Çox da vətən torpağı boyandı al qanına; Əzmimiz qorxu salmış düşmənlərin canına.
// Qətiyyət, cəsarət, mətanət, iradə.
Əgər bizim iradə və əzmimiz möhkəm və sabit olarsa, zəmanəmizin həqiqi övladları ola bilərik.
// Ümumiyyətlə, məqsəd, niyyət.
Təmaşayi-rüxün əzmilə çıxdı afitab, əmma…
Ticarət əzmilə Hində gedərdi; Gecə-gündüz dincəlməyib sürərdi.
□ Əzm etmək – 1) köhn. müəyyən bir niyyət və qərarla yola düşmək, bir yerə üz tutub getmək. Bakıya əzm etdi.
– Çün qıldı vəsiyyətini axir; Əzmi-səfər etdi ol müsafir.
Vərqa ona qıldı üzrxahi; Əzm etdigi yola dutdi rahi.
Əzm elə Yevlaxa sən; Orda vaqonları gör. ;
2) qərara gəlmək, qəsd etmək, niyyət etmək.
Məcmuəni aprelin yeddisində nəşrə qoymağa əzm etmişdik.
Əzm qılmaq köhn. – bax əzm etmək.
Tənha səfər ixtiyar qıldı; Əzmi-sərikuyi-yar qıldı.
Əzmi-çəmən qılıb bu gün ol sərv, qorxuram; Bərgi-hənavü gül dolaşa əl-ayağına.
Əzm qıldım, güzar etdim; Mən sizin diyara gəldim.
Əzmindən dönmək – qərarından, niyyətindən, fikrindən daşınmaq, vaz keçmək, dönmək.
Yüksəlmək istərəm, əzmimdən dönməm! Qarşıma kim çıxsa enmək vəzifəm.
[Yaralı zabit:] Bu xəbər düz də olsa, fərz edəlim; Bir mücahid dönərmi əzmindən?
Mirzağa məqsədinə doğru yürüməli, əzmindən dönməməli idi.
Əzmini toplamaq – bir şeyi həyata keçirmək üçün qəti qərara gəlmək, iradəsini toplamaq.
[Yunis] özünü tufana düşmüş balıqçılar ilə müqayisə edib əzmini topladı.