ÜZ-GÖZ

is. Sifət, üz.
[Nəbi:] Yazığın üzgözü, hər yeri qandır; Huşunu itirib, halı yamandır. S.Rüstəm.
[Səlim] üz-gözünə, pərakəndə saçlarına çırpılan suyu, qarı tər kimi silib, barmaqları ilə tüklərini bir az yığışdırdı. B.Bayramov.

// Sir-sifət, zahiri sima, üzün ifadəsi. Üz-gözündən düz adama oxşamır.
◊ Üz-göz olmaq – münasibəti pozmaq, əlaqəsini kəsmək, düşmən olmaq.
[Şərif:] Yox, Almaz, mən sənin üstündə bütün kənd ilə üz-göz olmuşam. C.Cabbarlı.

Üz-gözünü turşutmaq – bax üzünü turşutmaq (“üz”də).
Səfər … üz-gözünü turşudub, arvadı Nisəxanıma dedi. S.Vəliyev.
[Səməd] üz-gözünü turşudub otağa göz gəzdirirdi. İ.Hüseynov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ÜZ-GÖZ sima — qiyafə — görünüş
  • ÜZ-GÖZ surət — sir-sifət
ÜZ
ÜZ-ÜZƏ

Digər lüğətlərdə