ŞAHBAZ

is. [ fars. ]
1. Tərlan, şahin.
Ələsgər, torunu sən tərlana qur; Bəlkə tora düşən bir şahbaz ola. Aşıq Ələsgər.
Qızılcadır soyuq bulaq yaylağı; Bərələri şahin, şahbaz oylağı. Aşıq Dilqəm.

2. məc. İgidliyi, qoçaqlığı, cəsarəti ilə fərqlənən adam haqqında.
Çanaqqala, Sarıqamış; İgidləri şahbaz gördüm. Koroğlu”.

// məc. Xalq şerində məğrur gözələ işarə.
Vaqifi atəşi-hicran öldürdü; Aman, verin o şahbaza bir xəbər. M.P.Vaqif.

// Şairanə təşbehlərdə: gözəlin məğrur gözlərinə, baxışına işarə.
O şahbaz gözlərini görəndə; Uçar mürğiruhum, durmaz bədəndə. Q.Zakir.
O mələk simalım, şahbaz baxışlım; O dodağı ballım, ceyran yerişlim. S.Vurğun.

Etimologiya

  • ŞAHBAZ Baz farsca “şahin” deməkdir. Şahbaz “şahinlərin şahini” (seçiləni) mə­na­sını verir. Başının rəngi sarışın olan şahinə deyirlər, ağ şahinlər isə sadəc
ŞAHBAL
ŞAHBEYT
OBASTAN VİKİ
Şahbaz
Şahbaz (fars. شَهباز or شاه‌باز‎) — fars mifologiyasında əfsanəvi quş adı. Onun qartala bənzəyən bədən quruluşuna malik olması, şahin və ya qızılquşdan daha böyük olduğu, Böyük İran daxilində Zaqros, Əlburz və Qafqazın daxilində bir ərazidə məskunlaşdığı bildirilir. Qədim fars mifologiyasında Şahbaz İrandilli xalqlara kömək edən, Fərəvaharı İranzəminə istiqamətləndirən tanrı idi. == Tarixi == "Şahbaz" sözü hərfi tərcümədə "şahın şahini" deməkdir. İran şahı üçün şahin və ya başqa bir yırtıcı quş saxlamaq standart təcrübə idi. Bu simvol həm gücü, həm də aqressivliyi təmsil edirdi. Qədim Misir tanrısı Horun Əhəmənilər imperiyasının əsasını qoyan Böyük Kirin bayraqlarının arxetipi olması haqqında fərziyyələr irəli sürülmüşdür. Britaniya kəşfiyyatçısı Riçard F. Burton rəmzini tetraçalan olduğunu güman etmişdir. Şahbaz alternativ olaraq İran yaylasının səmasında başqa bir quş olan mərzar qartalını təmsil edə bilərdi.
Şahbaz Muradov
Şahbaz Muradov (Şahbaz Musa oğlu Muradov; d. 10 avqust 1940, Laçın rayonu Xumarta) — Azərbaycan iqtisadçısı, AMEA-nin müxbir üzvi (2001), professor. == Həyatı == Şahbaz Musa oğlu Muradov 10 avqust 1940-cı ildə Azərbaycan Respublikasının Laçın rayonu­nun Xumarta kəndində anadan olmuşdur. O, 1946-50–ci illərdə Xumarta kəndində yenicə açılmış ibtidai məktəbdə, 1950-1953-cü illərdə isə Köhnə­kənd 7 illik məktəbində təhsil almışdır. 1953-cü il­də həmin məktəbin 7-ci sinfini əla qiymətlərlə biti­rib, Azərittifaqın Bakı Kooperativ texnikumuna da­xil olmuşdur. 1956-cı ildə texnikumu əla qiymətlər və tərifnamə ilə bitirib, əlaçıların 5%-i hesabı ilə Azərittifaqın İdarə Heyətinin xüsusi qərarına əsa­sən, ali təhsil almaq üçün K.Marks adına Azərbay­can Dövlət Xalq Təsərrüfatı İnstitutuna göndərilir. O vaxt texnikumları əla qiymətlər və tərifnamə ilə bitirənlərin 5%-i hesabı ilə ali məktəbə təhsil al­mağa göndərilənlər orta məktəbləri “Qızıl medalla” bitirənlərə bərabər tutulduğundan Ş.Muradov qə­bul imtahanları vermədən həmin instituta daxil ol­muşdur. Ancaq, 1959-cu ildə institut ləğv edildiyi üçün Ş.Muradov təhsilini Azərbaycan Dövlət Uni­versitetinin İqtisadiyyat fakultəsində davam etdir­mişdir. O, 1961-ci ildə oranı əla qiymətlər və “fərq­lənmə” diplomu ilə bitirib gənc mütəxəssis kimi iş­ləməyə Azərbaycan Elmlər Akademiyasının İqtisadiyyat İnstitutuna göndə­rilmişdir. Həmin vaxtdan fasiləsiz olaraq burada işləyən Ş.Muradov 1961-1966-cı illərdə kiçik elmi işçi, 1966-1968-ci illərdə böyük elmi işçi, 1968-1991-ci illərdə şöbə müdiri, 1991-1998-ci illərdə elmi işlər üzrə direktor müavini, 1999-2008-ci illərdə isə institutun direktoru vəzifəsində çalışmış­dır.
Şahbaz Quliyev
Dilqəm Əsgərov və Şahbaz Quliyevin girov götürülməsi — 2014-cü il iyulun 11-də Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcər rayonunda öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə öldürülüb. İşğal altındakı Dağlıq Qarabağda Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində qanunsuz "məhkəmə" qurublar. "Məhkəmə"nin qərarı ilə Dilqəm Əsgərov ömürlük, Şahbaz Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunub. 2020-ci il dekabrın 14-də erməni girovluğunda saxlanılan Şahbaz Quliyev və Dilqəm Əsgərovun təyyarə ilə Bakıya gətirilməsi təmin edilmişdir. == Zəmin == Dilqəm Əsgərov Kəlbəcər rayonunu ilk dəfə işğaldan 5 il sonra, 1998-ci ildə Hidayət Abdullayevlə ziyarət edib. O, daha sonralar 1999-cu (yevlaxlı Rəfi ilə), 2005-ci (Şahbaz Quliyev ilə), 2007-ci, 2009-cu və 2010-cu (Anar Əliyev ilə) illərdə Kəlbəcər rayonunu yenidən ziyarət edib. 2009-cu ildə Dilqəm Əsgərov və Şahbaz Quliyevin Kəlbəcərin Şaplar kəndində olmasının videosu yayılmışdı. Videoda çıxış edən Dilqəm Əsgərov Kəlbəcər rayonunun Şaplar kəndinin onlar üçün "ikinci Mədinə" olduğunu deyib. O, videoda həm də qeyd edirdi ki, o, iki ildir dalbadal 16 gün ac-susuz buranı ziyarət edirdi. == Hadisə == 2014-cü il iyulun 11-də Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşları Şahbaz Quliyev və Həsən Həsənov Azərbaycanın işğal altında olan Kəlbəcər rayonunda yaxınlarının məzarlarını ziyarət etmək üçün gediblər.
Şahbaz Xuduoğlu
Şahbaz Xuduoğlu (24 iyun 1968) — naşir; tərcüməçi-yazar; "Qanun" nəşriyyatının direktoru; Elmar Hüseynov Fondunun həmtəsisçisi; "Qanun" jurnalının baş redaktoru. == Həyatı və fəaliyyəti == 24 iyun 1968-ci ildə anadan olmuşdur. Natiq Səfərov ilə birlikdə 1992-ci ildə "Qanun" jurnalını yaratmışdır. Eyni vaxtda jurnalın redaksiyasının tərkibində "Qanun" nəşriyyatı da fəaliyyət göstərmişdir. "Qanun" nəşriyyatı ayrıca təşkilat kimi 1995-ci il 6 oktyabr tarixində qeydiyyatdan keçmişdir. Hər iki təşkilatın təsisçisidir. "Qanun" jurnalı elmi hüquq jürnalıdır. Ayda bir dəfə nəşr edilir. "Qanun" Nəşriyyatı əvvəllər əsasən hüquq kitabları nəşr edirdi, 1995-ci ildən sonra bütün sahələrdə kitablar nəşr edir. == Ailəsi == İlk həyat yoldaşı 2015-ci ildə avtoqəzada həyatını itirmişdir.
Şahbaz Şahbazov
Şahbaz Şahbazov (əsgər)
Şahbaz Şamıoğlu
Şahbaz Şərif
Mian Məhəmməd Şahbaz Şərif (pəncab və urdu: میاں محمد شہباز شریف, tələffüz olunur [miˈãː mʊˈɦəmːəd̪ ʃɛhˈbaːz]; 23 sentyabr 1951, Lahor, Pakistan dominionu) — Pakistan Müsəlman Liqasının (N) (PML-N) hazırkı prezidentidir. Əvvəllər o, siyasi karyerasında üç dəfə Pəncabın Baş Naziri vəzifəsində çalışıb və onu Pəncabın ən uzun ömür sürən Baş Naziri edib.O, 11 aprel 2022-ci ildə Pakistanın baş naziri seçilib. == Həyatı == Şahbaz Şərif 23 sentyabr 1951-ci ildə anadan olub.
Şahbaz xan Dünbili
Şahbaz xan Mürtəzaqulu xan oğlu Dünbili (1699-1767) — Xoy xanlığının ilk hakimi. == Həyatı == Şahbaz xan Mürtəzaqulu xan oğlu Xoy şəhərində anadan olmuşdur. Nəvab Mahmud xanın tarixinə görə Şahbaz xan, H.1125 (M.1713) ildə Azərbaycandakı bütün Dünbili elinin əmiri idi. Fətəli xan Araşlı-Avşar ilə biriikdə Kərim xan Zəndə qarşı getdiyi savaşda əsir düşdü. Ancaq Kərim xan ona çox hörmət göstərdi. Şahbaz xan qızını onun oğlu Əbulfəth xana verərək dostluq ilişgisi qurdu. == Hakimiyyəti == == Ailəsi == Şahbaz xanın Məhəmməd bəy adlı oğlu vardı. == Mənbə == Ənvər Çingizoğlu, Xoy xanlığı, Bakı: Mütərcim, 2012; Ənvər Çingizoğlu, Avşarlardan qacarlaradək bölgə xanları, Bakı: Mütərcim, 2015, 288 səh.
Şahbaz Şahbazov (həkim)
Şahbaz Şahbazov (əsgər)
Şahbaz Mirzə oğlu Şahbazov (22 iyun 1996; Qaracəmirli, Şəmkir rayonu, Azərbaycan — 25 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Şahbaz Şahbazov 1996-cı il iyunun 22-də Şəmkir rayonunun Qaracəmirli kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Şahbaz Şahbazov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Şahbaz Şahbazov oktyabrın 25-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahbaz Şahbazov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət göstərdiyinə, habelə qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahbaz Şahbazov ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahbaz Şahbazov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Şövkət Şahbaz qızı Səlimova
Şövkət Şahbaz qızı Səlimova (25 dekabr 1920, Lahıc, Şamaxı qəzası – 2 iyul 1999, Bakı) — iqtisad elmləri namizədi (1964); Qadın gəmi kapitanı; İkinci dünya müharibəsi dövründə dünyada iki qadın gəmi kapitanından biri olmuşdur. == Həyatı == Səlimova Şövkət Şahbaz qızı 25 dekabr 1920-ci ildə İsmayıllı rayonunun Lahıc kəndində anadan olmuşdur. 1940-cı ildə Bakı Dənizçilik məktəbini bitirmişdir. 1999-cu ildə Bakı şəhərində vəfat etmişdir. == Ailəsi == Neftçi ailəsində böyümüş və 10 uşaqdan ən böyüyü olmuşdur. == Müharibə illəri == İkinci dünya müharibəsi illərində Xəzər gəmiçiliyi idarəsində gəmi kapitanı müavini və gəmi kapitanı işləmişdir. Müharibə illərində Aralıq, Mərmərə, Egey və Qara dəniz limanlarına qədər gedib çıxmışdı. Gəmi ilə neft, silah daşınmasında böyük əməyi olmuşdur. == Elmi-pedaqoji fəaliyəti == 1954–1974-cü illərdə Azərbaycan Dövlət Neft və Kimya İnstitutunda siyasi iqtisad kafedrasının dosenti, tərbiyə üzrə prorektor və kafedra müdiri, 1974–1989-cu illərdə Azərbaycan Dövlət Konservatoriyasında ictimai elmlər kafedrasının müdiri vəzifəsində işləmişdir. 1964-cü ildə iqtisad elmləri namizədi alimlik dərəcəsini almışdır.
Derəfş Şahbaz
Şahbaz (fars. شَهباز or شاه‌باز‎) — fars mifologiyasında əfsanəvi quş adı. Onun qartala bənzəyən bədən quruluşuna malik olması, şahin və ya qızılquşdan daha böyük olduğu, Böyük İran daxilində Zaqros, Əlburz və Qafqazın daxilində bir ərazidə məskunlaşdığı bildirilir. Qədim fars mifologiyasında Şahbaz İrandilli xalqlara kömək edən, Fərəvaharı İranzəminə istiqamətləndirən tanrı idi. == Tarixi == "Şahbaz" sözü hərfi tərcümədə "şahın şahini" deməkdir. İran şahı üçün şahin və ya başqa bir yırtıcı quş saxlamaq standart təcrübə idi. Bu simvol həm gücü, həm də aqressivliyi təmsil edirdi. Qədim Misir tanrısı Horun Əhəmənilər imperiyasının əsasını qoyan Böyük Kirin bayraqlarının arxetipi olması haqqında fərziyyələr irəli sürülmüşdür. Britaniya kəşfiyyatçısı Riçard F. Burton rəmzini tetraçalan olduğunu güman etmişdir. Şahbaz alternativ olaraq İran yaylasının səmasında başqa bir quş olan mərzar qartalını təmsil edə bilərdi.
Pərviz Şahbazov
Pərviz Oqtay oğlu Şahbazov (24 noyabr 1969, Bakı) — dövlət xadimi, diplomat, Azərbaycan Respublikasının Energetika naziri. == Həyatı == Pərviz Oqtay oğlu Şahbazov 1969-cu il noyabrın 24-də Bakı şəhərində anadan olub. 1988–1989-cu illərdə hərbi xidmətdə olub. == Təhsili == 1986–1992-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasını bitirib. 1991-ci ildən diplomatik xidmətə qəbul olunub. İngilis, alman və rus dillərini bilir. == İş təcrübəsi == 1991–1992-ci illərdə Xarici İşlər Nazirliyinin Beynəlxalq iqtisadi münasibətlər şöbəsində ikinci katib, 1992–1996-cı illərdə Azərbaycanın Almaniyadakı səfirliyində çalışıb. 1996–1997-ci illərdə Xarici İşlər Nazirliyində ikinci katib, 1997–1998-ci illərdə birinci katib, 1998–2001-ci illərdə Xarici İşlər Nazirliyində bir sıra vəzifələrdə işləyib. 1998–2001-ci illərdə Azərbaycan Respublikasının Avstriyadakı səfirliyində müşavir olub. 2005-ci ildə ATƏT-in Təhlükəsizlik Əməkdaşlıq Forumunun sədri olub.
Rauf Şahbazov
Rauf Oktay oğlu Şahbazov (1970, Qubadlı) — Tibb üzrə fəlsəfə doktoru, Virciniya ştatındakı Universitet Xəstəxanasının həkimi, Azərbaycan-Amerika Tibb Assosiasiyasının rəhbəri., Nyu-York ştatında yerləşən Albany Tibb Mərkəzinin yeni yaradılan transplantalogiya cərrahiyyəsi şöbəsinin rəhbəri, == Həyatı və təhsili == Qubadlı rayonunun Tarovlu kəndində doğulub. 5 nömrəli kimya-biologiya təmayülü məktəbi qızıl medalla bitirib. 1993-cü ildə Tibb Universitetinin müalicə-profilaktika fakültəsini bitirib. == Əmək fəaliyyəti == Bakıdakı 5 nömrəli kliniki şəhər xəstəxanasında ümumi cərrah işləyib.Sonra üç il hərbi səhra hospitalında hərbi cərrah kimi fəaliyyət göstərib. Daha sonra Rauf Şahbazov 5 il Səudiyyə Ərəbistanının Əl-Taif şəhərindəki Kral Feysəl xəstəxanasında çalışıb. Klinika cərrahiyyə rezidentura təlimləri verdiyindən orada həm də Edinburq Cərrahlar Kollecinin standartlarina uyğun olaraq ümumi cərrahliq ixtisasina yiyələnib. Bakıya qayıdandan sonra Xəzər Universitetinin tibb fakültəsində pedaqoji fəaliyyətlə məşğul olan cərrah N.Tusi klinikasında praktik fəaliyyətini də davam etdirib. 2007-ci ildən sonra iki il qardaş Türkiyənin Ankara şəhərindəki Başkənd Universitetində transplantasiya cərrahiyyəsi üzrə təlimlərdə iştirak edib. Həmin təlimlərdən sonra iki il Bakıdakı Mərkəzi Neftçilər Xəstəxanasında transplantasiya əməliyyatları aparıb. Sonrakı bir il Elmi Cərrahiyyə Mərkəzində peşə fəaliyyətini davam etdirən Rauf həkim 2011-ci ildə Amerika Cərrahlar Kollecinin qrant layihəsində qalib gələrək Birləşmiş Ştatlarda Los-Anceles, Klivlend və Beylor klinikalarında qısamüddətli təcrübə keçib.
Ruslan Şahbazov
Ruslan Mahir oğlu Şahbazov (14 iyul 1991; Tərtər rayonu, Azərbaycan SSR — 29 sentyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ruslan Şahbazov 1991-ci il iyulun 14-də Tərtər rayonunun Ələsgərli kəndində anadan olub. Əslən Laçın rayonunun Mayis kəndindəndir. == Hərbi xidməti == Azərbaycan Ordusunun giziri olan Ruslan Şahbazov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ruslan Şahbazov sentyabrın 29-da Madagizin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruslan Şahbazov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruslan Şahbazov ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.
Səccad Şahbazzadə
Səccad Şahbazzadə (fars. سجاد شهباززاده‎‎, d. 1990 23 yanvar, İran, Ərdəbil) - azərbaycanlı peşəkar futbolçudur. Karyerası ərzində Saypa, İstiqlal, Alanyaspor, Neft Tehran, Qətər SC, Sepahan kimi klublarda oynamışdır. 2018-ci ilin may ayından Sepahanda oynamaqdadır. == Klub karyerası == === Gənclik dövrü === Futbolla ilk dəfə doğulduğu Ərdəbil şəhərində məşğul olmağa başlamışdır. Uşaq yaşlarında İnter Kampus proqramının Ərdəbildəki akademiyasına qəbul edilmişdir. 14 yaşında Ərdəbilin Zob Ahan Ərdəbil futbol komandasına keçmişdir. === Saypa === Səccad Şahbazzadə 2010-2014-cü illərdə Saypa komandasında karyerasını davam etdirmişdir. Bütün oyunlar daxil olmaqla burada 9 dəfə fərqlənməyi bacaran Səccad 2014-cü ildə İran futbol liqasının nə güclü komandalarından olan İstiqlala transfer olmuşdur.
Səlcuq Şahbazi
Səlcuq Şahbazi (az-əbcəd. آشیق سلجوق شهبازی‎; 6 yanvar 1962, Ağcaqışlaq, Şərqi Azərbaycan ostanı) — Cənubi Azərbaycan aşığı, İran Aşıqlar Birliyinin sədri. == Həyatı == Səlcuq Şükür oğlu Şəhbazi 1962-ci ilin 6 yanvar tarixində keçmiş Miyananın Ağcaqışlaq kəndində anadan olub. 1975-ci ildə ailəlikcə köçüb Tehran şəhərinin Nəmətabad məhəlləsində yaşamışlar. Aşıq Yədullanın məsləhəti ilə tanınmış aşıq və məşhur sazbənd Aşıq Əvəzin yanına gedib ona şəyird olub. Gənc Səlcuq ondan iki müqəddəs peşə öyrənir. Onun biri aşıqlıq, biri də saz düzəltmək peşəsi olur. Düz 4 il ustadıyla bir yerdə olur. 1980-ci ildə hərbi qulluğa yollanır. İki ildən sonra hərbi qulluqdan qayıdanda ustadının vəfatına çox acıyır.
Sərvan Şahbazov
Sərvan və ya Sarvan Əliməmməd oğlu Şahbazov (14 iyul 1993; Gündüzqala, Qusar rayonu, Azərbaycan — 1 noyabr 2020; Cütcü, Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Sərvan Şahbazov 14 iyul 1993-cü ildə Qusar rayonunun Gündüzqala kəndində anadan olmuşdur. == Hərbi xidməti == Sərvan Şahbazov müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi Müdafiə Nazirliyinin Qusar rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət edirdi. Azərbaycan Ordusunun əsgəri olan Sərvan Şahbazov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin, Cəbrayılın və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Sərvan Şahbazov 1 noyabr 2020-ci ildə Xocavənd rayonunun Cütcü kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Uzun müddət nəşi tapıla bilməmişdir. 7 yanvar 2021-ci ildə Qusar rayonunun Gündüzqala kəndində dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Sərvan Şahbazov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Sərvan Şahbazov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Tağı Şahbazi
Tağı Şahbazi Simurq (1892, Bakı – 2 yanvar 1938, Bakı) — Bakı Dövlət Universitetinin ilk azərbaycanlı rektoru (sayca dördüncü) (1926–1929-cu illər), yazıçı, publisist, pedaqoq. == Həyatı == Tağı Şahbazi Simurq 1892-ci ildə Bakının Fatmayı kəndində anadan olmuşdur. İbtidai təhsilini mollaxanada almışdır. 1902–1905-ci illərdə İçəri şəhərdə 9 saylı məktəbdə, sonra Həbib bəy Mahmudbəyovun müdir olduğu birinci rus-tatar məktəbində təhsilini davam etdirmişdir. Məktəbi bitirdikdən bir il sonra, 1913-cü ildə Bakıda Üçüncü Gimnaziyada latın dilindən imtahan verib şəhadətnamə almış, onun əsasında həmin il Xarkov Darülfünunun Fizika və Riyaziyyat fakültəsinin Təbiyyat şöbəsinə daxil olmuşdur. Tələbəlik həyatı inqilabi hadisələr mühitində keçmişdir. 1914-cü ildə Darülfünunu Tibb şöbəsinə keçməsi onu inqilabçı tələbələrə daha da yaxınlaşdırmışdır. 1915-ci ildə "Sosial-Demokrat Bolşevik Firqəsi"nin tələbə fraksiyasına daxil olmuşdur. 1917-ci ildə Bakıda "Hümmət" təşkilatında, 1918-ci ildə Xarkovda "Cənub türk-tatar işçisi" hərəkatında fəal çalışmışdır. == Fəaliyyəti == 1919-cu ildə Ukrayna K(b)P MK yanında "Hümmət" müsəlman bürosunun sədri, RSFSR Xalq Milli İşlər Komissarlığı Zaqafqaziya müsəlmanları şöbəsinin katibi, Şərq Xalqları Kommunist təşkilatları bürosunda məlumat şöbəsinin müdiri olmuşdur.
Tağı Şahbazi Simurq

Tağı Şahbazi Simurğ

Yavər Şahbazov
Yavər Şahbazov — Azərbaycanın Milli Qəhrəmanı. == Həyatı == 1 noyabr 1973-cü ildə Xaçmaz rayonunun Qıraqlı kəndində anadan olmuşdur. 1981-1991-ci illərdə burada orta məktəbdə təhsil almışdır. Vətənpərvərliyi ilə müəllimlərinin və sinif yoldaşlarının diqqətini çəkən Yavər müharibəyə getmək və torpaqlarımızın bütövlüyü uğrunda savaşmaq istəyirdi. 1994-cü il 8 iyunda o, öz arzusuna çatdı. Rayon hərbi komissarlığı tərəfindən Milli Ordu sıralarına çağırıldı. 1995-ci il 13-17 mart hadisələri baş verdi. Silahlı dəstə bir neçə dəfə xəbərdarlığa baxmayaraq silahı yerə qoymadı. Milli Ordu işə qarışmalı oldu Yavər də bu silahlı dəstənin zərərsziləşdirilməsində iştirak edirdi. Güclü atışma başlayanda o, bir neçə yaralı döyüşçünü xilas etdi özü isə qəhrəmancasına həlak oldu.
İlkin Şahbazov
İlkin İntiqam oğlu Şahbazov (8 noyabr 1986, Bakı) — Taekvondo üzrə ikiqat Avropa çempionu, Azərbaycan Taekvondo Federasiyasının kiçik yeniyetmələrdən ibarət milli yığma komandanın baş məşqçisi, "Ümid" Taekvondo Klubunun rəhbəridir. == Həyat və Fəaliyyəti == İlkin Şahbazov 1986-cı il noyabrın 8-də Bakı şəhərində anadan olmuşdur. 1993–2004-cü illərdə Bakı şəhərindəki 190 saylı orta məktəbdə təhsil almışdır. 1998-ci ildə Taekvondo idman növü ilə məşğul olmağa başlamışdır. 2000-ci ildə Belarusiyada Minsk şəhərində, gənclər arasindı keçirilən Çempionatda qızıl medal qazanmışdır. 2001-ci ildə ilk dəfə respublika çempionu olmuşdur. Ümumilikdə isə 14 dəfə Respublika Çempionu titulu qazanmışdır. 2003-cü ildə Yunanıstanda Afina şəhərində keçirilən Gənclərin Avropa çempionatında qızıl medal qazanmışdır. 2004-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına qəbul olmuşdur. 2006-cı ildə Almaniyada Bonn şəhərində keçirilən Taekvondo üzrə Avropa Çempionatında ən yüksək nəticə olan Qızıl Medalı qazanmışdır.
Şahbazlı (Germi)
Şahbazlı (fars. شهبازلو‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 127 nəfər yaşayır (26 ailə).
Şahnaz Şahbazova
Şahnaz Nadir qızı Şahbazova — texnika elmləri doktoru, dosent. Azərbaycan Texniki Universitetinin professoru. Azərbaycan Respublikası Lütfi Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyasının həqiqi üzvü, Lütfi Zadənin elmi irsinə həsr olunan Soft Computinq üzrə ümumdünya konfranslarının baş katibi, Verilənlər bazasının idarəetmə sistemini realizə edən "Dekanat" avtomatlaşdırılmış iş yeri proqramlar paketini yaradıcısı. == Elmi fəaliyyəti == 1979–1983-cü illərdə "Verilənlər bazası nəzəriyyəsi"nin tədqiqi ilə məşğul olmuşdur. Verilənlər bazasının idarəetmə sistemini realizə edən "Dekanat" avtomatlaşdırılmış iş yeri proqramlar paketini yaratmışdır. 1983–1989-cu illərdə Azərbaycan Texniki Universitetinin "İnformasiya texnologiyaları və proqramlaşdırma" kafedrasının aspirantı olmuşdur. Ekspert sistemləri, süni intellekt sistemləri nəzəriyyəsi ilə məşğul olub, öz şəxsi ekspert sistemini yaradıb. 1989-cu ildə aspiranturanı müvəffəqiyyətlə bitirərək aspirantı olduğu kafedranın müəllimi vəzifəsində saxlanılıb. Burada "Ali məktəbin kadrlar şöbəsi" avtomatlaşdırılmış iş yeri sistemini işləyərək onu çalışdığı universitetə realizə etmək üçün tətbiq sahəsi kimi təqdim edib. 1995-ci ildə "Hesablama kompleksləri, sistemləri və şəbəkələrinin səmərəli istifadəsini təmin edən mikroprosessor proqram vasitələrinin işlənməsi" istiqamətində aparılan elmi-tədqiqat işinə məsul olub.
Əlikram Şahbazlı
Əlikram Novruz oğlu Şahbazlı (1 oktyabr 2001; Borbor, Şabran rayonu, Azərbaycan — 6 oktyabr 2020; Talış, Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Əlikram Şahbazlı 1 oktyabr 2001-ci ildə Şabran rayonunun Borbor kəndində dünyaya göz açmışdır. Orta məktəbi bitirdikdən sonra Naxçıvan Dövlət Universitetinə qəbul olsa da, təhsilini yarımçıq saxlayaraq 7 oktyabr 2019-cu ildə həqiqi hərbi xidmətə yollanmışdır. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Əlikram Şahbazlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Suqovuşanın və Hadrutun azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 6 oktyabr 2020-ci ildə Tərtər rayonunun Talış kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əlikram Şahbazlı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Əlikram Şahbazlı ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Əlikram Şahbazlı ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Dilqəm Əsgərov və Şahbaz Quliyevin girov götürülməsi
Dilqəm Əsgərov və Şahbaz Quliyevin girov götürülməsi — 2014-cü il iyulun 11-də Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcər rayonunda öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə öldürülüb. İşğal altındakı Dağlıq Qarabağda Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində qanunsuz "məhkəmə" qurublar. "Məhkəmə"nin qərarı ilə Dilqəm Əsgərov ömürlük, Şahbaz Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunub. 2020-ci il dekabrın 14-də erməni girovluğunda saxlanılan Şahbaz Quliyev və Dilqəm Əsgərovun təyyarə ilə Bakıya gətirilməsi təmin edilmişdir. == Zəmin == Dilqəm Əsgərov Kəlbəcər rayonunu ilk dəfə işğaldan 5 il sonra, 1998-ci ildə Hidayət Abdullayevlə ziyarət edib. O, daha sonralar 1999-cu (yevlaxlı Rəfi ilə), 2005-ci (Şahbaz Quliyev ilə), 2007-ci, 2009-cu və 2010-cu (Anar Əliyev ilə) illərdə Kəlbəcər rayonunu yenidən ziyarət edib. 2009-cu ildə Dilqəm Əsgərov və Şahbaz Quliyevin Kəlbəcərin Şaplar kəndində olmasının videosu yayılmışdı. Videoda çıxış edən Dilqəm Əsgərov Kəlbəcər rayonunun Şaplar kəndinin onlar üçün "ikinci Mədinə" olduğunu deyib. O, videoda həm də qeyd edirdi ki, o, iki ildir dalbadal 16 gün ac-susuz buranı ziyarət edirdi. == Hadisə == 2014-cü il iyulun 11-də Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşları Şahbaz Quliyev və Həsən Həsənov Azərbaycanın işğal altında olan Kəlbəcər rayonunda yaxınlarının məzarlarını ziyarət etmək üçün gediblər.

Digər lüğətlərdə