ƏZM

ƏZM1

ə. 1) niyyət, qəsd; 2) hərəkət, gediş. Əzmi-rah yola düşmə.

ƏZM2

ə. sümük. Əzmi-rəmim çürük sümük.

ƏZLƏM
ƏZMGAH
OBASTAN VİKİ
Ulul-əzm peyğəmbər
Ulul-əzm peyğəmbər — Allah-taala belə peyğəmbərə məxsus kitab və ayrıca şəriət əta edir.
Əl-Əzm ailəsi
Əl-Əzm ailəsi (ərəb. آل العظم‎ Al əl-'Əzm) — Osmanlı dövrdə məşhur Dəməşqli, Tərabülüslü, Hələbli və Saydalı valilər bir sülaləsi. Onlardan biri, Əsəd Paşa əl-Əzm 1743–1757-ci illərdə Dəməşq valisi olub. Dəməşqdəki Əl-Əzm sarayı və Həmadakı Əl-Əzm sarayı Əsəd Paşa əl-Əzm tərəfindən müddət ərzində tikilib. İsmayıl Paşa əl-Əzm, Həma, Hüms, Tərabülüs əş-Şam və Dəməşq valisi Süleyman Paşa əl-Əzm, Tərabülüs əş-Şam, Sayda və Dəməşq valisi Əsəd Paşa əl-Əzm, Həma və Dəməşq valisi Sədüddin Paşa əl-Əzm, Hələb valisi Məhəmməd Paşa əl-Əzm, Sayda və Dəməşq valisi Abdulla Paşa əl-Əzm, Dəməşq valisi Sadiq Paşa əl-Müəyyəd əl-Əzm, Ciddə valisi al-ʿAẓm family // Encyclopaedia of Islam. Brill.
Əl-Əzm sarayı
Əl-Əzm sarayı (ərəb. قصر العظم‎ Qəsr əl-'Əzm) — Dəməşqdə yerləşən saray. Əl-Əzm sarayı Əsəd Paşa əl-Əzm tərəfindən XVIII əsrdə tikilib. Əl-Əzm ailəsi Osmanlı dövrdə Dəməşqli valilər bir sülaləsi olub. Əsəd Paşa əl-Əzm 1743–1757-ci illərdə Dəməşq valisi olub.
Əl-Əzm sarayı (Həma)
Əl-Əzm sarayı (ərəb. قصر العظم‎ Qəsr əl-'Əzm) — Həmada yerləşən saray. Əl-Əzm sarayı Əsəd Paşa əl-Əzm tərəfindən XVIII əsrdə tikilib. Əl-Əzm ailəsi Osmanlı dövrdə Dəməşqli valilər bir sülaləsi olub. Əsəd Paşa əl-Əzm 1743–1757-ci illərdə Dəməşq valisi olub.
Camal Əzmi
Mehmed Camal Əzmi bəy (türk. Mehmet Cemal Azmi Bey, 1868, Ərəbgir[d] – 17 aprel 1922, Berlin) — Osmanlı siyasətçisi, dövlət xadimi, Trabzon vilayətinin valisi. Birinci Dünya müharibəsi dövründə fövqəladə mülki və hərbi səlahiyyətlərlə Trabzon valisi olaraq xidmət göstərən Camal Əzmi müharibədən əvvəl təsis edilən məhkəmə tərəfindən Erməni soyqırımını törətməklə təqsirləndirilərək edam edilmiş və erməni terrorçularının təşkil etdiyi sui-qəsd nəticəsində Almaniyanın paytaxtı Berlin şəhərində qətlə yetirilmişdir. Mübahisəli bir şəxsiyyət olan Camal Əzmi bir tərəfdən Trabzon valiliyi dövründə minlərlə erməninin öldürülməsiylə təqsirləndirilmiş və "Trabzon qəssabı" adlandırılıb, digər tərəfdən isə Rusiya donanmasının Trabzon şəhərini bombalamasına qarşı durmuş, Osmanlı ordusunu ərzaqla təmin etmək və türk əhalini erməni terrorçu qrupların hücumlarından qorumaq üçün böyük səy göstərən bir şəxs olaraq bilinir.
Köhnə Əzməy (Bakalı)
Yeni Əzməy (başq. Иҫке Әзмей, rus. Старое Азмеево) — Başqırdıstan Respublikasının Bakalı rayonunda yerləşən kənd. Kənd Diyaşev kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Bakalı): 26 km, ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 73 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə kryaşenlər (51%), tatarlar (39%) üstünlük təşkil edir.
Nadir Əzməmmədov
Nadir Mirzə oğlu Əzməmmədov (3 fevral 1953, Şamaxı rayonu) — "Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqəlar şöbəsinin əməkdaşı, ikinci rejissor, aktyor, rejissor assistenti, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının, Kinematoqrafçılar İttifaqları Konfederasiyasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın əməkdar mədəniyyət işçisi (2017). Nadir Əzməmmədov 3 fevral 1953-cü ildə Qobustan rayonunun Nərimankənd kəndində anadan olub. İncəsənət İnstitutuna qəbul olmamışdan öncə "Azərbaycanfilm" kinostudiyasının nəzdində Adil İsgəndərovun kursunda təhsil alıb. Bundan sonra (1972–1976-cı illərdə) Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsində təhsil alıb və 1977–1978-ci illərdə həqiqi hərbi xidmətdə olub. Hərbi xidməti başa vurduqdan sonra kinostudiyaya gəlib və burada "Od içində" (1978) filmində rejissor köməkçisi kimi çalışıb. Bu aktyorun kinoda ilk işi olub. Rejissor assistenti və ikinci rejissor kimi çalışdı filmlərdə ikinci dərəcəli rollarda da oynayıb. "Şeytan göz qabağında" filmində "KAMAZ" sürücüsü, "Qara Volqa" filmində müstəntiq obrazlarını canlandırıb. 1980-ci ildə Moskvada Gənc Kinematoqrafçıların təkmilləşdirmə kursunu bitirdikdən sonra ikinci rejissor kimi fəaliyyətini davam etdirib. Ancaq quruluşçu rejissor olmağa vaxt olmayıb.
Ulul-əzmlər
Ulul-əzm peyğəmbər — Allah-taala belə peyğəmbərə məxsus kitab və ayrıca şəriət əta edir.
Yeni Əzməy (Bakalı)
Yeni Əzməy (başq. Яңы Әзмей, rus. Новое Азмеево) — Başqırdıstan Respublikasının Bakalı rayonunda yerləşən kənd. Kənd Diyaşev kənd şurasının tərkibindədir. Məsafələr:Яңы Әзмей rayon mərkəzindən (Bakalı): 23 km, kənd sovetliyindən (Diyaşev): 8 km. ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 75 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə tatarlar (94%), ruslar (6%) üstünlük təşkil edir.
Yusif əl-Əzmə
Yusuf əl-Əzmə (ərəb. يوسف العظمة‎, türk. Yusuf el-Azma; 1884 və ya 1883, Dəməşq – 24 iyul 1920, Meysəlun[d]) — Suriya hərbi xadimi. Meysəlun döyüşündə həlak olmuşdur. Əslən Suriya türkmanlarındandır.
Yusuf əl-Əzmə
Yusuf əl-Əzmə (ərəb. يوسف العظمة‎, türk. Yusuf el-Azma; 1884 və ya 1883, Dəməşq – 24 iyul 1920, Meysəlun[d]) — Suriya hərbi xadimi. Meysəlun döyüşündə həlak olmuşdur. Əslən Suriya türkmanlarındandır.
Əziz Əl-Əzmeh
Professor Əziz Əl-Əzmeh (d.24 iyul 1947, Dəməşq, Suriya) — orta əsrlər və müasir dövr ərəb və İslam tarixinin tədqiqatları üzrə mütəxəssis. Bu mövzulara dair Mərkəzi Avropa Universiteti, Beyrut Amerikan Universiteti, Yel, Kolumbiya, Ekseter, Kornel, Oksford, Corctaun, Berkli Kaliforniya universitetlərində, Ağa Xan Universitetinin Müsəlman Sivilizasiyalarının Tədqiqi İnstitutunda mühazirələr verir. Öz sahəsi üzrə dünyada qəbul olunmuş aparıcı tədqiqatçılardandır. Şərq tədqiqatları üzrə fəlsəfə doktoru dərəcəsini Şri-Lankanın Müqəddəs Entoni Kollecində və Oksford Universitetində alıb, Tübingen və Pensilvaniya universitetlərində oxuyub.
Əzmizadə Haləti
Əzmizadə Haləti — XVII əsrin Osmanlı dönəmində yaşamış alim və şairidir. Pir Mehmet Əzmi Əfəndinin oğlu olduğu üçün Əzmizadə soyadı ilə tanınmışdır. 1570-ci ildə İstanbulda anadan olmuşdur. Əsl adı Mustafa olan Haləti yüksək mədrəsə təhsili görərək yetişmişdir. Xoca Sadəddindən icazət (diplom) almışdır. İyirmi yaşında ikən, qırx sikkə maaşla Xacə Xatun Mədrəsəsinə müəllim olaraq təyin edilmişdir. Bir çox mədrəsədə və Səhn-i Süleymaniyyədə müəllimlik etdikdən sonra 1602-ci ildə Şama, iki il sonra isə Qahirə qaziliyinə (hakimliyinə) təyin edilmişdir. Misir Əmir-ül-Ümərası, Hacı İbrahim Paşa əsgərlərin üsyanı nəticəsində şəhid olduqdan sonra onun yerinə keçmişdir. Lakin asayişi təmin edə bilmədiyi üçün xaric edilmişdir. İki il müddətindən sonra Hələti 1606-cı ildə Bursa qaziliyinə təyin edilmişdir.
Əzmə
Qoyun qara ciyəri – 354q, Quyruq - 65q, İstiot – 0,1q, Duz - zövqə görə. Qara ciyər pərdələrdən təmizlənir və qoyun quyruğu ilə duzlu suda yarımhazır vəziyyətə gəlincə bişirilir. Sonra ətçəkən maşından keçirilir, istiot vurulub hazır olunca tavada qovrulur.
Əzmiyə Hami Güvən
Əzmiyə Hami Güvən (türk. Azmiye Hami Güven; 1904, Konya, Konya vilayəti – 13 oktyabr 1954, Ankara) — Türkiyə yazıçısı. Əzmiyə Hami Güvən Kandilli Anadolu Qız Liseyinin məzunu olmuş, Cümhuriyyət dövrünün ilk türk qadın yazarlarından biri idi. O, 1951-ci ildə "Hemşire Nimet" (Tibb bacısı Nemət) əsəri ilə ilə tanınır.

Digər lüğətlərdə