KÁFEDRA

[ yun. ]
1. Auditoriyalarda mühazirəçi və ya natiq üçün hündür yer; xitabət kürsüsü.
Salonu ağzına almış gurultular arasında Ruqiyyə kafedranın dalına keçdi. Mir Cəlal.

2. Ali məktəblərdə: məzmunca bir-birinə yaxın olan fənlərdən dərs deyən müəllimlərin və ya tədqiqatçıların birləşməsi. Fizika kafedrası. Dilçilik kafedrası. Tarix kafedrası.
// Ali məktəbdə bir fəndən, yaxud məzmunca bir-birinə yaxın fənlərdən dərs deyən və ya elmi tədqiqat işi aparan müəllim və ya tədqiqatçılar heyəti. Kafedra iclası.

Omonimlər

  • KAFEDRA KAFEDRA I is. [ yun. ] Auditoriyalarda mühazirəçi və ya məruzəçi üçün hündür yer. Məruzəçi yavaş-yavaş kafedraya qalxdı
KAFÉ
KÁFEL

Digər lüğətlərdə