ECAZ

is. [ ər. ]
1. klas. Möcüzə, misli görünməmiş şey, xariqə.
[İkinci kəndli:] Minası demə! Onun işi ecazdır, ecaz! Ə.Haqverdiyev.
Dünyada sənətin yeddi ecazından biri olan “Tac Mahal” məqbərəsi də buradadır. M.İbrahimov.
Ecazlar yaradır, hünər göstərir; Ona bu qüdrəti Vətən, el verir. M.Rahim.

2. köhn. Nitqdə fəsahətli olma.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ECAZ ecaz bax möcüzə
  • ECAZ xariqə

Etimologiya

  • ECAZ Ərəbcədir, möcüzə sözü ilə kökdaşdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
EBONİ́T
ECAZKAR

Digər lüğətlərdə