ƏRZƏN FARS

1. Arzu.

2. Layiq, layiq olan (B.Əhmədov “Etimologiya lüğəti”).

3. Ucuz (ərzan şəklində).

4. Darı. (“Koroğlu” dastanının lüğəti)

H.Əlizadə bu sözü arzu kimi izah edir.

Canım Qırat, gözüm Qırat,

Bu döyranlar ərzənimdi.  

Səni minən alar murad,

Uzaq yollar ərzənimdi.

                (“Koroğlu” “Qoşmalar”) (Hümmət Əlizadə)

                *

Canım Qırat, gözüm Qırat,

Bu döyranlar ərzənindi.

Səni minən alar murad,

Uzaq yollar ərzənindi.

                   (“Eyvazın Çənlibelə gətirilməyi”)

ƏRZANİ QILMAQ
ƏSBAB ƏRƏB