OBYÉKT

[ lat. objectum – şey]
1. fəls. Bizdən kənarda və şüurumuzdan asılı olmayaraq mövcud olan xarici aləm, maddi varlıq.
2. Hər hansı bir şəxsin fəaliyyətinin, diqqətinin və s. yönəldildiyi hadisə, şey; hədəf, mövzu, bəhs. Tədqiqat obyekti. Müşahidə obyekti.
3. Müəssisə, tikinti, yaxud bir şeyin təsərrüfat və ya müdafiə əhəmiyyəti olan ayrıca vahidi. Müdafiə obyekti. Tikinti obyekti.
[Aslan:] …Belə böyük obyektlərdə işləməyə varam. S.Rəhman.
…Burda nə hərbi obyekt vardı; nə anbar, nə qoşun bölməsi. R.Rza.

Sinonimlər (yaxın mənalı sözlər)

  • OBYEKT hədəf

Omonimlər

  • OBYEKT OBYEKT I is. [ lat. ] fəl. Maddi aləmin insan fəaliyyətində dərk edilən əşyaları. OBYEKT II is. [ lat

Antonimlər (əks mənalı sözlər)

  • OBYEKT OBYEKT – SUBYEKT Fellərin mənaca müxtəlifliyi subyektin fellərə qarşı, subyektin obyektə qarşı və bir fellə obyekt arasındakı münasibətdən irəli gəlir
OBSTRÚKSİYA
OBYEKTİ́V₂

Digər lüğətlərdə