və Buxara xanlığı olaraq xatırlanmağa başlamışdı. Bu xanlıq Özbək Xanlığı olaraq da tanınır. Şeybani ya da Şeybanoğulları xanlığı 1599-cu ildə Astarxan xanlığı mənşəli Din Məhəmməd, Baqi Məhəmməd və Qubernator Məhəmməd qardaşları tərəfindən yıxılmış və Buxara Xanlığı Aştarhan hakimiyyətinin Canı hakimiyyətinin əlinə keçmişdir. 1510-cu ildə I Şah İsmayıl Səfəvi tərəfindən məğlub edilərək öldürülmüşdür.
Şeybani Xanlığı
Şeybani xanlığı (1428–1468, 1500–1599) — Çingiz xanın oğullarından Cucinin oğlu, Batının qardaşı Şeybanın sülaləsindən olan və Özbəkləri idarə edən Əbuülxeyir xan tərəfindən qurulmuş xanlıqdır. 1428-ci ildə qurulan Buxara xanlığı 1468-ci ildə Teymurilər dövləti tərəfindən süqut olunmuşdur. Sonra 1500-cü ildə Məhəmməd Şeybani xan (1451–1510) tərəfindən təkrar qurulan Şeybani xanlığı (1500–1599) 1506-cı ildə Buxaranı ələ keçirmiş, mərkəzi Buxaraya köçürmüş və Buxara xanlığı olaraq xatırlanmağa başlamışdı. Bu xanlıq Özbək Xanlığı olaraq da tanınır. Şeybani, ya da Şibanoğulları xanlığı 1599-cu ildə Həştərxan xanlığı (Astarxan xanlığı) mənşəli olan Din Məhəmməd, Baqi Məhəmməd və Qubernator Məhəmməd qardaşları tərəfindən yıxılmış və Buxara xanlığı Həştərxan hakimiyyətinin (Canı hakimiyyətinin) əlinə keçmişdir.
Şeybani sülaləsi
Şeybanilər - Şeybani xanlığında hakim sülalə. Şeybanilər - İranın Kaşan şəhərinin ərəb mənşəli soylarından.
Şeybani xan

Səfəvi-Şeybani müharibələri
Səfəvi-Şeybani əlaqələri — XVI əsrin əvvəlindən sonuna qədər davam etmiş əsasən müharibələrlə müşayət olunmuş əlaqələr. Şeybanilər Teymurilər sülaləsinə qarşı mübarizə apardıqları zaman Şah İsmayıl İranı birləşdirib vahid dövlətə çevirməyə can atır və eyni zamanda Xorasanda baş verənləri də nəzarət altında saxlayırdı. O, özbəklərin Kermana, Astarabad və Xorasana etdikləri hücumları və Şeybanilərin təhlükə törədə biləcəklərini nəzərə alaraq ciddi tədbirlərə əl atmalı olduğunu başa düşür. Şeybək xanın Şah İsmayıla göndərdiyi məktubda da şe’r ilə hədəfinin tək İranın deyil, Məkkə və Mədinənin də işğal edəcəyi olduğu göstərilir. Şerin məzmunu: (Şeybək xan İraq dedikdə təzə təsis olmuş Səfəvi dövlətinin ixtiyarında olan Əcəm İraqını nəzərdə tutmuşdur). Hicrətin 916-cı ilində İranın mərkəzində artıq heç bir çətinlik qalmamışdı. Fəzl Ruzbəhan bu haqda yazır: "İraq, Fars, Kerman, Azərbaycan və Ərəb İraqında Şah İsmayıla çətinlik törədə biləcək və başını qata biləcək elə bir qarışıqlıq qalmamışdı". Nəhayət, Şah İsmayıl Şeybək xanın sorağına gəlir və təkəbbürə malik olan Şeybək xan Şah İsmayıla göndərdiyi məktublarda ünvanına xoşagəlməz sözlər deyir və onu «kiçik nəzarətçi» adlandırırdı. O, Şah İsmayıldan İranda onun adına sikkə vurub Orta Asiya camaatının Həcc ziyarətinə getməyinə imkan verməsini tələb edirdi. Göndərdiyi məktubların birində yazırdı: "Cümə məscidlərində bizim hər yanı tutmağımız haqqında xütbə oxu və özün də bizim yüksək məqamımıza diqqət yetir, yoxsa..." Belə bir təhqiramiz məktub hər bir tanınmış əmir üçün dözülməz bir iş idi.
Səfəvi-Şeybani müharibəsi
Səfəvi–Şeybani müharibəsi — 1510-cu ildən etibarən Şeybanilər xanlığı və Səfəvilər İmperiyası arasında baş vermiş və Səfəvi qalibiyyəti ilə nəticələnmiş müharibə. Müharibə zamanı Şeybani ordusuna Məhəmməd Şeybani, Səfəvi ordusuna isə Şah İsmayıl Xətai rəhbərlik edirdi. Səfəvilər dövləti müharibədən qalib çıxmış, Məhəmməd Şeybani isə Mərv döyüşündə həlak olmuşdur. 1510-cu ildə başlamış hərbi əməliyyatlar uzun müddət davam etmişdir. Mərv döyüşündə xilas olunan əsirlərdən biri Zahirəddin Məhəmməd Baburun bacısı idi. Bu hadisədən sonra Şah İsmayıl və Böyük Moğol İmperiyası arasında dostluq yaranmışdır. 1500-cü ildə Şeybani sülaləsi Buxara xanlığının əsasını qoydu. Bu dövlətin paytaxtı Səmərqənd şəhəri id. Bir qədər keçdikdən sonra Şeybanilər Məvaraünnəhr, Xarəzm, hətta Xorasanın önəmli bir hissəsini ələ keçirdilər. Səfəvi dövləti və ya Dövlət-e Qızılbaş dövləti də 1501-ci ildə yaradılmış və öz növbəsində o da, ətraf bölgələr hesabına genişlənməyə başlamışdı.
Səfəvi-Şeybani əlaqələri
Səfəvi-Şeybani əlaqələri — XVI əsrin əvvəlindən sonuna qədər davam etmiş əsasən müharibələrlə müşayət olunmuş əlaqələr. Şeybanilər Teymurilər sülaləsinə qarşı mübarizə apardıqları zaman Şah İsmayıl İranı birləşdirib vahid dövlətə çevirməyə can atır və eyni zamanda Xorasanda baş verənləri də nəzarət altında saxlayırdı. O, özbəklərin Kermana, Astarabad və Xorasana etdikləri hücumları və Şeybanilərin təhlükə törədə biləcəklərini nəzərə alaraq ciddi tədbirlərə əl atmalı olduğunu başa düşür. Şeybək xanın Şah İsmayıla göndərdiyi məktubda da şe’r ilə hədəfinin tək İranın deyil, Məkkə və Mədinənin də işğal edəcəyi olduğu göstərilir. Şerin məzmunu: (Şeybək xan İraq dedikdə təzə təsis olmuş Səfəvi dövlətinin ixtiyarında olan Əcəm İraqını nəzərdə tutmuşdur). Hicrətin 916-cı ilində İranın mərkəzində artıq heç bir çətinlik qalmamışdı. Fəzl Ruzbəhan bu haqda yazır: "İraq, Fars, Kerman, Azərbaycan və Ərəb İraqında Şah İsmayıla çətinlik törədə biləcək və başını qata biləcək elə bir qarışıqlıq qalmamışdı". Nəhayət, Şah İsmayıl Şeybək xanın sorağına gəlir və təkəbbürə malik olan Şeybək xan Şah İsmayıla göndərdiyi məktublarda ünvanına xoşagəlməz sözlər deyir və onu «kiçik nəzarətçi» adlandırırdı. O, Şah İsmayıldan İranda onun adına sikkə vurub Orta Asiya camaatının Həcc ziyarətinə getməyinə imkan verməsini tələb edirdi. Göndərdiyi məktubların birində yazırdı: "Cümə məscidlərində bizim hər yanı tutmağımız haqqında xütbə oxu və özün də bizim yüksək məqamımıza diqqət yetir, yoxsa..." Belə bir təhqiramiz məktub hər bir tanınmış əmir üçün dözülməz bir iş idi.
Əbdülmömin xan Şeybani
Əbdülmömin xan (1568-1598) — Buxara xanlığının Şeybanilər sülaləsindən olan 11-ci xanıdır.O, II Abdulla xan Şeybaninin yeganə oğludur. Atasının sağlığında xanlığın sərkərdələrindən biri idi. Dəfələrlə Səfəvilər dövləti ərazisinə yürüş etmişdi. İsgəndər bəy Münşinin verdiyi məlumata görə, Əbdülmömin xanın rəhbərliyi altında özbəklər Heratı aldıqdan sonra Əliqulu xanı və Şamlı eli əsgərlərini öldürüb şəhəri talan edərək qadınları və uşaqları əsir apardılar. Oruc bəy Bayat Heratın müdafiəsi zamanı 6 min Səfəvi əsgərinin canlarını sevə-sevə fəda etdiyini yazır;.. İsgəndər bəy Münşi yazır ki, "özbəklər Şamlı tayfasının qız-qadınını əsir götürüb Mavərənnəhrə göndərdilər. Onlar xəzinələri ələ keçirməkdən ötrü əzəmətli Şamlı xatunlarına işgəncə verib, bu işdən bir dəqiqə də olsun əl çəkmədilər. Xeyli işgəncədən və çoxlu mal əldə etdikdən sonra onları lüt-üryan etdilər. Bu bəladan çox az adam nicat tapa bildi". Şərəf xan Bidlisi Heratda özbəklərin həyata keçirdiyi qətliamla bağlı yazırdı: "Özbəklər türklərdən, taciklərdən, kölələrdən, xaricilərdən, yerlilərdən, gənclərdən və yaşlılardan heç kimi sağ buraxmadılar".
II Abdulla xan Şeybani
II Abdulla xan Şeybani (1533 - 1598) — Şeybanilər sülaləsindən Buxara hakimidir.Abdullah bin İskəndər bin Əbülxeyrdır. 1533-cü ildə Aförinkənddə doğuldu. Doğulduğu zaman atası İskəndər xan, duasını almaq üçün böyük alim Ubeydlullah Əhrarın tələbəsi və zamanın alimi Xacə Qasım Kaşaniyə götürdü. Xacə Kaşani, Abdullah xanın salih bir şəxs olması üçün dua etdiktən sonra; “Bu uşaq, irəlidə böyük bir sultan olacaq” dedi və belindəki dəvə tükündən hörülmüş olan qurşağını çıxarıb, Abdullah xana sarıdı. Onun, alimlər əlində tərbiyə edilməsini tövsiyə etdi.Ağlı və zəkasının çoxluğu, üstün qabiliyəti ilə dövrün qiymətli alimlərindən dərs alaraq çox yaxşı bir şəkildə yetişdirildi. Kuran-ı kərimi, əqli və nəqli elmləri və dövlət idarəsini çox mükəmməl öyrəndi. Atasının, dövlət ərkanının, alimlərin və çevrəsinin təqdirini qazandı. İskəndər xan, oğlu Abdullaha çox etimad etdiyindən, şahzadəliyində dövlət idarəsiylə vəzifələndirdi.Atası tərəfindən Kərminə bölgəsinə vali olaraq təyin edilincə, idarəçilikdəki qabiliyətini ortaya qoydu. Bu bölgədə ilk işi, torpaqlarına hücum edən çevrə bəyliklərin hücûmlarını önləmək oldu. Daşkənd və Səmərqənd hakimlərinə qarşı mübarizə etdi.
II Pirməhəmməd xan Şeybani
II Pirməhəmməd xan Şeybani (1550—1601) — Buxara xanlığının Şeybanilər sülaləsindən olan 12-ci xanıdır.2-ci adı Pirməhəmməd xan Süleyman sultan oğlu olan II Pirməhəmməd xan Şeybani 1550-ci ildə Buxara xanlığının mərkəzində anadan olmuşdu. 1598-ci ildə Əbdülmömin xan Şeybaninin öldürülməsindən sonra taxta əyləşmişdi. 1599-cu ilin mayında I Şah Abbas Xorasandakı vəziyyətlə tanış olmaq, Mavərənnəhrdəki vəziyyətə nəzarət etmək və Nurməhəmmədi himayə etmək məqsədi ilə Xorasana getdi. Məhz bu dövrdə Pirməhəmməd xanla Buxara əmirləri tərəfindən göndərilən elçilər I Şah Abbas tərəfindən qəbul edildi. Pirməhəmməd xan göndərdiyi elçi vasitəsilə şahdan Bağbadda Qızılbaşların əlində əsir olan Canibəyin nəvəsi Məhəmməd İbrahimin azad edilərək göndərilməsini xahiş etdi. Buxara əmirləri də Məhəmməd İbrahimin azad edilməsini xahiş edirdilər. Onların məqsədi səltənətdə və dünya işlərində çox gözü olmayan dərviş Pirməhəmməd xanın yerinə onu xan seçməkdi. Çünki Səmərqəndi ələ keçirən Baki xan müxalifətə keçərək Buxaranı təhdid etməyə başlamışdı.I Şah Abbas məsələni həll etmək üçün vasitəçilik edən Nurməhəmməd xana məktub yollayaraq Buxara əmirlərinin götürdükləri təəhhüdlərə sadiq qalıb Mərvdə Məhəmməd İbrahimi qarşılasalar məsələ həll edilmiş olar. Qızılbaşlar Simnana çatan zaman Nurməhəmməd xanın elçisi I Şah Abbas tərəfindən qəbul edildi. Elçilər Səfəvi şahına Baki Məhəmməd xanın (1599-1605) Pir Məhəmməd xana hücum edib onu öldürdüyünü və Buxaranı ələ keçirərək özbəkləri öz bayrağı altında birləşdirdiyini xəbər verdilər .
Xalid ibn Yezid əş-Şeybani
Xalid ibn Yəzid – Ərəb Xilafətinin Ərməniyyə və Azərbaycanda hakimi, Məzyədilər sülaləsinin əsasını qoymuş Yezid ibn Məzyədin oğlu. Yəzid ibn Məzyəd əş-Şeybaninin oğlu Xalid hicri 205-ci ildə (miladi 802) xəlifə Məmun tərəfindən Ərməniyyə və Azərbaycana vali göndərildi. Xalid Şəkidə, Gürcüstanda və Sənariyyədə üsyanları yatırtdı. H.212-217 (827/8- 823/4)-ci illərdə Xalidin adı "Mədinət Arran"da (Arran şəhəri) kəsildiyi qeyd edilən dirhəmin üzərində yazılmağa başlayır. Əl-Bəlazurinin məlumatına görə xəlifə Xalidi ermənilərdən bəxşiş almaq üstündə hakimiyyətdən salmışdır. Xəlifə Mötəsim bu vilayətləri iqta kimi Babəklə vuruşmuş sərkərdə Afşinə vermişdi. Xalid Mötəsimin ölümünə (h.227 (842)-ci il) və onun oğlu Vasiq hakimiyyət başına gələnə qədər vəzifəsiz qalmışdı. Xilafətin zəiflədiyi bu dövrdə Cənubi Qafqazın bir sıra vilayətləri müstəqilliyə və Xilafətdən ayrılmağa can atırdı. Vasiq Tiflis valisi İshaq ibn İsmayılın üsyanı ilə bağlı baş verən iğtişaşlarla əlaqədar Xalidi çağıraraq Ərminiyyə, Azərbaycan və Arranın valisi təyin etdi və onu 12 minlik süvari ilə göndərərək İshaqla mübarizəyə girib, üsyanı yatırtmağı əmr etdi. Xalid Ərminiyyəyə daxil oldu və burada 20 minlik erməni qoşunu ilə birləşərək Curzana (Gürcüstana) doğru hərəkət etdi.
Xalid ibn Yəzid əş-Şeybani

İsa ibn Şeyx əş-Şeybani
Əbu Musa İsa ibn əş-Şeyx bin əs-Səlil əz-Zühli əş-Şeybani (Ərəbcə: عیسی ابن شیخ (d. ? - ö. 883) — Abbasi valilərindən. Şeybanilərin Azərbaycanda yerləşmiş olan Rəbiə qoluna mənsubdur. Şeyx deyə məşhur olan atasının adı Əbdürrəzzaq və ya Əhməd olaraq qeyd edilir. İsanı tarix səhnəsinə çıxaran hadisə xəlifə Mütəvəkkil-billah dönəmində (847-861) meydana gəldi. Babəklə iş birliyi qurduğu üçün Samərrada həbs edilən Rəbiə qəbiləsinə mənsub Məhəmməd bin Bəis həbsdən qaçıb Mərənd qalasına sığınınca Mütəvəkkil-billah onu yaxalamaq üçün Buğa əs-Səğirin (Kiçik Buğanın) başçılığında bir ordunu Mərəndə göndərdi. İsa ibn Şeyx də bu orduda vardı. Buğa əş-Şərabi, İbn Bəis ilə eyni qəbiləyə mənsub İsanı ona elçi olaraq göndərdi.
Şeybanilər
Şeybanilər - Şeybani xanlığında hakim sülalə. Şeybanilər - İranın Kaşan şəhərinin ərəb mənşəli soylarından.
Şeybanilər (İran)
Şeybanilər — İranın Kaşan şəhərinin ərəb mənşəli soylarından. Kaşan şeybanilərinin nəsəbi, ərəb qəbilələrindən olan Bəni Şeyban qəbiləsinə yetişir. Bəni Şeyban qəbiləsinin digər qollarından Xəzimə Ələmlərdilər. Kaşan şeybanilərinin böyük əcdadı, Əmir Qiyasəddin Şeybani, ərəb şeyxlərindən idi ki, atası Cəlaləddin Məhəmməd Nəim Şeybani və bəzi müridlərilə birlikdə Farsdan Kaşana mühacirət edib və Bidgüldə sakinləşiblər. Qulamhüseyn Şeybani Mirzə Məhəmmədmehdi Şeybani, Kaşan hakimi Musa Şeybani (Zəkaüssəltənə) Mirzə Mahmud Şeybani (Mühasibülməmalik) Mehdi Şeybani, Kaşanın milli şura məclisində nümayəndəsi,Baş nazirin müavini Fərəculla xan Nədiməddövlə General Həbibulla Şeybani Əbdülhüseyn Şeybani (Vəhidülmülk) Mirzə Əli Məhəmməd xan Şeybani (Mücirəddövlə) Mirzə Nəsrulla xan Cəlilülmülk Aqili, Bağır.İranda hükumət edən xanədanlar.Tehran:Nəşr-e Elm, 2002. ISBN 964-405-197-1.
Şeybanilər sülaləsi
Şeybani xanlığı (1428–1468, 1500–1599) — Çingiz xanın oğullarından Cucinin oğlu, Batının qardaşı Şeybanın sülaləsindən olan və Özbəkləri idarə edən Əbuülxeyir xan tərəfindən qurulmuş xanlıqdır. 1428-ci ildə qurulan Buxara xanlığı 1468-ci ildə Teymurilər dövləti tərəfindən süqut olunmuşdur. Sonra 1500-cü ildə Məhəmməd Şeybani xan (1451–1510) tərəfindən təkrar qurulan Şeybani xanlığı (1500–1599) 1506-cı ildə Buxaranı ələ keçirmiş, mərkəzi Buxaraya köçürmüş və Buxara xanlığı olaraq xatırlanmağa başlamışdı. Bu xanlıq Özbək Xanlığı olaraq da tanınır. Şeybani, ya da Şibanoğulları xanlığı 1599-cu ildə Həştərxan xanlığı (Astarxan xanlığı) mənşəli olan Din Məhəmməd, Baqi Məhəmməd və Qubernator Məhəmməd qardaşları tərəfindən yıxılmış və Buxara xanlığı Həştərxan hakimiyyətinin (Canı hakimiyyətinin) əlinə keçmişdir.

Digər lüğətlərdə