EHMAL

[ ər. ]
1. zərf Yavaş, yavaşca, sakit, asta, üsullu. Qapını ehmal açmaq. Sözü ehmal demək.
– Bir para söz də deyir ehmal kişi! Ağzıdualı, qoca baqqal kişi! M.Ə.Sabir.
Novruzəli kağızı ehmal qoydu qoynuna… C.Məmmədquluzadə.
Başımı yavaşca qovzayıb yan-yörəmə baxdım. Heyvan sümüyündən və zibilindən savayı bir şey görmədim.
Ehmal qalxıb, Allahı çağıra-çağıra süründüm lağıma doğru. Çəmənzəminli.

2. is. klas. Aldırmama, əhəmiyyət verməmə, fikir verməmə, etina etməmə, etinasızlıq, başısoyuqluq.
Tez çəkməzsən cəfa tiğin məni öldürməyə; Öldürər axir məni bir gün bu ehmalın sənin. Füzuli.
Vüsali-yar biəğyar, məclis xali, mey hazır; Nədir ehmalə bais, saqiya, öldüm, aman, doldur! S.Ə.Şirvani.

□ Ehmal etmək (eləmək) – fikir verməmək, əhəmiyyət verməmək, etina etməmək, aldırmamaq, başısoyuqluq göstərmək.
…Əgər bir kəs cüzvi ehmal eləsə, başını və qolunu xurd edərlər. M.F.Axundzadə.
Bağa doğru get, eyləmə ehmal; Oğrunu tap o yerdə, börkünü al. M.Ə.Sabir.

Sinonimlər (yaxın mənalı sözlər)

  • EHMAL ehmal bax yavaş
  • EHMAL yavaş — sakit-sakit — asta — üsullu
EHKAMPƏRƏSTLİK
EHMAL-EHMAL

Digər lüğətlərdə

вы́брос конья́к кроше́ курлы́кание ниспа́сть аболициони́зм глаго́л клик нака́верзничать обтрёпываться щети́нистый babbitry bitter rot Cape Breton Island chore dissymmetry enrank gliding shift no go play agent slug глядеться доброжелатель перитонит хромосома