ÜSUR
ÜSYANKAR
OBASTAN VİKİ
Üsyan
Üsyan — hər hansı ictimai qrup və ya sinfin siyasi hakimiyyətə və ya dövlətə qarşı açıq silahlı çıxışı.
Üsyan (mahnı)
Üsyan - Azərbaycan musiqiçisi Qara Dərvişin Məktub albomuna daxil olan mahnısı. == Mahnı haqqında == Mahnının sözləri, bəstəsi və aranjemanı Qara Dərvişə aiddir.
Ukrayna Üsyan Ordusu
Ukrayna Üsyan Ordusu (Ukr: Ukraїnska povstanska armіya/qısaca: UPA) - İkinci Dünya Müharibəsi zamanı Ukraynada nasistlərin dəstəyi ilə təşkil edilmiş və ölkədəki bütün etnik qruplara qarşı kütləvi qırğınlar və soyqırım hərəkatları ilə məşğul olan millətçi ordudur. 1942-ci ilin oktyabrında təşkil edilən ordu, xüsusilə 1943-cü ildə Ukrayna Reyx Komissarlığı ilə birlikdə ruslara, polyaklara, yəhudilərə və digər etnik azlıqlara qarşı sistemli şəkildə qırğın siyasəti həyata keçirmişdir. Ukrayna Üsyan Ordusunun ən mühüm təşkilatçılarından biri faşist Almaniyasının maliyyə dəstəyini alan Stepan Bandera idi. Millətçi Stepan Bandera, Taras Borovets (Taras Bulba) və Andrey Melnikin rəhbərlik etdiyi Ukrayna Üsyan Ordusu Ukrayna ərazisində İkinci Dünya Müharibəsi zamanı bir çox soyqırım hərəkatlarında, xüsusilə Volin qırğınında xüsusi rol oynamışdır. == Fəaliyyətləri == 1939-cu il sentyabrın 12-də, Varşavanın süqutuna az qalmış Hitler qatarda Polşa xalqı və Ukraynadakı polyakların taleyi haqqında xüsusi görüş keçirmişdir. Hitlerin planı SSRİ-nin sərhədində Asiya ilə Avropa arasında III Reyxə bağlı bir bufer zona yaratmaq idi. Berlinin bu kukla dövlətinin sərhədləri şimalda Litvanın paytaxtı Vilnüsdən başlayıb, cənubda isə Ukraynanın Qalisiya və Volin vilayətlərinə qədər uzanacaqdı. İclasda nasist admiralı və məxfi xidmət olan Abverin rəhbəri Vilhelm Kanaris, Almaniyanın xarici işlər naziri Ribbentropa ukraynalı millətçilərin təşkilatlanması, polyaklara və yəhudilərə qarşı qiyam şəklində yeni qırğın siyasətinin həyata keçirilməsindən danışmışdır. “Kanaris Memorandumu” kimi tanınan bu çıxışın sənədləri və alınan qərarlar 1945-ci ildə Nürnberq məhkəməsində sübut kimi təqdim edilmiş və Kanarisin edamında mühüm rol oynamışdır. İlk mərhələdə, 1939-cu ilin noyabrında 400 ukraynalı irqçi Komarne, Kirhendorfe Qakeshteyne və Abvera düşərgələrində təlimə başlamışdır.
Üsyan (Rövşən Abdullaoğlu)
Üsyan (tam adı və ya şüarı: "Mən aləmlərə üsyan etmiş bir zərrəyəm") — Rövşən Abdullaoğlunun 2014-cü ildə nəşr edilmiş psixoloji kitablar silsiləsindən olan əsəri. == Məzmun == Əgər məndən soruşsanız ki, “həbs düşərgəsində əldə etdiyin ən böyük təcrübə nədir?”. Mən deyərəm ki, “biz insanı indiyə kimi heç bir nəslin tanıya bilmədiyi, görə bilmədiyi bir halda-tam çılpaqlığı ilə tanıdıq”. “Bəs sənin tanıdığın bu insan əsl mahiyyəti ilə kimdir və sən onu necə tanıdın?” desəniz, deyərəm ki, “Bu insan hər an qərar qəbul edən azad iradəli bir varlıqdır. O insan hər bir şəraitdə son qərarı özü üçün saxlayır, son qərar həmişə onundur. == Nəşr == Kitab 2014-cü ildə Bakıda Qədim Qala nəşriyyatında 256 səhifədə 60x90 ölçüsündə çap edilib. 2022-ci ildə kitab yenilənərək 2-ci dəfə təkrar nəşr edilib. == Həmçinin bax == Əsarət Qorxular == İstinadlar == == Xarici keçidlər == "ÜSYAN" ( (az.)). qedimqala.az. 2016-07-27 tarixində arxivləşdirilib.
Mozambikdə islamçı üsyan
Mozambikdə islamçı üsyan — Mozambikin Kabu-Delqadu vilayətində hökumət ilə Mozambik qanunvericiliyini şəriət qanunlarına uyğunlaşdırmağa və beləliklə də ölkəni islam dövlətinə çevirməyə çalışan islamçı qruplaşmalar arasında silahlı münaqişə. Əsas fəal üsyançı qruplaşma "Ənsar əl-sünnə"dir. İslamçı yaraqlıların terror hücumlarının əsas hədəfi mülki şəxslər olmuşdur. 2018-ci ilin ortalarından etibarən İslam Dövləti Mərkəzi Afrika vilayətinin Mozambikin şimalında da fəallaşdığı iddia edilir. Qruplaşma 2019-cu ilin iyununda Mozambik təhlükəsizlik qüvvələrinə qarşı ilk hücumunu öz üzərinə götürmüşdür. 2020-ci ilin birinci yarısında 2019-cu ildə olduğu qədər hücumlar həyata keçirilmişdir.
Türkiyədə maoçu üsyan
Türkiyədə maoçu üsyan və ya maoçular tərəfindən Xalq müharibəsi (türk. Halk savaşı) — 1970-ci illərin əvvəllərində Türkiyə hökuməti ilə maoçu üsyançılar arasında Türkiyənin şərqində davam edən aşağı səviyyəli üsyan. Üsyanın gərginliyi 1980-ci illərin sonu və 1990-cı illərdə azalmış, daha böyük Türkiyə–PKK münaqişəsi fonunda kənarda qalmışdır. Aşağı səviyyəli silahlı hücumlar maoçu üsyançı qruplaşmalar tərəfindən həyata keçirilməkdə davam edir. Bu qruplaşmalar arasında ən əhəmiyyətliləri Türkiyə Kommunist Partiyası/Marksist–Leninistin silahlı qanadı Türkiyə Fəhlə və Kəndlilərin Qurtuluş Ordusu (TFKQO), həmçinin Maoçu Kommunist Partiyasının silahlı qanadları Xalq Qurtuluş Ordusu (XQO) və Xalq Partizan Qüvvələridir (XPQ). == Zəmin == 24 aprel 1972-ci ildə İbrahim Qaypaqqayanın başçılıq etdiyi radikal qrup tərəfindən Türkiyə Kommunist Partiyası/Marksist–Leninist (TKP/ML) təsis edilmişdir və onlar xalq müharibəsi elan etmişdilər. Buna baxmayaraq, bir il sonra Qaypaqqaya həbs edilmiş, işgəncələrə məruz qalmış və öldürülmüşdür. Partiya 1978-ci ildə ilk konfransını keçirmiş və partizan müharibəsi planını təsdiqləmişdir, lakin silahlı üsyan ideyası nəzəri olaraq qalmış və çox az irəliləyiş əldə edilmişdir. 17 may 1985-ci ildə TKP/ML İstanbulda milyonlarla televiziya tamaşaçısına axşam xəbərlərinin saundtrekini əvəz edərək təbliğat mesajı vermişdir. == Üsyan == TKP/ML-nin hərbi qanadı olan Türkiyə Fəhlə və Kəndlilərin Qurtuluş Ordusu (TİKKO) 1970-ci illərin sonu və 1980-ci illər boyu əhalisi Maoist partizan müharibəsini qisas kimi görən Tunceli vilayətində silahlı və partizan hərəkətləri həyata keçirib.
Potyomkin zirehli gəmisində üsyan
"Potyomkin" zirehli gəmisində üsyan — 1905-ci il iyunun 14-də (27-də) başlanmış üsyan. == Tarixi == Üsyan edən zirehli gəmi Odessaya gəldi; bu zaman Odessada ümumi tətil idi. Lakin Odessa fəhlələrinin və matrosların birgə çıxışı üçün yaranmış əlverişli şəraitdən istifadə edilmədi. Xeyli adamın həbs olunması nəticəsində Odessa bolşevik təşkilatı zəifləmişdi, onun daxilində birlik yox idi. Menşeviklər isə silahlı üsyanın əleyhinə idilər və fəhlələri, matrosları hücum mübarizəsindən çəkindirirdilər. Çar hökuməti "Patyomkin"də üsyanı yatırtmaq üçün bütün Qara dəniz donnmasını göndərmişdi. Lakin matroslar üsyan etmiş gəmiyə atəş açmaqdan boyun qaçırdılar. Buna görə də komandirlər eskadranı geri aparmağa məcbur oldular. On bir gün dənizdə dolaşdıqdan sonra ərzaqsız və kömürsüz qalan "Potyomkin" zirehli gəmisi çarəsizlikdən Rumıniya shillərinə gedib Rumıniya hökumət orqanlarına təslim oldu. Matrosların əksəriyyəti xaricdə qaldı.
1837-ci il Quba üsyanı
Quba üsyanı – XIX əsrdə Quba əyalətində çar üsul-idarəsinə və yerli feodalların zülmünə qarşı İmam Qazi Muhamməd Xuluqvi və Abrek Əli Hilivi rəhbərliyi ilə Rus çarına qarşı üç dəfə baş vermiş güclü xalq üsyanı. Birinci Quba üsyanı Rusiya-İran arasında bağlanmış Gülüstan müqaviləsindən (12 oktyabr 1813-cü il) 13 il sonra, 1826-cı ilin iyul-avqust aylarına təsadüf etmişdir. İkinci Quba üsyanı Türkmənçay müqaviləsinin (10 fevral 1828-ci il) onuncu ildönümü ərəfəsində, 1837-ci ilin mart-aprel aylarında başlanmış və fasilələrlə 6-7 ay davam etmişdir. Üçüncü Quba üsyanı ikincidən 40 il sonra, 1877-ci ilin ortalarından payıza qədər sürmüşdür. İkinci Quba üsyanı miqyas və mahiyyətinə görə özündən əvvəlki və sonrakı üsyanlardan müəyyən mənada fərqlənmiş, çar rejimini Azərbaycana və azərbaycanlılara münasibətdə yanıldıqlarını etiraf etməyə və bir sıra ciddi islahatlar aparmağa məcbur etmişdir. İkinci Quba üsyanı 12 mindən çox əhalini və Quba, Dərbənd, Dağıstan kəndlərinin əksəriyyətini əhatə etmişdi. Bu vaxt Qafqazda Şeyx Şamil hərəkatının qızğın çağları idi. == Çar imperiyanın işğalçı siyasətinə qarşı üsyanlar == 1826-cı ildə Qubada, 1830-cu ildə Çar-Balakən ərazisində, 1831-ci ildə Lənkəranda baş vermiş və hər biri yadelli işğalçılara qarşı xalq etirazının təzahürü kimi meydana çıxmış bu üsyanlara bir qayda olaraq yerli bəy və xanlar rəhbərlik etmişlər. XIX əsrin 30-cu illərində Azərbaycanda baş verən silahlı toqquşmalar üsyançıların sosial tərkibinə görə kəndli hərəkatı adlandırılsa da, üsyanın başvermə səbəbləri, qarşıya qoyulan məqsəd, üsyançıların qarşılaşdığı və mübarizə apardığı hərbi qüvvələr belə deməyə tam əsas verir ki, Quba üsyanı imperiyanın işğalçı siyasətinə qarşı xalqın azadlıq mübarizəsi idi. Xatırlatmaq yerinə düşər ki, bu mübarizənin təşkilatçıları Şeyx Şamilin başçılıq etdiyi azadlıq hərəkatından, həm də Qafqaza sürgün olunmuş dekabrist ədiblərin azadlıq ideyalarından güc-qüvvət alırdılar.
1848-ci il Üsyanları
1848-ci il üsyanları, Xalqların Baharı və ya İnqilab Yolu — Avropada ən geniş inqilab dalğası olmuşdur. İnqilablar, əvvəlki monarxik strukturların aradan qaldırılması və müstəqil dövlət qurumlarının yaradılması məqsədi ilə mahiyyətcə demokratik və liberal idi. Fevral ayında Fransada baş verən ilkin mərhələdən sonra inqilab bütün Avropaya yayılmışdır. 50-dən çox ölkəyə təsir göstərməsinə baxmayaraq, inqilabçılar arasında əhəmiyyətli koordinasiya və ya əməkdaşlıq olmamışdır. Üsyanlara təkan verən ən böyük amillər siyasi rəhbərliyə qarşı olan narazılıq, hökumət və demokratik proseslərdə daha geniş iştirak etmək, mətbuat azadlığı və işçi sinfin digər tələbləri, milliyyətçiliyin yüksəlməsi və hökumət qüvvələrinin yenidən qurulmasına dair tələblər daxil idi. İnqilab islahatçılar, orta və işçi təbəqə üzvlərindən ibarət müvəqqəti koalisya tərəfindən idarə olunduğuna görə uzunömürlü olmadı. On minlərlə adam öldürüldü və bir çoxları sürgünə məruz qaldı. Uzun müddət davam edən islahatlar Avstriya və Macarıstanda təhkimçiliyin ləğvi, Danimarkada mütləq monarxiyanın sona çatması və Hollandiyada parlamentli demokratiyanın tətbiqi ilə nəticələndi. İnqilablar Fransa, Hollandiya, Almaniya Konfederasiyası və Avstriya imperiyasını təşkil edən dövlətlər üçün mühim rol oynadı. == Başlanğıcı == İnqilablar müxtəlif səbəblərdən meydana gəldiyi üçün bu motivləri bir ardıcıl hərəkətdən görmək çətindir.
1905-ci il dekabr Moskva üsyanı
Moskvada dekabr silahlı üsyanı (1905) 1905-1907-ci il Birinci rus inqilabının ən yüksək inkişaf mərhələsi. 1905-ci il inqilabi hərəkatı, işçilərin tətilləri, kəndlilərin çıxışları, ordu və donanmada olan həyəcan çarizmin devrilməsi uğrunda üsyana çevrildi. == Tərəflərin hazırlığı == Moskva işçiləri ilklərdən oldu. 1905-ci il dekabrın 5-də, RSDFP-nin Moskva konfransı dekabrın 7-də 12 saatlıq ümumi tətilə qərar verdi, tətil sonradan silahlı üsyana çevrilməli idi. Bu qərarı Moskvada keçirilən Moskva Şurasının plenumu, poçt-teleqraf işçilərinin qurultayı və Ümümrusiya dəmiryolçular konfransı dəstəklədi. Moskva Şurasının İzvestiya qəzeti "Bütün işçilərə, əskərlərə və vətəndaşlara" mütləqiyətə qarşı barışmaz mübarizəyə çağıran Manifestlə müraciət etdi. Tətil dekabrın 7 günorta saat 12 başladı. 600-dən çox müəssisədə işləyən 100000-dən çox adam işini dayandırdı. Nikolayevskdən başqa, bütün dəmir yollarında qatarların hərəkətləri dayandırıldı. Moskva proletariatının və başqa sosial qüvvələrin üsyanın V.L.Şanzer (Marat) və M.İ. Vasilyev-Yujinin rəhbərliyi ilə Moskva Şurası və RSDFP-nin Moskva komitəsi başçılıq edirdi.
1905 Moskva üsyanı

1910 Albaniya üsyanı
1910-cu ildəki alban üsyanı (alb. Kryengritja shqiptare e vitit 1910, türk. 1910 Arnavutluk İsyanı) — Albaniyadakı Gənc Türk Osmanlı hökumətinin yeni mərkəziləşdirmə siyasətlərinə bir reaksiya idi. Bir sıra böyük həcmli üsyanların ilki idi. Üsyançılar Serbiya Krallığı tərəfindən dəstəklənmişdi. 1910-cu ilin ilk aylarında alınan yeni vergilər, İsa Boletininin 1909-cu ildə bir üsyana qarışan alban rəhbərləri Osmanlı İmperiyasına qarşı bir üsyan qaldırmaq üçün razı etməsinə yol açdı. Priştine-də (indiki Priştina) və Ferizovik-də (indiki Ferizay) alban hücumlarında, İpek (indiki Peç) şəhərindəki Osmanlı komandirinin öldürülməsində və müqavimətçilərin Kaçanik Keçidindəki Skopyeyə gedən dəmiryolunun bağlaması Osmanlı hökumətinin bölgədə hərbi vəziyyət elan etməsinə səbəb oldu. İki həftədən çox bir vaxtdır gedən şiddətli döyüşdən sonra alban qüvvələri Drenisa bölgəsinə çəkilərkən, Osmanlı ordusu Prizren və Yakova (İndiki Qyakova) şəhərlərini zəbt etdi. Osmanlı əsgərləri 1910-cu ilin İyun ayının 1-də Peç şəhərini yenidən zəbt etmişdir. Bundan iki ay sonra Şkoder şəhərini də zəbt etdilər.
1930-cu il Şəki üsyanı (film)
29 bəhmən üsyanı
29 bəhmən üsyanı — 1978-ci ilin yanvarında İranın iri dini mərkəzlərindən birində — Qum şəhərində nümayişin dağıdılması zamanı polis silah işlətmişdir. Qum hadisələrinin 40-cı günü — 1978-ci il fevralın 18-də din xadimləri Təbriz əhalisini üsyana qaldırdılar və bu, "29 bəhmən üsyanı" adı ilə tarixə düşdü. Səhər tezdən şəhərin mərkəzinə tərəf hərəkət edən minlərlə təbrizli nümayişi dağıtmağa çalışan polisi qaçmağa məcbur etdi. Hökumət tələsik nizami ordu qüvvələrini nümayişçilərə qarşı göndərdi. Ordu hissələrinin Təbrizə yeridilməsi əhalinin qəzəbinə səbəb oldu. Nümayiş böyüyüb üsyana çevrildi; ziyalılar, tələbələr, ruhanilər, sənətkarlar, xırda tacirlər və sahibkarlar, fəhlələr və məktəb şagirdləri üsyanda iştirak etdilər. Ağac, daş, yandırıcı maddə doldurulmuş butulkalarla silahlanmış üsyançılar silahlı polisə və qoşunlara qarşı çıxış etdilər, sonra isə dövlət müəssisələrini, bankları, mehmanxanaları, kinoteatrları dağıtmağa başladılar. Fevralın 19-da şah İranın digər bölgələrindən Təbrizə əlavə qoşunlar göndərdi və üsyan amansızcasına yatırıldı: 2 minədək adam öldürüldü və yaralandı. Tarixçilərin bəzilərinin fikrincə, məhz "29 bəhmən üsyanı" İran İslam İnqilabının başlanğıcı hesab edilməlidir.
Abıralı üsyanı
Abıralı üsyanı (qaz. Абыралы көтерілісі) — Şərqi Qazaxıstan vilayətinin Abralı bölgəsində 1931-ci il fevral, mart aylarında baş vermiş kəndli üsyanı. Üsyan məcburi kollektivləşdirməyə qarşı idi. 12 fevral 1931-ci ildə bölgənin bütün aullarında kəndlilərin üsyanı başladı. 4-cü və 6-cı aullarda (indiki Baktı və Enbek aulları) Esimbek Musabekulının rəhbərliyi ilə 300 nəfər kəndli Birləşmiş Dövlət Siyasi İdarəsinin qoşunlarına qarşı müqavimət göstərdilər. Onlar hökumətdən zorakılığı dayandırıb, müsadirə etdikləri mal qaranı və buğdanı xalqa qaytarmağı tələb edirdilər. 1931-ci ilin payızında Abralı üsyanının iştirakçıları Kempirbaevin dəstəsindən 274 nəfər həbs olundu, 85 nəfər isə güllələndi.
Aday üsyanı
Aday üsyanı (qaz. Адай көтерілісі) — 1929-1932-ci illərdə baş vermiş Mangistauda yaşayan aday tayfasından olan qazax şaruaların üsyanı. Üsyana səbəb həddən artıq olan vergilər, insanların dini inanclarının təhqir olunması, məcburi kollektivləşdirmə nəticəsində mal qaranın kütləvi qırılması, bütün qazax aullarının yoxsullaşması və nəticədə yaranan aclıq idi. 1929-cu ildə ayrı ayrı yerlərdə başlamış üsyan 1930-cu ildə ümumi xarakter daşıyaraq bir mərkəzdən idarə olunmağa başlayırdı. Bokımaş Şolaulı (1931-ci ilin aprel ayında xan seçilib), Mirzəqali Tınımbaevin (1931-ci ilin iyun ayında döyüşdə həlak olub), Yerqali Kutteqenovun, M.Salpıkulının, Jumatay Hüseynovun və digərlərinin başçılığı ilə üsyançılar hökumət qüvvələri ilə şiddətli döyüşlər keçirirdilər. 1931-ci ilin may iyul aylarında üsyançılar 4 dəfə Fort Aleksandrovsk şəhərinə hücum etmişdilər. Silahlı mübarizə 1932-ci ilin ortalarına qədər davam edib. Üsyan yatırıldıqdan sonra üsyançılar, Türkmənistanda, Qaraqalpaqıstanda, Tacikistanda, İran və Əfqanıstanda gizləndilər. Birləşmiş Dövlət Siyasi İdarəsi 800 nəfərdən artıq üsyançı mühakimə olundu.
Akmola üsyanı
Akmola üsyanı — Qazaxların üsyanı.
Alak üsyanı
Alak üsyanı (qaz. Алақ көтерілісі) — Semipalatinsk quberniyasının, Qızıltas bölgəsinin, Qızılkəsik kəndinin sakinləri tərəfindən 1931-ci ildə məcburi kollektivləşdirməyə qarşı baş vermiş üsyan. Üsyanda həmçinin indiki Aksuat və Kokpektinsk bölgələrinin də sakinləri iştirak ediblər. Bölgənin nüfuzlu şəxslərinin, o cümlədən 1885-ci ildə Omsk Mərkəzi Feldşer məktəbini bitirmiş və keçmişdə volost (ərazi vahidi) rəhbəri olmuş Jakul Kuşikovun, Zaysan uyezdinin, Boqask volostının keçmiş rəhbəri Mukış Kuanovun və Qasım Kozıbayevin əmlakının müsadirə olunması üsyana səbəb oldu. Hacı Tırayısın Birləşmiş Dövlət Siyasi İdarəsinin əməkdaşları tərəfindən öldürülməsi insanların qəzəbinə səbəb oldu. Üsyan qəddarlıqla yatırıldı. Üsyanı davam etdirməyin mənasızlığını başa düşən sağ qalan üsyançılar sərhəddi keçərək Çinə keçdilər.
Alban üsyanı (1910)
1910-cu ildəki alban üsyanı (alb. Kryengritja shqiptare e vitit 1910, türk. 1910 Arnavutluk İsyanı) — Albaniyadakı Gənc Türk Osmanlı hökumətinin yeni mərkəziləşdirmə siyasətlərinə bir reaksiya idi. Bir sıra böyük həcmli üsyanların ilki idi. Üsyançılar Serbiya Krallığı tərəfindən dəstəklənmişdi. 1910-cu ilin ilk aylarında alınan yeni vergilər, İsa Boletininin 1909-cu ildə bir üsyana qarışan alban rəhbərləri Osmanlı İmperiyasına qarşı bir üsyan qaldırmaq üçün razı etməsinə yol açdı. Priştine-də (indiki Priştina) və Ferizovik-də (indiki Ferizay) alban hücumlarında, İpek (indiki Peç) şəhərindəki Osmanlı komandirinin öldürülməsində və müqavimətçilərin Kaçanik Keçidindəki Skopyeyə gedən dəmiryolunun bağlaması Osmanlı hökumətinin bölgədə hərbi vəziyyət elan etməsinə səbəb oldu. İki həftədən çox bir vaxtdır gedən şiddətli döyüşdən sonra alban qüvvələri Drenisa bölgəsinə çəkilərkən, Osmanlı ordusu Prizren və Yakova (İndiki Qyakova) şəhərlərini zəbt etdi. Osmanlı əsgərləri 1910-cu ilin İyun ayının 1-də Peç şəhərini yenidən zəbt etmişdir. Bundan iki ay sonra Şkoder şəhərini də zəbt etdilər.
Albaniya üsyanı (1910)

An Luşan üsyanı
An Luşan üsyanı—16 dekabr 755-ci ildən 17 fevral 763-cü ilədək Çində baş vermiş üsyan. == Tarixi == Üsyan Tan sülaləsi dövründə 16 dekabr 755-ci ildə başlayıb Shi Chaonun initihar etməsi ilə 17 fevral 769-cu ildə bitmişdir. Çin ordusu generalı olan An Luşannın ərəbləri, göytürkləri və Soğdluları öz tərəfinə çəkərək Şimali Çində özünü imperator elan edib Yan sülaləsinin əsasını qoydu. Kidanlar göytürklərin sadiq müttəfiqi idilər, lakin xaqanlıq öz mövcudluğunu dayandırdıqda onların müqaviməti mənasız göründü. 745-ci ildə kidanların əsas başçısı mübarizəni dayandırdı. O, Sunqariy əyalətinin rəisi oldu. Lakin Mancuriyadakı sərhəd qoşunlarının korpus rəisi An Luşan kidanların üzərinə hücum etməyi və onları soymağı davam etdirirdi. Hiddətlənmiş kidanlar ayağa qalxdılar, lakin An Luşan onları dağıtdı. Lakin dəyişmiş başçı da müqavimət göstərməyə başladı. Çinlilər An Luşanı bu müharibənin təşəbbüsçüsü hesab edirdilər, guya o üsyançıları sakitləşdirmək və xidmət göstərmək üçün bu toqquşmanı salmışdı.
Ayaqyalınlar üsyanı
Ayaqyalınlar üsyanı (fr. Révolte des Nu-pieds) — 1639-cu ildə Fransanın Normandiya regionunda böyük xalq üsyanı. Başçıları yarıəfsanəvi Ayaqyalın Jan idi. Üsyana çox ağır vergilər və ümumiyyətlə, feodal zülmü səbəb olmuşdu. "Ayaqyalınlar"ın ictimai və siyasi ideologiyası dəqiq deyildi. Yoxsul şəhər əhalisi və kəndlilərdən ibarət üsyançılar dövlət vergilərindən boyun qaçırır, varlıların mülklərini, vergi idarələrini dağıdırdılar. "Ayaqyalınlar" Normandiyanı tutmuşdular. Üsyan Fransanın bir çox əyalətində geniş əks-səda doğurmuşdu. Üsyanı hökumət qoşunu yatırmışdır. == İstinadlar == == Əlavə ədəbiyyat == Pierre Carel, Une émeute à Caen sous Louis XIII et Richelieu (1639) : la révolte des Nu-Pieds en Basse-Normandie, Caen, E. Valin, 1886 ; Madeleine Foisil, La Révolte des nu-pieds et les révoltes normandes de 1639, Paris, PUF, 1970 ; Jean-Louis Ménard, La Révolte des nu-pieds en Normandie au XVIIe siècle, Paris, Dittmar, 2005 ; Boris Porchnev, Les Soulèvements populaires en France de 1623 à 1648, S. E. V. P. E. N., Paris, 1963 ; reprinted as Les soulèvements populaires en France au XVIIe siècle, Groupe Flammarion, Paris, 1972.
Balakən üsyanı (1830)
1830-cu il Balakən üsyanı — Balakəndə rus işğalına qarşı başlanan xalq hərəkatı. Üsyana şeyx Şaban və Həmzət bəy başçılıq ediblər. Rus qoşunları üsyanı qan içində boğublar. Bundan öncə (fevral 1830), Balakəndə baş vermiş üsyan şəxsən general Paskeviçin rəhbərliyi ilə yatırılmışdı. 1830-cu ilin sonunda bölgədə daha bir üsyan alovlandı. Üsyançıların ailə üzvləri Alazan çayındakı boş torpaqlara sürgün edildi.
Baribaevsk üsyanı
Baribaevsk üsyanı(qaz. Бәрібаев көтерілісі) — 1930-cu ilin mart ayında Almata vilayətinin, Baribaevsk rayonunun, Bakalı kəndində qalxmış kəndli üsyanı. Üsyan məcburi kollektivləşdirməyə və Sovet hökumətinin repressiv siyasətinə qarşı idi. K. Əhmədcanov, K. İbrahimov və J. Saukımbaevin rəhbərlik etdiyi 100 nəfərlik dəstə 25 mart tarixində Bakalinsk kommunasını ələ keçirmiş, kənd sovetini buraxmış və müsadirə olunmuş buğdanı və digər əmlakı insanlara paylamışdır. Üsyançılar telefon əlaqəsini və dəmir yolunu kəsib, Mınkum rayonunun 10 kəndini ələ keçirirlər. K. Əhmədcanov Aksu rayonunun qaçqınları və üsyançıları ilə birgə fəaliyyət göstərməyə cəhd edirdi. Üsyan Birləşmiş Dövlət Siyasi İdarəsi yatırıldı və 29 nəfər güllələnməyə məhkum edildi.
Baxtrioni üsyanı
Baxtrioni üsyanı (gürcücə:ბახტრიონის აჯანყება) — 1659-cu ildə Səfəvi ağalığına qarşı şərqi Gürcüstanda yerləşən Kaxetiya krallığında baş vermiş üsyandır. Üsyan üsyanın gedişatında baş vermiş əsas döyüş yerinin adı ilə Baxtrioni adlandırılmışdır. Baxtrioni qala adıdır. == Arxa plan == XVII əsrin ilk yarısında Kaxetiya kralı I Teymuraz illərdir davam edən və yerli əhalinin narazılığına səbəb olan Səfəvi ağalığına qarşı üsyana qalxdı. 1610-cu illərdə başlayan üsyanın gedişatında gürcülər səfəvilərin ilk hücumlarının qarşısını alsalar da, 1616-cı ildə Şahın özü Kaxetiyanı bir daha ələ keçirdi və oranın əhalisinin bir çoxunu İrana köçürdü və ya qətlə yetirdi. Növbəti illərdə, qızılbaş zadəganlar şərqi Gürcüstana qubernator kimi təyin edildilər və xeyli sayda Qızılbaş tayfa mənsubları orada yerləşdirildilər. Bununla Gürcüstanın tamamilə tabe etdirilməsi planlaşdırılırdı. 1630-cu illərdə səfəvilər Kaxetiyanı daha itaətkar Kartlinin tabeliyinə keçirməyə çalışdılar. Kartli hökmdarı islamı qəbul etmiş və şaha sadiqliyi ilə seçilən Rüstəm idi. Rüstəm özü də gürcü şahzadəsi idi.
Baxtrioni üsyanı (1659)

Başqırd üsyanları
Başqırd üsyanı (1735 - 1740) — Başqırdların sayca dördüncü üsyanı. Başqırd üsyanı (1755 - 1756) — Başqırdların sayca beşinci üsyanı.
Başqırd üsyanları (VII-VIII əsrlər)
Başqırd üsyanları — XVII–XVIII əsrlərdə baş verən silsilə üsyanlar. == VII əsr üsyanları == 1662–64-cü illər üsyanı çar hökumətinin başqırd feodallarının kalmıklar üzərinə basqınlarını qadağan etməsi və tutduqları əsirləri qaytarmaq tələbi ilə əlaqədar başlanmışdı. Üsyan bütün Başqırdıstanı və bəzi qonşu qəzaları bürümüşdü. Qiyam əsasən şərqdə İset, Miass çaylarının orta axarlarını, qərbdən Kama çayının orta axarlarını, cənubda isə Yaik çayından şimalala Çusovaya çayına qədər yayılmışdır. 1664-cü ildə çar hökuməti üsyanı yatırdı, lakin bəzi güzəştlərə də getdi. 1681– 83-cü illər üsyanı başqırdların çar hökuməti tərəfindən zorla xristianlaşdırılacağı haqqında xəbərin yayılması ilə əlaqədar başlanmışdı. Lakin üsyana kazak zadəganı (starşina) Seyid Sadiir başçılıq edirdi. 1682-ci ildə üsyan bütün Başqırdıstanı bürüdü. Geniş başqırd kütlələrinin hərəkatdan məyus qalması, həmçinin çar hökumətinin xristianlaşdırma haqqında heç bir sərəncam verməyəcəyini bildirməsi mübarizənin dayandırılmasında həlledici rol oynadı. == VIII əsr üsyanları == 1705 – 11-ci illər üsyanına səbəb 1704-cü ildə yeni vergilərin qoyulması və hökumətin rus ordusu üçün başqırdlardan at tələb etməsi idi.
Başqırd üsyanı (1662–1664)
Başqırd üsyanı — XVII əsrin II yarısında baş verən başqırdların ilk böyük üsyanlarından biri. == Səbəbi == 16-cı əsrin ortalarından başlayaraq Başqırdlar Rusiya Tsardomunun vassalı idilər. Üsyanın əsas səbəbi, Rusiyanın dahada genişlənməsi və sərhədlərinin böyüməsi nəticəsində Rusiyaya qoşulma şərtləri ilə alınan torpaqlara vətəndaşlıq hüquqlarını itirmək qorxusu idi. Başqırdlar da Ufa qubernatorunun özbaşınalığından narazı qaldılar və yığımlar zamanı məmurlar tərəfindən artan vergi və sui-istifadə hallarından şikayətləndilər. == Qiyam yeri == Üsyanın şərqdə Miet çayının ortasında, qərbdə Kama çayının orta axınında, cənubdakı Yaik çayından (indiki Urals) çayın Çusovoi çayının şimlına qədər yayılması. == Mübarizə == 1662-ci ilin yayında Uralda qiyam başladı. Sarah Mergena, Uraslanbek Bakkin və digər rəhbərlərin başçılığı Kataysky həbsxanasına, Dalmatia Nev'yansky, Aramilsky, Irbitskoi, Belosludskuyu, Murzinskoe və digər qəsəbələrə hücum edərək bəzilərini ələ keçirməyə müvəffəq oldu. Üsyançılarla mübarizə aparmaq üçün kral hökuməti böyük bir hərbi qüvvə göndərdi. İrtyaş gölünün yaxınlığında böyük bir döyüş keçirdilər. Digər bir mübarizə sahəsi üsyançıların Kungur şəhərini, Stepanovski həbsxanasını, Vozdvizhenski ələ keçirdiyi və Silva çayı boyunca Rus kəndlərini, monastırlarını və şəhərlərini dağıtdığı Şimali Başqırdıstan idi.
Başqırd üsyanı (1681 — 1684)
Başqırd üsyanı— 1681−1684 illər (Seitovskiy qiyamı) (başq. башҡорт ихтилалы; rus. Башкирское восстание) — XVII əsrin ikinci yarısının ən böyük başqırd üsyanlarından biri. == Üsyanın səbəbləri == Üsyana əsas səbəb çar hökumətinin başqırdların zorakı xristianlaşdırılması barədə 16 may 1681-ci ildə dərc edilmiş Fərmanı idi. == Üsyanın baş verdiyi yer == Üsyan şərqdə İset çayının orta axınından qərbdə Volqaya qədər, cənubda Yaik (hal-hazırda Ural çayı) çayının yuxarısından şimalda Kamanın və Çusovayanın orta axınına qədər böyük bir ərazini tuturdu. == Hərbi əməliyyatların gedişi == Üsyançıların əsas gücləri başqırdlar idi onların başlarında tanınmış başqırd nəslindən olan Seit-Batırdan dururdu. İlk çıxışlar 1681-ci ilin yayında Noqay və Sibir ərazilərində başlanmışdır. 1682-ci ilin yazında kütləvi mübarizə başlandı: Kazan daruqisi üsyançıları Zakamski qalasına hücum etdilər, Osinski daruqesindən əsas zərbə Kunqura, qalalara və Stroqanovlar tərəfindən tutulmuş başqırd torpaqlarına yönəldilmişdi . Üsyançıların çoxsaylı dəstələri Ufanı mühasirəyə aldı, Qırmızı Uçurumu, Lovaşnoe və başqa əraziləri, qərbdə — Sərxoş Meşə, Karakulino və başqa yerləri tutdu. Mayda üsyan bütün ərazini əhatə edirid.
Başqırd üsyanı (1681−1684)

Başqırd üsyanı (1704-1711)
Başqırd üsyanı — 1704-1711-ci illər arasında davam edən başqırdların 18 və 19-cu əsrlərdə Çar Rusiyasına qarşı ən uzun davam edən silahlı mübarizəsidir. == Səbəbləri == 1704-cü ildə Başqırdıstandakı vergiyığanlar yeni bir fərman ilə çıxış etdilər. Yeni fərmanda 72 yeni vergi öz yerini almışdı. Bu vergilər isə əsasən mollalara,məscidlərə və ibadət üçün məscidə gələnlərə şamil olunurdu. Bundan başqa, fərmanda yeni məscidlərin artıq kilsə formasında tikilməsi və yaxudda kilsənin nəzdində yerləşməsi nəzərdə tutulmuşdu. Bu isə çarlıq tərəfindən ərazinin dini tərkibini dəyişmək məqsədi ilə atılan addım adlandırılırdı. Ruslar həmçinin Şimal müharibəsi üçün 20,000 at və 4,000 piyada istəmişdi. == Üsyanın başlanması == Üsyan 1704-cü ilin yayında başlandı. 1705-ci ilin başlanğıcından etibarən fərmandakı tələbləri yerinə gətirmək üçün Sergeyev çarlıq tərəfindən Ufaya göndərildi. O, bura gələn kimi atları tələb etməyə başladı.

Digər lüğətlərdə