Azərbaycan dilinin izahlı lüğəti

  • SÜBH

    is. [ər.] Səhər erkən çağı, günün başlanğıcı, günün ilk saatları; səhər, sabah. Sübh tezdən. Sübh saat beşdə

    Tam oxu »
  • SÜBH-ŞAM

    [ər. sübh və fars. şam] klas. bax səhər-axşam

    Tam oxu »
  • SÜBUT

    is. [ər.] Hər hansı bir şeyin həqiqiliyini, düzlüyünü göstərən fakt, mülahizə, müddəa, dəlil. [Almaz:] [Kəndin ağalarının] əlində sübut var

    Tam oxu »
  • SÜBUTLU

    sif. Sübutu, dəlili olan

    Tam oxu »
  • SÜBUTSUZ

    sif. Heç bir sübutu, dəlili olmayan, sübut edilə bilməyən. Sübutsuz ittiham. Sübutsuz iddialar

    Tam oxu »
  • SÜBUTSUZLUQ

    is. Heç bir dəlili, sübutu olmama, sübut edilə bilməyən şeyin halı

    Tam oxu »
  • SÜD

    is. 1. Balalarını yedirib bəsləmək üçün qadınların və məməli heyvanların məmələrindən gələn ağ, qidalı maye

    Tam oxu »
  • SÜDAŞI

    is. Südlüsıyıq, südlüaş

    Tam oxu »
  • SÜDÇÜ

    is. 1. Südsatan adam. Oba içində gəzinirdim. O gün südçülərdən biri şəhərə çox tez qayıtmışdı. A.Şaiq

    Tam oxu »
  • SÜDÇÜLÜK

    is. 1. Südçünün işi, peşəsi. Südçülük eləmək. 2. Süd məhsulları hazırlama. Südçülüyün inkişafı

    Tam oxu »
  • SÜDDAN

    is. Süd tökmək üçün qab

    Tam oxu »
  • SÜDDAŞ

    sif. Eyni anadan süd əmən uşaqlardan hər biri; süd qardaşı (bacısı)

    Tam oxu »
  • SÜDƏCƏR

    sif. Bir-birinin dalınca doğulan. Südəcər uşaqlar. – [Pəri nənə:] [Hümmətin] bir böyük külfəti vardır

    Tam oxu »
  • SÜDƏMƏR

    sif. 1. Döş əmən, süd əmən; körpə, çağa. [Ceyran:] Qucağındakı südəmər uşağını nə etsin? S.Hüseyn. …[Fotoqraf] südəmər uşaq tutan qadın gördükdə diksi

    Tam oxu »
  • SÜDXANA

    is. 1. Süd məhsulları hazırlanan və saxlanılan yer, bina. Heyvandarlıq fermalarında tikilən köməkçi binalar: yem sexi və ya yem mətbəxi, qüvvətli yeml

    Tam oxu »
  • SÜDQABI

    is. Süd tökmək üçün qab

    Tam oxu »
  • SÜDLƏYƏN

    is. bot. İçində süd kimi ağ maye olan bitki növü

    Tam oxu »
  • SÜDLÜ

    sif. 1. Yaxşı süd verən, südü çox olan. Südlü inək. Südlü qoyun. 2. Südlə bişirilmiş, südlə hazırlanmış, südlə qarışıq

    Tam oxu »
  • SÜDLÜAŞ

    bax südlüplov. Aşpaz aşpazlığını artırıb, südlüaşa soğan doğrayır. (Məsəl)

    Tam oxu »
  • SÜDLÜK

    is. Süd vermək üçün yetişdirilən, südverən, sağmal. Südlük cins

    Tam oxu »
  • SÜDLÜLÜK

    is. Ev heyvanlarının bu və başqa miqdarda südvermə qabiliyyəti. Heyvanların yüksək südlülüyü. Bu inək öz südlülüyü cəhətdən başqalarından fərqlənir

    Tam oxu »
  • SÜDLÜPLOV

    is. Südlə hazırlanan plov; südlüaş. Südlüplov yeyildikdən sonra süfrə yığılır. H.Sarabski. [Ramazan] nahar üçün hazırlanmış südlüplovu ləzzətlə yeyib,

    Tam oxu »
  • SÜDLÜSIYIQ

    is. Südlə düyüdən hazırlanan duru xörək; südaşı. Nəriman əllərini yuyub otağa girəndə, anası onun qabağına bir boşqab südlüsıyıq qoydu

    Tam oxu »
  • SÜDSATAN

    bax südçü

    Tam oxu »
  • SÜDUR

    sif. [ər.] köhn. Zahir olma, hasil olma, çıxma, baş vermə

    Tam oxu »
  • SÜDVERƏN

    bax südlü 1-ci mənada. Südverən inək

    Tam oxu »
  • SÜDYOLU

    bax kəhkəşan

    Tam oxu »
  • SÜFLƏ

    sif. [fars.] köhn. Deşilmiş, dəlinmiş

    Tam oxu »
  • SÜFRƏ

    is. 1. Yemək stolunun üstünə, yaxud yerə salınan xüsusi parçadan tikilmiş örtük. Kətan süfrə. Tikməli süfrə

    Tam oxu »
  • SÜXUR

    is. [ər. “səxr” söz. cəmi] Yer qabığının tərkib hissəsini təşkil edən, müəyyən dərəcədə sabit tərkibli mineral

    Tam oxu »
  • SÜİ́TA

    [fr.] Ümumi bədii qayə və ya proqram cəhətdən eyni olan bir neçə müstəqil hissədən ibarət musiqi əsəri

    Tam oxu »
  • SÜJÉT

    [fr. sujet] 1. Ədəbiyyatda: əsərdə iştirak edən surətlərin xarakterlərini açıb göstərən və əsərin əsas konflikti ilə bağlı olan hadisələrin məcmusu; m

    Tam oxu »
  • SÜKAN

    is. [ər.] 1. Gəmidə, avtomobildə, təyyarədə və s.-də istənilən istiqamətə yönəlmək üçün hərəkəti idarə edən qurğu

    Tam oxu »
  • SÜKANÇI

    is. 1. Gəmidə sükanı idarə edən dənizçi. 2. məc. Rəhbər, başçı, idarə edən. [Almaz:] Bir də, yoldaşlar, sovet sədri kənddə ictimai işlərin sükançısı o

    Tam oxu »
  • SÜKUN

    is. [ər.] klas. Sakitlik, asayiş, aram, iztirabsızlıq. Qurd-quş dəxi girmiş aşiyanə; Çökmüş də ağır sükun cahanə

    Tam oxu »
  • SÜKUNƏT

    is. [ər.] 1. Sakitlik, aram, asayiş, rahatlıq. Yandıraram sükutu da, sükunəti də; Qəlbimi alovlandıran yaşamaq-yaratmaq gözüylə

    Tam oxu »
  • SÜKUT

    is. [ər.] 1. Susma, danışmama, dinməmə. // Sakitlik. Bir qədər sükutdan sonra Tahir söhbətin mövzusunu dəyişdi… M

    Tam oxu »
  • SÜQUT

    is. [ər.] Düşmə, aşağı enmə, yıxılma, dağılma. Təhkimçilik üsulunun süqutu. Roma imperiyasının süqutu

    Tam oxu »
  • SÜLALƏ

    is. [ər.] Qohumluq və varislik hüququna əsasən taxtda ardıcıl surətdə birbirini əvəz edən, eyni soydan olan padşahlar, hökmdarlar sırası

    Tam oxu »
  • SÜLB₂

    sif. [fars.] köhn. 1. Bərk, sərt, qatı. 2. Hissiz, heç nədən təsirlənməyən

    Tam oxu »
  • SÜLB₁

    is. [ər.] köhn. Sülalə, nəsil

    Tam oxu »
  • SÜLEYMANİ

    is. [ər.] Güclü zəhər; dezinfeksiya vasitəsi kimi boya istehsalında və s.-də işlədilən ağ toz

    Tam oxu »
  • SÜLƏNMƏ

    “Sülənmək”dən f.is

    Tam oxu »
  • SÜLƏNMƏK

    f. Daima yemək ardınca düşmək, yemək axtarmaq, yemək olan yerə getmək; sümsünmək (əsasən it haqqında, ya da təhqir, söyüş mənasında adam haqqında)

    Tam oxu »
  • SÜLH

    is. [ər.] 1. Barış, əmin-amanlıq, dinclik, sakitlik. Sülh uğrunda mübarizə. – …Silahını bağrına basmış döyüşçülərin gözündə əbədi sülhün işıqları yanı

    Tam oxu »
  • SÜLHPƏRVƏR

    sif. [ər. sülh və fars. …pərvər] bax sülhsevər. [Bağır xan:] Biz düşmənin sülh təklifini qəbul etməklə, sülhpərvər dünyanın məhəbbətini daha artıq qaz

    Tam oxu »
  • SÜLHSEVƏR

    sif. və is. Sülh tərəfdarı, xalqlar arasında sülh olmasını istəyən (adam), sülhpərvər. Sülhsevər siyasət

    Tam oxu »
  • SÜLÜGƏN

    is. Tərkibində qurğuşun olan mineral. // Qırmızı-narıncı və ya qırmızıqəhvəyi rəngində boya

    Tam oxu »
  • SÜLÜK

    is. Baldırı koğuş bitkilərin (qarğının və s.-nin) təzə göyərmiş gövdəsi. Qarğı sülüyü. Qanqal sülüyü

    Tam oxu »
  • SÜMSÜ

    is. Quşları aldadıb tutmaq üçün onların səsini yamsılayan ovçu aləti. [Kərim baba:] Sümsü quş kimi oxuyur, bununla qızılbaş balası tutarlar, – dedi

    Tam oxu »