SÖKÜLMƏK

f.
1. Tikişi açılmaq. Paltarımın qolu sökülüb. Paltonun astarı sökülüb.
– Ələsgər, ağlayır qızlar, arvadlar; Söküldü döşəklər, yorğan qalmadı. Aşıq Ələsgər.

2. məch. Uçurulmaq, dağıdılmaq (qurulu bir şey). Çal-çəpər sökülüb dağılmışdı.
Malqara sürtünüb bəzi ağacların tənəyini salmışdı. B.Bayramov.

// Məc. mənada.
[Məşədi İbad:] Ə kişi, vallah, mən dağıldım, mən söküldüm, mən bu qədər pulu haradan alım verim? Ü.Hacıbəyov.

3. İşıqlanmaq, açılmaq (adətən “üfüq”, “şəfəq” və s. sözlərlə).
Dan yeri söküləndə; Zülf üzə töküləndə; Şeh düşmüş gülə bənzər; Ağ üzdən öpüləndə. (Bayatı).
Yolda açdım səhəri; Üfüq üzümə güldü; Qızıl donlu dan yeri; Gözlərimdə söküldü. Ə.Kürçaylı.

Sinonimlər (yaxın mənalı sözlər)

  • SÖKÜLMƏK açılmaq — ağarmaq
  • SÖKÜLMƏK dağılmaq — cırılmaq — yırtılmaq
SÖKÜLMƏ
SÖKÜNTÜ

Digər lüğətlərdə

вжива́ться заблужда́ть загружа́ться камча́тка отлежа́ть Терпсихо́ра кость ли́пкий ни́келевый фиска́льство завзятый куява моська dehumanize hilling attachment officinal overvalue played-out radicate skidproof wirer автопилот докторант пикша плюмаж