ÜMMAN

is. [ ər. ]
1. Böyük dəniz, dərya, okean.
Bir fırtına quşu olub; Baş vurmuşam ümmanlara; Dənizdə dürr axtarmışam. R.Rza.
Cüt axıb tökülür çaylar ümmana; Uca-uca dağlar lap baş-başadır. N.Rəfibəyli.

// Şairanə təşbehlərdə.
Xoş olar ürəyin ümmanı varsa; Sevinci, şadlığı duyanı varsa. N.Xəzri.

2. məc. Hədsiz, həddən artıq, sonsuz, çox.
Ümman dərdim var mənim; Könlüm olur xar mənim; Məskənim dağlar başı; Həmdəmimdir qar mənim. (Bayatı).

Sinonimlər (yaxın mənalı sözlər)

  • ÜMMAN dərya — dəniz
  • ÜMMAN ümman bax okean

Antonimlər (əks mənalı sözlər)

  • ÜMMAN ÜMMAN – DAMLA O, kiçik damlada bir ümman görür (B.Vahabzadə)
ÜMİDVERİCİ
ÜMMƏT
OBASTAN VİKİ
Ümman
Ümman Ağamalıyev
Ümman İlqar oğlu Ağamalıyev (19 İyun 1986, Bakı) — azərbaycanlı hüquqşünas, Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və insan haqları institunun doktorantı, Hüquq üzrə fəlsəfə elmləri doktoru, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü. Ümman Ağamalıyev 19 iyun 1986-cı il tarixində Bakı şəhərində anadan olmuşdur. Orta təhsilini Bakı şəhəri, Nizami rayonunda yerləşən 238№-li məktəbdə almışdır. 2003-cü ildə adı çəkilən məktəbi bitirib Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olmuşdur. [[Bakı Dövlət Universiteti]] 2007-ci ildə bitirib 2007–2008-ci illərdə hərbi xidmətdə olmuşdur. 2010–2013-cü illərdə Aviasiya akademiyasında Cinayət hüququ, cinayət prosesi və kriminalistika ixtisası üzrə magistr dərəcəsi almışdır. Hal-hazırda Azərbaycan Respublikası Elmlər Akademiyasının Hüquq və insan haqları institunun doktorantıdır. 01 yanvar 2007 - 01 iyul 2007 — Xətai rayon məhkəməsində hakim köməkçisi vəzifəsində çalışmışdır. 19 aprel 2010 - 19 dekabr 2013 — “Shirvan Operating Company Ltd” şirkətində hüquqşünas vəzifəsində çalışmışdır. 20 dekabr 2013 - 01 noyabr 2015 — Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsində direktorun hüquq və inzibati işlər üzrə müşaviri vəzifəsində çalışmışdır.
Ümman Əmiraslanov
Qanun Ümman Qahablı

Digər lüğətlərdə