ƏSKİ₂

bax əsgi.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ƏSKİ köhnə — keçmiş — qədim — ulu
  • ƏSKİ təcrübəli — qocaman
  • ƏSKİ əski bax 1. köhnə 1; 2. keçmiş; 3. qədim

Antonimlər (əks mənalı sözlər)

  • ƏSKİ ƏSKİ – TƏZƏ Sonradan qövr eylər əski yaralar (S.Vurğun); Təzə paltarı ona çox yaraşırdı (M.Hüseyn). ƏSKİ – YENİ Əski kənd gecədir, yeni kənd gündür (S

Etimologiya

  • ƏSKİ Keçmiş, köhnə mənalarında işlədilən bu söz çuvaş dilində z ilə yazılır: əzki. Altay dillərində izo(ozo) sözü “əvvəlki”, “qabaqkı” mənalarında işlədili
ƏSKİ
ƏSKİK
OBASTAN VİKİ
Şəki (əski)
Şəki şəhəri — Orta Əsrlərdə mövcud olmuşdur. Şəkinin adı çəkilən ilk tarixi hadisə isə, 6-cı əsrə aiddir; IX əsr ərəb tarixçisi Əl-Bəlazuri VI əsrdə baş vermiş hadisələrdən bəhs edərkən, göstərir ki, İran şahı I Xosrov Ənuşirəvan öz hakimiyyəti dövründə (531-579) "Arran torpağında Şəkkən (Şəki), Kəmibəran qapılarını və dudaniyyə qapılarını saldırıb. Ziya Bünyadov isə bu hissəni Şəki şəhərini saldırıb kimi tərcümə etmişdir. 1823-cu ildə tərtib olunmuş xəritədə Şəki xanlığının paytaxtı Nuxa şəhəri ilə yanaşı, köhnə paytaxt əski Şəki şəhərinin yeri də göstərilir. Əski Şəki şəhəri 1833-cü ilə aid digər bir mənbədə "əhəmiyyətsiz kənd" kimi təqdim edilir və orada bu kəndin daha əvvəl böyük şəhər olması, xanlığın paytaxtı olması qeyd olunur. Amma nəzərə alınmalıdır ki, 1819-cu ildən başlayaraq, sabiq Şəki xanlığı ərazisində aparılmış siyahıyaalma sənədlərində cəmi 3-4 evdən ibarət olan kəndlər qeydə alındığı halda, "Şəki" adlı heç bir yer qeydə alınmamışdır. Bu səbəbdən güman etmək olar ki, göstərilən 1833-cü il mənbəsinin və 1823-cü il xəritəsinin müəllifləri Şəki kəndinin yerini göstərərkən, daha köhnə, 1819-cu ildən əvvəlki məlumatlara istinad etmişlər. Hal-hazırda əski Şəki şəhərinin yeri ilə bağlı tədqiqatçılar arasında fikir ayrılığı var, müxtəlif fikirlər irəli sürülür və mübahisələr həllini tapmamışdır. Arxeoloji qazıntılar nəticəsində də əski Şəki şəhərinin yeri ilə bağlı heç bir nəticə yoxdur. Mənbələrdə qeyd olunur ki Şəki xanı Hacı Çələbi xan xanlığın paytaxtını Nuxa şəhərinə köçürmüşdür.
Əski Riqa
Əski Riqa (latış. Vecrīga‎ - Vetsriqa) — Riqanın tarixi mərkəzi, Latviya, Dauqava Çayının Şərqi hissəsində yerləşir. Əski Riqa öz kiçik və böyk kilsələri ilə, Riqa Baş Kilsəsi və Müqəddəs Peter kilsəsi ilə məşhurdur. Əski Riqa, XIX əsrin əvvələrində, Riqanın genişləndirilməsindən öncə, onun ilkin hissəsi idi və bu şəhərin ərazisi məhdud idi. Qədim dövrdə, Əski Riqa Dauqava çayının sahilində çəkilmiş qala divarları tərəfindən qorunurdu. Divar dağıdıldıqdan sonra, Dauqava çayı daşaraq, Riqa şəhər kanalını yaratdı. 1980-ci illərdə Əski Riqanın küçələri nəqliyyata bağlandı və əhali nəqliyyatdan xüsusi icazə vərəqəsi ilə istifadə edə bilərdi. Əski Riqa, UNESCO-nun Tarixi irs siyahısına daxil olunub.
Əski türkcə
Qədim türk dili, Türk yazı dilinin ilk dövrəsidir. Bu dövrdə türk dilinin şivə, ləhçə kimi budaqlara ayrılmadığı qəbul edilir. Bu dövr, Göytürklər, Uyğurlar və Qaraxanlılar dövrünün bir hissəsi (13-cü əsrə qədər) olmaq üzrə təxminən səkkiz əsrlik dövrü əhatə edir; 8-ci əsrdən 13-cü əsrə qədərki dövrdür. Qədim türkcə dövründəki Türkcənin bu günə görə bir çox fərqli tərəfi vardır. Bunlardan bir qismi bunlardır: "Edgü">> "iyi": Söz içində olan / d / səsi zamanla / y / səsinə çevrilmişdir. (Nümunə: edər> eđer> eyer; kadgu> kađgu> kaygu> qayğı) "Beg"> "beğ"> "bəy": Sözlərin sonunda olan / g / səsləri çoklukla / y / səsinə çevrilmişdir. "Tag"> "dağ": Söz başındakı / t / Orxon əlifbasında "" ilə göstərilən T səsləri Oğuz qrupunda yumuşayarak / d / səsinə çevrilmişdir. Bu ankı məlumatlarla Türkcənin ən köhnə yazılı mətni Orxon abidələri olaraq qəbul edilməkdədir. Orxon abidələri, Qədim türkcə dövrünə aiddir; bu dövrdə edilmişlər. Çünki Hunlar dövründə də bir "Hun dili" var idi.
Əski İqriq
Əski İqriq və ya Əski İqrığ — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Əski İqrığ oyk, mür. Quba r-nunun Quba şəhər i.ə.v.-də kənd. Qusar maili düzənliyindədir. Oykonim əski (köhnə, qədim) və İqrığ (kənd adı) komponentlərindən düzəlib "köhnə İqrığ kəndi" deməkdir. Kənddə beşulduzlu "Quba Palace Azerbaijan"' oteli fəaliyyət göstərir.[1] Otelin tikintisinə 2011-ci ilin aprelində başlanmış, açılışı 20 dekabr 2013-cü ildə olmuş və açılışda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak etmişdir. Otel kompleksi yeddimərtəbəli əsas binadan, 16 villadan, üç restoran və bir gecə klubundan, əyləncə parkından, qolf sahəsində və digər müasir xidmət obyektlərindən ibarət olmaqla 210 hektar ərazini əhatə edir. Oteldə tennis kortu, voleybol, basketbol, mini futbol sahələri və ərazisi 68 hektar olan qolf sahəsi də yaradılmışdır. Villalar 7 otaqdan ibarətdir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 356 nəfər əhali yaşayır.
Əski əlifba
Ərəb yazılı Azərbaycan əlifbası, tarixi adı Türk əlifbası (az.-əski. تُرک الف باسی‎, fars. الف با ترکی‎ alefbâ-i torkî) və həmçinin Əski əlifba (az.-əski. ابجد‎) — Azərbaycan dilində yazmaq üçün ərəb əlifbasının əsasında qurulmuş və inkişaf olmuş əlifba. Sağdan sola yazılan bu əlifba X əsrdən 1929-cu ildə SSRİ hökuməti tərəfindən ləğv edilənə kimi Şimali Azərbaycanda, və indiyənə kimi Güney Azərbaycanda işlənilir. Bu əlifbanı Əfqanıstan qızılbaşları, İraq türkmanları və Suriya türkmanları da işlədir. == Əlifba == Bu əlifba ərəb əlifbası əsasında qurulsa da, bir çox fərqləri var, Türk dilləri üçün əlavə olunan hərflər movcuddur: ŋəf ݣ [ŋ], gəf گ (G), çe ﭺ (Ç), və pə پ (P), və jey ژ (J). Buna əlavə, vizual çətinliyi aradan qaldırmaq məqsədi ilə ənənəvi ərəb Kəf hərfi üçün ك yox ک hərfi işlədilir. Hərf sıralamasında da Azərbaycan əlifbasında vov (و), hə (ه), yə (ی) gedir, halbuki original ərəbcə əlifba hə, vov, yə ilə bitir. Azərbaycan tarixi yazılarında bir çox xəttlər görünür.
Əski-Saray (məscid)
Əski-Saray (krımtat. Eski Saray, Köhnə saray) — keçmiş məscid, XIV əsrin krım-tatar arxitekturasının abidəsi, Krımda yerləşən ən qədimi məscidlərdən biri. Məscid Simferopol rayonunun Pioner kəndində yerləşir. Məscid Salqir çayının vadisində yerləşmişdir. Əski-Sarayın yox olmuş qəsəbəsinin yerində inşa edilmişdir. Əvvəllər burada məsciddən başqa, həmçinin zərbxana və saray (sonuncu adını qəsəbəyə vermişdir) fəaliyyət göstərirdi. Məscid Qızıl Orda ulusu zamanında dağılmışdır. 1923-cü ildə məscidi professor P. V. Nikolski tədqiq etdi. Onun yazılarına əsasən, o zaman məscidi günbəz bəzəyirdi. Həmin günbəz bizim dövrümüzə qədər gəlib çata bilməmişdir.
Əski Bağdad (Bükan)
Əski Bağdad (fars. اسكي بغداد‎‎) — İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 325 nəfər yaşayır (61 ailə).
Əski monqol əlifbası
Əski türbə (Bağçasaray)
Əski türbə (krımtat. eski dürbe) — türbə Bağçasarayda yerləşir. Onun XIV əsrdə inşa edildiyi ehtimal edilir. Bu onun Xan sarayından yüz illər öncə inşa edildiyi anlamına gəlir. Arxitektur abidədir. Çürük-Su çayının sol sahilində Xan sarayından 180 km cənub-şərqdə, Zoi Kosmodemyan küçəsində yerləşir. Əski türbə arxitektur və tarixi abidə olaraq Qızıl Orda dönəmində inşa edilmişdir. Abidə olduqca zəif araşdırılmışdır. Hətta onun daxilində kimin dəfn edildiyi belə bilinir. Bağçasaray tarix-mədəniyyət və arxeologiya muzey-qoruğunun direktoru Emil Seydəliyevin sözlərinə görə: Əvvəllər Əski türbə qəbrlərlə əhatəli idi.
Yeni əlifba yollarında əski xatirə və duyğularım (əsər)
Yeni əlifba yollarında əski xatirə və duyğularım — Azərbaycan şərqşünaslığının görkəmli simalarından olan Xalid Səid Xocayevin 1928-ci ildə adlı qələmə aldığı memuar tipli xatirələrdir. “Yeni əlifba yollarında əski xatirə və duyğularım” adlı əsəri memuar tipli xatirələrdir. Xalid Səid Xocayevin 1928-ci ildə qələmə aldığı bu əsər 1929-ci ildə ilk dəfə latın əlifbası ilə işıq üzü görmüşdü. 11 fevral 2023-cü ildə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Elmi Şurasının qərarı və Özbəkistanın ölkəmizdəki səfirliyinin dəstəyi ilə yenidən işıq üzü görüb. Yeni nəşrin elmi redaktoru akademik İsa Həbibbəyli, redaktor, “Ön söz” müəllifi və çapa hazırlayanı filologiya elmləri doktoru Almaz Ülvi Binnətovadır. Nəşrin ərsəyə gəlməsində mətni 1929-cu il nəşrindən kompüterdə yenidən işləyən Nüşabə Adgözəlzadə, rəyçiləri filologiya elmləri doktorları Yaşar Qasımbəyli və Həmidulla Baltobayev, məsul katibi Şəbnəm Mirzəzadə və Şahnaz Nəsiblidir. Kitab “Elm və təhsil” nəşriyyatında çap olunub. Əsərin əsas mətni Xalid Səid Xocayevin “Yazıçı tərəfindən bir neçə söz” adlı məqaləsi ilə açılır. Azərbaycan dilində verilmiş başqa bir yazı Bakı Darülfünunun Şərq fakültəsi müdərrislərindən Əziz Qubaydullinin “Xalid Səid haqqında” təqdimatıdır. “Yeni əlifba yollarında əski xatirə və duyğularım” əsəri 3 hissədən ibarətdir.
Qatır körpüsü (Yuxarı Əskipara)
Qatır körpüsü — XII–XIII əsrlər — Bu körpü Əskipara çayının üzərindən atılaraq Yuxarı Əskipara kəndi yaxınlığında tikilmişdir. Körpünün uzunluğu 7,3 metr, mərkəzi hissəsinin eni 2,7 metr ümumu hündürlüyü isə tağ yerindən su səthinə qədər 5,8 metr təşkil edir. Körpü bir tağlı olaraq qaya daşlarından inşa olunmuşdur. Aşırımın ümumi görkəmi yarımçevrə şəkillidir. Onun keçid hissəsinin üst örtüyü torpaqdandır. Hal-hazırda abidə ermənilərin işğal etdikləri ərazidə yerləşir.
Ukrayna Grivnası əskinasları
Ukrayna qrivnasının əskinasları Ukrayna qrivnalarında (UAH, ₴) əks olunmuş banknot və ya əskinaslardır (ümumi leksikonda). Hal hazırda onlar ₴ 1, ₴ 2, ₴ 5, ₴ 10, ₴ 20, ₴ 50, ₴ 100, ₴ 200, ₴ 500 və ₴ 1000 nominasiyalarında buraxılır. Bütün cari notlar 1996-cı ildə ilk seriya notlarını buraxan Ukrayna Milli Bankı tərəfindən buraxılmışdır. Hal-hazırda Grivnası əskinasları 2004–2006-cı illər arasında dövriyyəyə buraxılmışdır. Ukraynada buraxılmış əskinaslara Valyuta Muzeyində baxmaq olar Ukrayna Milli Bankı Kiyevdə. 1996-cı ildə Grivna əskinaslarının ilk seriyası Ukrayna Milli Bankı tərəfindən dövriyyəyə buraxıldı. Bunlar 1992-ci il tarixləri idi və 1, 2, 5, 10 və 20 qriven nominasiyalarında idi. Banknotların dizaynı Ukrayna rəssamları Vasil Lopata və Borys Maksymov tərəfindən hazırlanmışdır. Bir Grivnası əskinasları Kanada Bank Not Şirkəti tərəfindən 1992-ci ildə çap edildi. İki, beş və on qrivnalı əskinas iki il sonra çap edildi.
Yeraltı su kəməri (Yuxarı Əskipara)
Yeraltı su kəməri — Qazax rayonunun Yuxarı Əskipara kəndində yerləşən ölkə əhəmiyyətli arxeoloji abidə.
Yeraltı yol (Yuxarı Əskipara)
Yeraltı yol (XIV əsr) — Qazax rayonunun Yuxarı Əskipara kəndində yerləşən ölkə əhəmiyyətli arxeoloji abidə.
Yuxarı Əskipara
Yuxarı Əskipara — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycanın Ermənistan ərazisindəki 3 eksklav ərazisindən biridir. Kənd 8 iyun 1992-cı ildən Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır Kənd ərazisində çoxlu tarixi abidələr var: Şəkər qalası, Qatır körpüsü, Kazım körpüsü və s. Kəndin dörd tərəfi dağlarla əhatə olunub, meşəliklə örtülüdür, çoxlu mineral bulaqları var. Kənd ada şəklində Ermənistan ərazisində yerləşmişdir. Aşağı Əskiparadan Erməni Əskiparası (və ya Sarxan) vasitəsilə ayrılır. Yuxarı Əskipara oyk., miir. Qazax r-nu- nun Əskipara i.ə.v.-də kənd Dağətəyi ərazidədir. Keçmiş adı Əskipara olmuşdur. Ondan yaranmış yeni məntəqə Aşağı Əskipara, əvvəlki kənd isə Yuxarı Əskipara adlandırılmışdır.
Şeyx Ədəbalının Əskişəhərdəki türbəsi
Şeyx Ədəbalının Əskişəhərdəki türbəsi — Əskişəhərin Odunbazarı məzarlığında olan, cənazəsi Biləcikdə dəfn edilən Şeyx Ədəbalının adına Əskişəhərdə inşa edilən türbədir.
Əskinas
Əsginas — dördbucaqlı kağız, xüsusi qalın parça, əsasən ipək, metal və plastik materialdan hazırlanan pul vahidi; Milli valyuta əsginaslar hər ölkənin mərkəzi bankı tərəfindən buraxılır və de-yure bütün ölkə ərazisində ödəniş vasitəsi kimi qəbul edilməyə məcburidir. Əsginaslar tədavüldə olan qızıl sikkənin əvəzedicisi kimi meydana gəlmişdir. Ən qədim əsginas IX əsrdə (812-ci il)Çin ərazisində Tan sülaləsi tərəfindən buraxılıbdır. Əsginasların buraxılması hüququnu dövlət öz üzərinə götürür. Buraxılmış pulun nominal dəyəri ilə onların buraxılş dəyəri arasındakı fərq (kağıza çap edilməsinə çəkilən xərclər) xəzinənin emissiya gəlirini təşkil edir. İlk mərhələdə əsginaslar qızıl pullarla yanaşı buraxılırdı və onları tədavülə yeritmək üçün qızıl sikkələrə dəyişdirirdilər. Əsginaslar banknotlardan bir neçə xüsusiyyətinə görə fərqlənir. Əsginaslar tədavül funksiyasını yerinə yetirir, banknotlar isə tədiyə vasitəsidirlər. Əsginasları dövlət buraxır, banknotları isə mərkəzi emissiya bankları çap edir. Ən maraqlı əsginaslar / banknotlar (az.) Pul ilə əlaqədar olan bu məqalə qaralama halındadır.
Əskinaz
Əsginas — dördbucaqlı kağız, xüsusi qalın parça, əsasən ipək, metal və plastik materialdan hazırlanan pul vahidi; Milli valyuta əsginaslar hər ölkənin mərkəzi bankı tərəfindən buraxılır və de-yure bütün ölkə ərazisində ödəniş vasitəsi kimi qəbul edilməyə məcburidir. Əsginaslar tədavüldə olan qızıl sikkənin əvəzedicisi kimi meydana gəlmişdir. Ən qədim əsginas IX əsrdə (812-ci il)Çin ərazisində Tan sülaləsi tərəfindən buraxılıbdır. Əsginasların buraxılması hüququnu dövlət öz üzərinə götürür. Buraxılmış pulun nominal dəyəri ilə onların buraxılş dəyəri arasındakı fərq (kağıza çap edilməsinə çəkilən xərclər) xəzinənin emissiya gəlirini təşkil edir. İlk mərhələdə əsginaslar qızıl pullarla yanaşı buraxılırdı və onları tədavülə yeritmək üçün qızıl sikkələrə dəyişdirirdilər. Əsginaslar banknotlardan bir neçə xüsusiyyətinə görə fərqlənir. Əsginaslar tədavül funksiyasını yerinə yetirir, banknotlar isə tədiyə vasitəsidirlər. Əsginasları dövlət buraxır, banknotları isə mərkəzi emissiya bankları çap edir. Ən maraqlı əsginaslar / banknotlar (az.) Pul ilə əlaqədar olan bu məqalə qaralama halındadır.
Əskipara
Əskipara (Loru) — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Barana (Noemberyan) rayonunda kənd. Əskipara (Tərtər) — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd. Əskipara monastırı — Azərbaycan Respublikasının Qazax rayonunun Aşağı Əskipara kəndi ərazisində yerləşən qədim alban məbədi. Aşağı Əskipara — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd. Yuxarı Əskipara — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd.
Əskipara (Loru)
Əskipara — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Barana (Noemberyan) rayonunda kənd. Rayon mərkəzindən 22 km məsafədə yerləşir. Toponim türk dilində "qədim, köhnə" mənasında işlənən əski sözü ilə "torpaq sahəsi", "yarı hissə" mənasında işlənən para sözü əsasında əmələ gəlmişdir. Relyef əsasında əmələ gələn mürəkkəb quruluşlu toponimdir. Kəndin adını dəyişdirilib Voskepar qoyulmuşdur. 1950-ci ildə kənd ermənicə Voskepar adlandırılmışdır. Kənd Qazax rayonundakı Əskipara kəndinin adı ilə adlanmışdır. Əskipara toponimi əski və İran dillərində para-"kənd", "məskən", para-"kənddən aralı əkin", "bostan əkilən sahə" [145, 168] sözlərindən ibarət olmaq е'tibarilə Albaniyanın Xalxal şəhərinin yerləşdiyi yerin adıdır. VI əsrdə tikilmiş qala divarı və onun 9 bürcü qalmışdır.
Əskipara (Tərtər)
Əskipara — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd. Əskipara Tərtər rayonunun inzibati ərazi vahidində kənd. Dağətəyi düzənlikdədir. Əskipara kəndini 1794-cü ildə Qazax rayonunun Əskipara kəndindən köçüb gəlmış ailələr salmışlar.
Əskipara monastırı
Əskipara məbədi — Azərbaycanın Qazax rayonunun Aşağı və Yuxarı Əskipara kəndləri arasında, dağlıq ərazidə yerləşən tarix-memarlıq abidəsi. Monastır Azərbaycan respublikası Mədəniyyət Nazirliyi tərəfindən ölkə əhəmiyyətli abidə kimi dövlət qeydiyyatına alınmışdır. Məbəd V-VIII əsrlərdə tikilmişdir. Qafqaz Albaniyasının mədəni irsinə aid olan məbəd qırmızı tuf daşdan dördkünc planda inşa edilib və əzəmətli görünüşə malikdir. Məbədin divarlarının bir neçə yerində böyük xaçdaşlar vardır. Bu monastır meşədə, əlçatmaz dağlıq yerdə yerləşmişdir. Kompleks təqribən 2,5 hektar ərazini tutur və divarlarla əhatələnmişdir. Yüksək mövqedə yerləşmiş əsas tikililər kompleksin qalan hissəsindən divarla ayrılmışdır. Bu, özünəməxsus içqala, iqamətgahdır. Kompleksin divarları və qüllələri iri çay daşlarından ucaldılmışdır, bəzi hissələri kifayət dərəcədə yaxşı mühafizə edilmişdir.
Əskipara məbədi
Əskipara məbədi — Azərbaycanın Qazax rayonunun Aşağı və Yuxarı Əskipara kəndləri arasında, dağlıq ərazidə yerləşən tarix-memarlıq abidəsi. Monastır Azərbaycan respublikası Mədəniyyət Nazirliyi tərəfindən ölkə əhəmiyyətli abidə kimi dövlət qeydiyyatına alınmışdır. Məbəd V-VIII əsrlərdə tikilmişdir. Qafqaz Albaniyasının mədəni irsinə aid olan məbəd qırmızı tuf daşdan dördkünc planda inşa edilib və əzəmətli görünüşə malikdir. Məbədin divarlarının bir neçə yerində böyük xaçdaşlar vardır. Bu monastır meşədə, əlçatmaz dağlıq yerdə yerləşmişdir. Kompleks təqribən 2,5 hektar ərazini tutur və divarlarla əhatələnmişdir. Yüksək mövqedə yerləşmiş əsas tikililər kompleksin qalan hissəsindən divarla ayrılmışdır. Bu, özünəməxsus içqala, iqamətgahdır. Kompleksin divarları və qüllələri iri çay daşlarından ucaldılmışdır, bəzi hissələri kifayət dərəcədə yaxşı mühafizə edilmişdir.
İnönü (Əskişəhər)
İnönü rayonu — Türkiyənin Əskişəhər əyalətinə bağlı bir rayon. İstanbul-Əskişəhər dəmiryolu və Bozüyük-Kütahya yolunun üstündə yerləşir. Əskişəhər əyalət mərkəzindən 36 km, Biləcik əyaləti mərkəzindən 52 km və son olaraq Kütahya əyaləti mərkəzindən 63 km məsafədə yerləşir. Rayon ərazisində ilk yerləşmə eramızdan 3500 il əvvəl xetlərin dövründən başlanmışdır. Sonrakı dövrlər də isə Friglər, Lidiyalılar, Makedoniyalılar bölgəyə hakimlik etmişlər. Romalıların Anadoluya gəlişindən sonra 395-ci ildə Bizans İmperiyası torpaqları qatılmışdı. Bizans dövründə rayonun indiki yerinə, yəni qayaların önünə gətirilmiş və adının Basilika olduğu müəyyən edilmişdir.1071-ci ildə Malazgird döyüşündən sonra Səlcuqlular tərəfindən Germiyanoğullarının idarəsinə verilmişdi. Germiyanoğulları tərəfindən 1289-cu ildə hədiyyə olaraq Osmanlılara verilmişdi. Osmanlı dövründə əvvəl Anadolu əyalətinə, sonra Hüdavendigar vilayətinə bağlı, mərkəzi Biləcik olan Ertuğrul sancaqlığına bağlı Söyütlü qəzasının bir kəndi olan İnönüdə Türkiyə Qurtuluş Savaşında Birinci İnönü döyüşü və İkinci İnönü döyüşü baş vermişdir. 1920-ci ildə Yunanlar tərəfindən işğal edilən və 4 sentyabr 1922-ci ildə azad edilən İnönü kəndi 1923-ci ildə Biləcikin Söyütlü rayonuna bağlı idi.
Əskiqılınc
Əskiqılınc — Türkiyənin Ərdəhan ilinin Damal ilçəsində kənddir. Əhalisi 440 nəfərdir (2021). Kənddə Ələvi məzhəbli müsəlman türkmənlər yaşayır.

Digər lüğətlərdə