Fəxrəddin!… Mən səni bu əmcəklərimlə bəsləmişəm, Fəxrəddin!
İnəyin əmcəyindən çıxan süd balaca bulaq kimi şırhaşırla sərniclərə tökülürdü.
□ Əmcək uşağı – südəmər uşaq.
Övrətlər əmcək uşaqlarını bağırlarına basıb tökülmüşdülər küçəyə.
Vaqonumuzun o başında bir əmcək uşağı hərdənbir ağlayırdı.
Əmcəkdən kəsmək – süd verməyi dayandırmaq, süddən kəsmək, daha süd verməmək. Uşağı əmcəkdən kəsmək.
◊ Anasının (nənəsinin) əmcəyini kəsən – çox bic, fırıldaqçı, dələduz adam haqqında.
Bir şahıya nənəsinin əmcəyini kəsənlər var.
Anasının əmcəyini kəsmək – fırıldaqçılıqla məşğul olmaq.
Adam da anasının əmcəyini belə kəsərmi?