Dayanmaq, durmaq, yubanmaq, ləngimək. (“Koroğlu” dastanının lüğəti)
Göndərdim durna telinə,
Eyvaz əyləndi, gəlmədi.
Keçibdi düşman əlinə,
Eyvaz əyləndi gəlmədi.
(“Durna teli) (“Bağdad–Əsəd”)
*
Əylən, deyim Qıratın qiymətini,
Səksən min sərkərdə mala da vermə!
Səksən min ağ tüklü qəmər öyəcə,
Səksən min xəzinə pula da vermə!
(“Həmzənin Qıratı aparmağı”)