EDAM

is. [ ər. ] Yüksək məhkəmə cəzası üsulu olaraq öldürmə; ölüm cəzası, dar ağacından asma. Edam cəzası.
– Qətibənin Fəxrəddinə qarşı hazırladığı sui-qəsd və Gözəlin oğlanlarının edamı üçün etdiyi təşəbbüslər Atabəy Məhəmməd üçün əvvəldən axıra qədər məlum idi. M.S.Ordubadi.

□ Edam etmək – yüksək cəza olaraq öldürmək, yox etmək, ölüm cəzasını yerinə yetirmək.
[Vəzir Keykavusa:] Bəli, hərəmdir, əvət, edam etsəniz; Müztərib olacaq bundan ölkəmiz. H.Cavid.

Edam olunmaq (edilmək) – yüksək cəza olaraq öldürülmək, yox edilmək.

Sinonimlər (yaxın mənalı sözlər)

  • EDAM ölüm

Etimologiya

  • EDAM Ərəbcə öldürmə, ölüm hökmü deməkdir. Bu hökm isə dar ağacından asmaq, güllələmək və s. yolla icra oluna bilər
EDADİYYƏ
EDİ

Digər lüğətlərdə