QABAQCA

zərf Əvvəlcə, əvvəldən, irəlicə, irəlidən. Mən qabaqca söyləmişdim. Qabaqca hazırlaşmaq lazımdır.
– Qabaqca Münəvvər xanım anası ilə görüşürdü: – Ana, salamat qal! Yenə tezliklə sənin ziyarətinə gələrəm. M.S.Ordubadi.
[Kəblə Rəcəbəli:] Kafir oğlu, bunu mənə qabaqca de, mən də əlimi murdarlamayım. Ə.Haqverdiyev.

Sinonimlər (yaxın mənalı sözlər)

  • QABAQCA qabaqca bax əvvəlcə
  • QABAQCA əvvəlcə — irəlicə

Antonimlər (əks mənalı sözlər)

  • QABAQCA QABAQCA – ARXACA Mən qabaqca gedirəm, o da arxamca gəlirdi (S.Hüseyn). QABAQCA – DALINCA Özü qabaqca, mən isə dalınca getdim (M
QABAQ-QƏNŞƏR
QABAQCADAN

Digər lüğətlərdə