ÇİYNİNƏ ŞAHLIQ QUŞU QONMAQ

gözlənilmədən həyatı yaxşılaşmaq, var-dövlət və mənsəb sahibi olmaq; ~ bəxti gətirmək.

ÇİYNİNƏ DÜŞMƏK
ÇİYNİNİ ÇƏKMƏK
OBASTAN VİKİ
Şahlıq
Şahlıq — Azərbaycan Respublikasının Ucar rayonunun Əlikənd inzibati ərazi vahidində kənd.Şirvan düzündədir. Əhalisinin sayı 975 nəfərdir. Yaşayış məntəqəsi XIX əsrin sonla­rında Şaxlıq adlı yerdə salınmışdır. Azərbaycan dilinin dialektlərində şaxlıq “xırda meşəlik”, “kolluq” mənasındadır.
Cənnət quşu
Cənnət quşları (lat. Paradisaeidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinə aid heyvan fəsiləsi. Böyük Coğrafi Kəşflər dövründə Avropa səyyahları bu quşlara çox maraq göstərirdilər. Belə hesab olunurdu ki, bu quşlar yerə enmir və həyatlarının havada keçirirlər. Odur ki, tacirlər bu əfsanələrdən gəlir almaq üçün bu quşların qıçlarını qoparırdılar. Cənnət quşları Yeni Qvineyada və Avstraliyada yaşayırlar. Cənnət quşu Papua Yeni Qvineyanın milli simvoludur və ölkənin bayrağı üzərində yerləşir.
Hind quşu
Hind quşu (lat. Meleagris) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin toyuqkimilər dəstəsinin qırqovullar fəsiləsinə aid heyvan cinsi. 2 növü var. Əhliləşdirilmişdir. Normal inkişaf etmiş fərdin kütləsi 12-16 kq, bədəninin uzunluğu isə 100-110 sm-ə qədər olur. Hind toyuğu Azərbaycana 1730-cu ildə İspaniyadan gətirilmişdir. Bu quşa İrandakı azərbaycanlılar və həmçinin qaşqaylar "Həştərxan quşu" da deyir. Ehtimal olunur ki, bu quş Cənubi Azərbaycana ilk dəfə Xəzər dənizinin şimalında olan Həştərxan şəhərindən gəldiyinə görə bu adla tanınmışdır. Bu quşa ingilis dilində "Turkey" deyilir. Ehtimal ki, bu quş ilk dəfə Türkiyədən qərb ölkələrinə getdiyinə görə bu adla tanınmışdır.
Huma quşu
Huma quşu (fars. هما‎) — tez-tez cənnət quşu olaraq adlandırılan, gözlə görünməyəcək qədər yüksəkliklərdə istirahət etmədən, heç vaxt yerə toxunmadan davamlı uçan, bəzi mənbələrdə ayaqlarının olmadığı bildirilən əfsanəvi quş. == Mənşəyi == Ərəbcə Bulah olub və bəzi mənbələrdə ərəbcə "ruh" mənasını verən "hu", "su" mənasını verən "ma" sözlərindən ibarət olduğu iddia edilmişdir. Mənbələrdə Tenqrizm inancında tanrı Umayla oxşarlığı olan Huma, bəzi türk ləhcələrində Kumay və ya Umay quşu olaraq da bilinir. == Etiqadlar == Başına qonduğu insana xoşbəxtlik gətirəcəyinə inanıldığına görə bəxt quşu və ya taleh quşu adı ilə də tanınır. Bu etiqadın mənbəyi, keçmiş zamanlardan bir hökmdar öldükdə insanların bir meydanda cəmləşməsi və Humanın üzərinə qonduğu və ya kölgəsinin düşdüyü şəxsin hökmdar olduğuna dair məşhur xalq inancıdır. Bilinənlərin əksinə olaraq Oğuz Xan dastanında da qeyd edildiyi kimi Çepnilərin quşu Huma quşu deyil Kuma quşudur. Kuma quşu xalq arasındakı adı ilə, şunqar, qızılquşlar fəsiləsindən olan kestrel məhz Çepni quşudur. Yırtıcı bir quşdur və böyük bir yırtıcı quş kimi Kaşqarın əsərlərində də yazılmışdır. Tiginlərin simvoludur.
Kelaynak quşu
Qu quşu
Qu (lat. Cygnus) – ördəklər fəsiləsinə aid quş cinsi. Qu quşular ya tamam ağ, ya boz, yaxud da qara rəngdə olur. Erkək və dişiləri xarici görüşünə görə ayırd etmək o qədər də asan deyil. Qu quşu qazlardan daha uzun boynunun olması, eləcə də daha böyük bədənə malik olması ilə fərqlənir. Qara qu quşu (Cygnus atratus) Qaraboyun qu quşu (Cygnus melanocoryphus) Fısıldayan qu quşu (Cygnus olor) Cygnus buccinator Amerika qu quşu (Cygnus columbianus) Kiçik qu quşu (Cygnus bewickii) Harayçı qu quşu (Cygnus cygnus) Louchart, Antoine; Mourer-Chauviré, Cécile; Guleç, Erksin; Howell, Francis Clark & White, Tim D. (1998): L'avifaune de Dursunlu, Turquie, Pléistocène inférieur: climat, environnement et biogéographie. C. R. Acad. Sci. Paris IIA 327(5): 341–346.
Simurq quşu
Simurq (fars. سيمرغ‎) - Qədim İran əsatirində Qaf dağında yaşayan böyük bir quş. Cənnət quşu deyə bilinir. Simurq quşu personajına Azərbaycan nağıllarında da rast gəlinir. O, sevdiyi insanlara, köməyə ehtiyacı olan günahsız bəndələrə öz lələklərindən verir, onlara çətinliyə düşəndə bu lələkləri yandırıb onu köməyə çağırmalarını tapşırır. Azərbaycan mifologiyasında isə bu quş xeyirxahlığın, yeni həyatın və dirçəlişin rəmzidir. Simurqun ikinci adı Zümrüdü-Ənqa olmuşdur. Bu ad altında folklor nümunələrində obrazlaşdırılan quş da əfsanəvi mahiyyət daşımışdır. Etimoloji baxımdan si-mürğ (otuz quş), sə-mürğ (üç quş), siyah-mürğ (qara, ən böyük quş) kimi anlamlarda şərh edilən Simurq "Məlikməmməd" nağılında Zümrüd adı ilə obrazlaşdırılıb. Əfsanəyə görə, Simurq quşu Qaf (ق) dağında yaşayırmış.
Simurğ quşu

Səməndər quşu
Səməndər quşu — əfsanəyə görə qarlı-buzlu ölkələrdə yaşayan qar quşu. Quşun dimdiyi polad, caynaqları çaxmaqdaşı, tükü isə qov olur. Bir dəfə balalarının pərvazlanıb uçduğunu görən Səməndər quşu sevincindən dimdiyini caynağına vurur. Beləliklə bu toqquşmadan od saçır, onun qov tükü alışır və quş yanıb kül olur. Eyni motiv əsasında rəvayət şəklində formalaşan örnəkdə isə quşun adını daşıyan Səməndər və onun istəklisi Qönçə obrazlaşdırılmışdır. Bu dəfə oda atılan oğlan Səməndər quşu kimi alovdan çıxıb sevgilisi Qönçə-pərvanə ilə qoşalaşır. Onlar ölməzlik, əbədilik keyfiyyəti qazanıb alovun ətrafında dolanırlar.
Tovuz quşu
Tovuz quşu (lat. Pavo) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin toyuqkimilər dəstəsinin qırqovullar fəsiləsinə aid heyvan cinsi. Monotipik növdür, yəni yarımnövlərə ayrılmır. İnsanlar tərəfindən əhliləşdirilib. 2 növü var: Adi tovuz quşu (Pavo cristatus) və Yava tovuz quşu (Pavo muticus). Asiyada, xüsusən Şri-Lanka və Sumatra adalarında yayılmışdır. Normal inkişaf etmiş fərdin bədəninin uzunluğu 1,00-1,25 m, quyruğu 40-45 sm-ə qədərdir. "Gözcük"lərlə bəzənmiş lələklərlə örtülü quyruqüstlüyü (quyruqdan fərqlidir) 120-130 sm-ə çatır. Dekorativ quş kimi saxlanılır. Bədəninin uzunluğu 100—125 sm, quyruğunun uzunluğu 40—50 sm-ə, kütləsi 4—4,25-30 kq-a çatır.
Zümrüd quşu
Simurq (fars. سيمرغ‎) - Qədim İran əsatirində Qaf dağında yaşayan böyük bir quş. Cənnət quşu deyə bilinir. Simurq quşu personajına Azərbaycan nağıllarında da rast gəlinir. O, sevdiyi insanlara, köməyə ehtiyacı olan günahsız bəndələrə öz lələklərindən verir, onlara çətinliyə düşəndə bu lələkləri yandırıb onu köməyə çağırmalarını tapşırır. Azərbaycan mifologiyasında isə bu quş xeyirxahlığın, yeni həyatın və dirçəlişin rəmzidir. Simurqun ikinci adı Zümrüdü-Ənqa olmuşdur. Bu ad altında folklor nümunələrində obrazlaşdırılan quş da əfsanəvi mahiyyət daşımışdır. Etimoloji baxımdan si-mürğ (otuz quş), sə-mürğ (üç quş), siyah-mürğ (qara, ən böyük quş) kimi anlamlarda şərh edilən Simurq "Məlikməmməd" nağılında Zümrüd adı ilə obrazlaşdırılıb. Əfsanəyə görə, Simurq quşu Qaf (ق) dağında yaşayırmış.
Şəfəq quşu
Erithacus rubecula (lat. Erithacus rubecula) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin milçəkqapanlar fəsiləsinin erithacus cinsinə aid heyvan növü. Döşü şəfəq rəngində olduğuna görə ona şəfəq quşu deyirlər. Bu quş çox soyuq iqlimdə yaşaya bilir. Ona görə də qışda başqa ölkələrə uçmur. Balaları uçmaq öyrənənə kimi onlara yem daşıyır. Şəfəq quşu cəld quşdur, onun gözəl səsi var. Ən çox Avropada, Qərbi Asiya, Şimali Afrikada və Şərqdə məskunlaşır. Ormanlar və hər cür parklarda, çox vaxt insanın sığınacaq yerində yaşayır.
Şeşə quşu
Şeşə və ya Şaşa — Azərbaycan və fars inanclarında şər quş, ruh və ya cin. Altı günlük və ya altı aylıq uşaqlara hücum eliyir. Şeşə quşu Azərbaycan türklərinin inanclarına görə bilinməzlər aləmindən gəlmişdir. Şeytani quruluşa sahib bu quş ancaq gecələri uçar və oğlan uşaqlarına ziyan verər. Əgər uşaq təkdirsə, onu vuraraq öldürər. Hücum elədiyi yer uşağın boğazıdır. Bununla bağlı olaraq, ailəsi uşağı qorumaq üçün altı aylığına qədər nəzarət altında saxlamalıdır. Quşun girdiyi evdə uşaq ölər. Əgər uşağın qırxı çıxmayıbsa, Şeşə quşu sadəcə onun üzərindən uçsa da o, qaralıb ölər. Gəlib uşağa ziyan vurmasın deyə uşağın yanında Şeşə quşunun adı deyilməz və uşağın bələyinə iynə sancılar.
Adi tovuz quşu
Adi tovuz quşu (lat. Pavo cristatus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin toyuqkimilər dəstəsinin qırqovullar fəsiləsinin tovuz quşu cinsinə aid heyvan növü. Monotipik növdür, yəni yarımnövlərə ayrılmır. İnsanlar tərəfindən əhliləşdirilib. Hindistanın milli rəmzlərindən biri hesab olunur. == Ümumi xarakteristikası == Bədəninin uzunluğu 100–125 sm, quyruğunun uzunluğu 40–50 sm-ə, kütləsi 4–4,25 kq-a çatır. Baş, boyun və döşün bir hissəsi göy, bədənin aşağı hissəsi qara rəngdədir. Dişiləri bir qədər kiçik olur və onlarda quyruqüstlüyündəki lələklər olmur.
Fısıldayan qu quşu
Fısıldayan qu (lat. Cygnus olor) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin qu cinsinə aid heyvan növü. Yayılması: Xəzər sahillərində Qızılağac qoruğunda rast gəlir. Mil düzü və Samur-Dəvəçi düzənliyinin su hövzələrində. 1993-cü il quşların yaz hesablamaları zamanı Sarısu, Ağgöl, Şirvan qoruğunda yuvalayan quşlar qeydə alınmışdır. Xüsusilə Ağzıbir (Dəvəçi limanı) gölündə – 10 cütdən yuxarı. Çoxalması: Qular həyatlarının sonuna kimi bir cüt yaradır. Yuvanı yalnız dişi fərd qurur. Yuvada 7-9 yumurta olur. 35 gün kürt yatır.
Harayçı qu quşu
Harayçı qu (lat. Cygnus cygnus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin qu cinsinə aid heyvan növü. Uzunluğu 140-160 sm, qanadlarının genişliyi 205-235 sm-dir. Çəkisi 8-15 kq arasında dəyişir. == Statusu == Adi saylıdır. == Qısa təsviri == Fısıldayan qulələyə oxşayır, lakin ondan az kiçikdir (5-10 kq). Xoş səsi var: “anqa-a, anqa-a”. Rəngi qar kimi ağdır. Dimdiyi qaradır, yalnız ucu sarıdır. Suda və yerdə boynunu dik saxlayır.
Hindistan tovuz quşu
Adi tovuz quşu (lat. Pavo cristatus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin toyuqkimilər dəstəsinin qırqovullar fəsiləsinin tovuz quşu cinsinə aid heyvan növü. Monotipik növdür, yəni yarımnövlərə ayrılmır. İnsanlar tərəfindən əhliləşdirilib. Hindistanın milli rəmzlərindən biri hesab olunur. == Ümumi xarakteristikası == Bədəninin uzunluğu 100–125 sm, quyruğunun uzunluğu 40–50 sm-ə, kütləsi 4–4,25 kq-a çatır. Baş, boyun və döşün bir hissəsi göy, bədənin aşağı hissəsi qara rəngdədir. Dişiləri bir qədər kiçik olur və onlarda quyruqüstlüyündəki lələklər olmur.
Kiçik qu quşu
Kiçik qu (lat. Cygnus columbianus bewickii) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin qu cinsinin amerika qu quşu növünə aid heyvan yarımnövü. == Statusu == Nadirdir. == Kateqoriyası == Təhlükə həddinə yaxındır (EN). Qorunma tədbirləri görülməsə nəslinin kəsilmə təhlükəsi yarana bilər. == Qısa təsviri == Harayçı quşa oxşasa da ondan kiçikdir. Ümumi rəngi ağ, ayaqları və dimdiyi qaradır. Diri kütləsi 5-6,5 kq, qanadının uzunluğu 48-56 sm, pəncə lüləsi 10-11 sm-dir . == Yayılması == Avropa və Orta Asiyada qışlayır. Tundrada yuvalayır.
Kəkilli tovuz quşu
Adi tovuz quşu (lat. Pavo cristatus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin toyuqkimilər dəstəsinin qırqovullar fəsiləsinin tovuz quşu cinsinə aid heyvan növü. Monotipik növdür, yəni yarımnövlərə ayrılmır. İnsanlar tərəfindən əhliləşdirilib. Hindistanın milli rəmzlərindən biri hesab olunur. == Ümumi xarakteristikası == Bədəninin uzunluğu 100–125 sm, quyruğunun uzunluğu 40–50 sm-ə, kütləsi 4–4,25 kq-a çatır. Baş, boyun və döşün bir hissəsi göy, bədənin aşağı hissəsi qara rəngdədir. Dişiləri bir qədər kiçik olur və onlarda quyruqüstlüyündəki lələklər olmur.
Qara qu quşu
Qara qu (lat. Cygnus atratus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin qu cinsinə aid heyvan növü.
Qaraboyun qu quşu
Cygnus melancoryphus (lat. Cygnus melancoryphus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin qu cinsinə aid heyvan növü.
Qu quşu (bürc)
Qu (lat. Cygnus) — göyün şimal yarımkürəsində ulduz bürcü.
Qırmızıqanad mərcimək quşu
Adi hind quşu
Adi hind quşu (lat. Meleagris gallopavo) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin toyuqkimilər dəstəsinin qırqovullar fəsiləsinin hind quşu cinsinə aid heyvan növü.
Huma Quşu Fondu
Huma Quşu Təhsilə Yardım Fondu — kommersiya məqsədi güdməyən qeyri-hökumət təşkilatıdır. Fond beynəlxalq qurumlarda çalışan və gənc yaşda həyatını itirən Humay Quliyevanın ailə üzvlərinin təşəbbüsü ilə onun xatirəsini yaşatmaq və xeyirxah əməllərini davam etdirmək məqsədilə yaradılıb. Ad seçimində Humayın ingiliscə yazdığı bir şeirin "After all, I am named after a bird living its entire life flying invisibily high above the Earth – Huma." ("Axı hər şeydən əvvəl bütün həyatını Yer üzündən gözəgörünməz yüksəklikdə uçmaqla keçirmiş bir quş adıdır adım – Huma." — misrasından istifadə edilib. Deviz isə Nizami Gəncəvinin "Sirlər xəzinəsi" poemasından götürülmüş "Sən ki, Huma quşusan, şərəfli iş gör, əlbət!" misrasıdır. Fondun rəsmi açılışı 17 noyabr 2022-ci ildə olub. Huma Quşu Təhsilə Yardım Fondunun təsisçisi və prezidenti Humayın anası Şəhla Cahangir qızı Vəzirovadır. Fondun fəaliyyətinə nəzarəti üç nəfərdən ibarət Himayəçilər Şurası həyata keçirir. == Məqsəd == Huma Quşu Fondunun başlıca məqsədi imkansız və az təminatlı ailələrin istedad və bacarığı ilə seçilən övladlarının ölkəmizdə və Azərbaycanın hüdudlarından xaricdə keyfiyyətli bakalavr və magistr təhsil almasına və cəmiyyət üçün faydalı insanlar, Humay kimi xeyirxah, vətənpərvər gənclər yetişməsinə maliyyə yardımı göstərməkdir. Bundan başqa Fond Qarabağ müharibəsi qazilərinin müxtəlif kurslarda müasir texnologiyalar sahəsində təhsil almalarına, ixtisaslarını artırmağa və yeni ixtisaslara yiyələnmələrinə maliyyə dəstəyi göstərir. == Prinsiplər == Xeyriyyəçilik fəaliyyəti üçün təhsilə yardım sahəsinin seçilməsi ilk növbədə Humayın biliyə, təhsilə, kitaba, oxuyub-öyrənməyə olan sonsuz məhəbbəti ilə bağlıdır.