ALA-QARANLIQ(DAN) Mən səhər ala-qaranlıqdan çöllərdə işləmişdim (M.İbrahimov); İshaq kişinin arvadı səhər tezdən ala-qaranlıq qayğanaq bişirib gətirdi (M.Hüseyn); TÜLKÜDURMAZDAN (dan.) [Ata:] Ala-qaranlıqdan, tülküdurmazdan gedəcəm (Q.Xəlilov); OBAŞDAN Elə bil, səhər obaşdan işə getməyəcək (Ə.Qasımov); SÜBHDƏN Aytəmiz: Anamla sübhdən oyanıb həyəti süpürür, güllərə su verirdik (Ə.Qasımov); SÜBH TEZDƏN Mərdan neçə dəfə sübh tezdən yerindən qalxıb onu (bəstəkarı) görmək istəməmişdi.. (X.Hasilova); İŞIQLANMAMIŞ O Cəfərqulu, həftədə bir axşam, qaranlıq düşəndən sonra gələr, qəpik-quruşdan anama verib işıqlanmamış çıxıb gedərdi (H.Mehdiyev); XORUZ BANI (fr.v.) Səhər yolçu xoruz banında ayıldı (Ə.Məmmədxanlı); TORAN (bax).